Azərbaycan dilinin frazeologiya lügəti

  • HUŞ APARMAQ

    bir anlığa mürgüləmək, yuxulamaq; dərin fikrə getmək; ~ huşa getmək.

    Tam oxu »
  • HUŞA GETMƏK

    bihuş olmaq; mürgüləmək, yuxulamaq; ~ özündən getmək, huş aparmaq.

    Tam oxu »
  • HUŞA GƏLMƏK

    ayılmaq; ~ özünə gəlmək.

    Tam oxu »
  • HUŞA GƏTİRMƏK

    ayıltmaq; ~ özünə gətirmək.

    Tam oxu »
  • HUŞDAN ÇIXMAQ

    unutmaq.

    Tam oxu »
  • HUŞU BAŞINA GƏLMƏK

    bax: huşa gəlmək.

    Tam oxu »
  • HUŞU BAŞINDAN ÇIXMAQ

    bihuş olmaq; ~ ağlını itirmək.

    Tam oxu »
  • HUŞU BAŞINDAN GETMƏK

    bax: huşu getmək.

    Tam oxu »
  • HUŞU GETMƏK

    1. Yaddaşı zəifləmək; ~ huşunu itirmək.  2. Bayılmaq; ~ özündən getmək, huşunu itirmək.

    Tam oxu »
  • HUŞU KƏSMƏMƏK

    bax: ağlı kəsməmək.

    Tam oxu »
  • HUŞUNDAN ÇIXMAQ

    bax: yaddan çıxmaq.

    Tam oxu »
  • HUŞUNU APARMAQ

    heyran etmək, məftun etmək, valeh etmək.

    Tam oxu »
  • HUŞUNU BAŞINA YIĞMAQ

    fikrini cəmləşdirmək, düşünmək, fikirləşmək, götür-qoy eləmək.

    Tam oxu »
  • HUŞUNU İTİRMƏK

    1. Bihuş olmaq, bayılmaq; ~ ürəyi getmək, özündən getmək, hal aparmaq, huşu getmək.  2. Yaddaşı zəifləmək; ~ huşu getmək

    Tam oxu »
  • HÜCUM ÇƏKMƏK

    bir şeyin və ya bir şəxsin üzərinə atılmaq, üstünə cummaq.

    Tam oxu »
  • HÜCUMA KEÇMƏK

    vaxt itirmədən hücum etmək, hücuma başlamaq.

    Tam oxu »
  • HÜQUQ QAZANMAQ

    ixtiyarı, səlahiyyəti olmaq.

    Tam oxu »
  • HÜQUQUNU TAPDALAMAQ

    səlahiyyətini, ixtiyarını, haqqını əlindən almaq.

    Tam oxu »
  • HÜLQUMU BOŞ OLMAQ

    sirr saxlamamaq, ağzıyırtıq olmaq; ~ hülqumu olmamaq.

    Tam oxu »
  • HÜLQUMU QURUMAQ

    bərk qorxmaq, qorxudan özünü itirmək.

    Tam oxu »
  • HÜLQUMU OLMAMAQ

    sirr saxlaya bilməmək, nə gəldi danışmaq; ~ ağzında söz qalmamaq (saxlamamaq), hülqumu boş olmaq.

    Tam oxu »
  • HÜLQUMUNU ÜZMƏK

    boğazlamaq, öldürmək, boğazını kəsmək.

    Tam oxu »
  • XAÇ ASMAQ

    xristianlığı qəbul etmək.

    Tam oxu »
  • XAHİŞİNİ YERƏ SALMAQ

    istəyini, arzusunu qəbul etməmək, rədd etmək; ~ sözünü yerə salmaq.

    Tam oxu »
  • XAL TOPLAMAQ

    hörmət və etimad qazanmaq.

    Tam oxu »
  • XAL VURMAQ

    1. Fikrini, sözünü üstüörtülü şəkildə eyhamla, işarələrlə çatdırmaq; ~ eyham vurmaq.  2. Musiqidə ifaya yeni, orijinal çalarlar əlavə etmək

    Tam oxu »
  • XALA, XALA, GƏL DALAŞAQ

    bir səbəb olmadan dalaşmağa can atan adam haqqında işlədilən ifadə; ~ şələni qoy, gəl dalaşaq.

    Tam oxu »
  • XALA-XALA OYNAMAQ

    qeyri-müəyyənlik yaratmaq, açıq, səmimi danışmamaq, süründürməçilik etmək.

    Tam oxu »
  • XALQIN CİBİNƏ GİRMƏK

    dövlət büdcəsindən pul oğurlamaq, ictimai vəsaiti mənimsəmək, millətin sərvətini talamaq; ~ cibə girmək

    Tam oxu »
  • XAM DÜŞMƏK

    bir işin nəticəsini əvvəlcədən düşünmədiyi, lazımınca dərk etmədiyi üçün yanılmaq, səhv iş görmək.

    Tam oxu »
  • XAM ƏLƏ DÜŞMƏK

    təcrübəsiz, bacarıqsız, qeyri-peşəkar adamın xidmətindən istifadə etmək.

    Tam oxu »
  • XAM ƏLƏ SALMAQ

    təcrübəsiz, bacarıqsız, qeyri-peşəkar adamın ixtiyarına vermək.

    Tam oxu »
  • XAM XƏYAL

    həyata keçirilə bilməyən, mümkün olmayan iş, arzu, məsələ.

    Tam oxu »
  • XAM XƏYALA DÜŞMƏK

    səhv, yanlış fikirləşmək.

    Tam oxu »
  • XAN İLƏ PLOV YEMİR Kİ, BIĞI YAĞA BATAR

    çox lovğa, təkəbbürlü adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • XAN KEFİNDƏ DOLANMAQ

    yaxşı yaşamaq, maddi sıxıntısı olmamaq; ~ kefi fıştırıq çalmaq, kefi doxsan doqquz vurmaq.

    Tam oxu »
  • XANDAN GƏLMİŞ NÖKƏRƏM, DİNMƏ, DİŞLƏRİNİ TÖKƏRƏM

    qabağımda bir adam dura bilməz; səlahiyyəti, gücü, imkanları çox olan, davranışında ölçüləri gözləməyən lovğa, təkəbbürlü və özbaşınalıq edən adamlar

    Tam oxu »
  • XANGƏLDİYƏ DÖNMƏK

    gözlətmək, ləngitmək, gecikdirmək.

    Tam oxu »
  • XARABA QALMAQ

    bax: viran qalmaq.

    Tam oxu »
  • XARABA QOYMAQ

    dağıtmaq, viran etmək, uçurmaq; ~ kor qoymaq, yurduna su calamaq (ələmək), daşı daş üstə qoymamaq, tozunu göyə sovurmaq

    Tam oxu »
  • XARABI ÇIXMAQ

    pisləşmək, pislikləri görünmək; ~ zayı çıxmaq.

    Tam oxu »
  • XASİYYƏTLƏRİ TUTMAQ

    yaxşı rəftar etmək; keçinmək, dolanmaq, birlikdə dinc yaşamaq; ~ yola getmək.

    Tam oxu »
  • XATA ÇIXARMAQ

    xoşagəlməz vəziyyətlə nəticələnə biləcək bir iş görmək.

    Tam oxu »
  • XATASI ÇIXMAQ

    pis sonluqla nəticələnmək; ~ zayı çıxmaq, zibili çıxmaq.

    Tam oxu »
  • XATAYA DÜŞMƏK

    təhlükəli vəziyyətə düşmək; ~ əngələ düşmək.

    Tam oxu »
  • XATAYA SALMAQ

    dolaşdırmaq, pislik etmək; ~ bəlaya salmaq, qanını üstünə salmaq.

    Tam oxu »
  • XATİRƏDƏN SİLİNMƏK

    unudulmaq; ~ üstünü ot basmaq.

    Tam oxu »
  • XATİRİNDƏ QALMAQ

    unutmamaq; ~ yadda qalmaq.

    Tam oxu »
  • XATİRİNDƏN ÇIXMAQ

    unutmaq; ~ yaddan çıxmaq.

    Tam oxu »
  • XEYİR-BƏRƏKƏTİ ÇƏKİLMƏK

    ruzisi azalmaq, evə alınan ruzinin bərəkəti olmamaq; ~ süfrəsinə haram əli dəymək.

    Tam oxu »