Azərbaycan dilinin frazeologiya lügəti

  • HƏRƏKƏTƏ GƏLMƏK

    fəaliyyətə başlamaq, müəyyən iş görmək.

    Tam oxu »
  • HƏRƏKƏTƏ GƏTİRMƏK

    işlətmək, iş gördürmək; ~ işə salmaq.

    Tam oxu »
  • HƏRƏNİN AĞZINDAN BİR AVAZ GƏLİR

    bax: hər ağızdan bir avaz gəlir.

    Tam oxu »
  • HƏSƏD APARMAQ

    qibtə etmək, qibtəkeş olmaq, paxıllıq etmək; ~ paxıllığı tutmaq.

    Tam oxu »
  • HƏSİNİ ALMAQ

    elçiliyə gələnlərə qız evindən razılıq verilmək.

    Tam oxu »
  • HƏSRƏT ÇƏKMƏK

    çox arzusunda olduğu, lakin əldə edə bilmədiyi bir şeyin üzüntüsünü yaşamaq, bir şeyi hədsiz dərəcədə arzulamaq; ~ xiffət çəkmək, ləlöyün getmək, bağr

    Tam oxu »
  • HƏSRƏT QALMAQ

    istədiyinə çatmamaq, arzu etdiyi bir şeyə nail ola bilməmək; ~ gözündə qalmaq, ürəyində qalmaq.

    Tam oxu »
  • HƏSRƏT QOYMAQ

    arzu etdiyi, istədiyi bir şeyə nail olmağa imkan verməmək; ~ arzusunu gözündə qoymaq.

    Tam oxu »
  • HƏŞİR SALMAQ

    narazılıq bildirmək, etiraz etmək; ~ hay-küy salmaq, mərəkə qoparmaq.

    Tam oxu »
  • HƏVƏSDƏN DÜŞMƏK

    başladığı işi davam etdirmək istəməmək.

    Tam oxu »
  • HƏYANI YEYİB ABRINI TULLAMAQ

    heç bir şeydən utanmamaq, həyasızlıq etmək.

    Tam oxu »
  • HƏYAT DƏRSİ VERMƏK (KEÇMƏK)

    həyatda yaşamağın, mübarizə aparmağın yollarını öyrətmək, başa salmaq, qandırmaq.

    Tam oxu »
  • HƏYAT QAZANINDA BİŞMƏK

    çox təcrübə qazanmaq, hər işi bacarmaq.

    Tam oxu »
  • HƏYAT MƏKTƏBİ

    böyük təcrübə, sınaq meydanı.

    Tam oxu »
  • HƏYAT SÜRMƏK

    yaşamaq; ~ dövran sürmək, ömür sürmək.

    Tam oxu »
  • HƏYAT VERMƏK

    canlandırmaq, ruhlandırmaq; xilas etmək; ~ nəfəs vermək, cana gətirmək, can vermək.

    Tam oxu »
  • HƏYAT YOLU KEÇMƏK

    böyük təcrübə qazanmaq.

    Tam oxu »
  • HƏYATA GÖZ AÇMAQ

    dоğulmаq.

    Tam oxu »
  • HƏYATA GÖZ YUMMAQ

    bax: həyatla vidalaşmaq.

    Tam oxu »
  • HƏYATA KEÇİRMƏK

    reallaşdırmaq, bir fikri, istəyi, planı gerçəkləşdirmək; ~ əmələ gətirmək, yerinə yetirmək.

    Tam oxu »
  • HƏYATA KEÇMƏK

    icra olunmaq, gerçəkləşmək; ~ yerinə yetmək, həyata vəsiqə almaq.

    Tam oxu »
  • HƏYATA VƏSİQƏ ALMAQ

    reallaşmaq, tətbiq edilmək; ~ həyata keçmək.

    Tam oxu »
  • HƏYATIN HƏR ÜZÜNƏ BƏLƏD OLMAQ

    bax: həyatın hər üzünü görmək.

    Tam oxu »
  • HƏYATIN HƏR ÜZÜNÜ GÖRMƏK

    təcrübəli olmaq, hər şeyin yaxşısına, pisinə bələd olmaq; ~ dünyanın hər üzünə bələd olmaq, dünyanın hər üzünü görmək, həyatın hər üzünə bələd olmaq

    Tam oxu »
  • HƏYATIN NƏBZİNİ TUTMAQ

    bax: zamanın nəbzini tutmaq.

    Tam oxu »
  • HƏYATINI CƏHƏNNƏMƏ ÇEVİRMƏK

    bax: ömrünə zəhər qatmaq.

    Tam oxu »
  • HƏYATINI QURBAN VERMƏK

    canını fəda etmək, ölmək.

    Tam oxu »
  • HƏYATLA VİDALAŞMAQ

    ölmək; ~ həyata göz yummaq.

    Tam oxu »
  • HƏYƏCAN KEÇİRMƏK

    həyəcanlanmaq, narahat olmaq; ~ təlaş keçirmək, təşvişə düşmək, ürəyi yerindən oynamaq, ürəyi əsmək.

    Tam oxu »
  • HƏYƏCAN TƏBİLİ ÇALMAQ

    çətin, ağır vəziyyət barədə hər kəsi xəbərdar etmək.

    Tam oxu »
  • HƏYƏCANA GƏLMƏK

    bax: həyəcan keçirmək.

    Tam oxu »
  • HƏZZ ALMAQ (VERMƏK)

    xoşlanmaq; ~ ləzzət almaq, zövq almaq.

    Tam oxu »
  • HIRLA-ZIRI QANMAMAQ

    heç nədən başı çıxmamaq, heç nə bilməmək, kəmsavad olmaq; ~ qabında bir şey olmamaq.

    Tam oxu »
  • HIRLA-ZIRIN FƏRQİNİ BİLMƏMƏK

    dan. sadə şeyləri bir-birindən fərqləndirə bilməmək, savadsız olmaq; ~ iki eşşəyin arpasını bölə bilməmək

    Tam oxu »
  • HİCRAN ODUNA YANMAQ

    ayrılıqdan əzab çəkmək.

    Tam oxu »
  • HİMAYƏSİNƏ GÖTÜRMƏK (ALMAQ)

    himayə etmək, havadarlıq etmək, qayğı göstərmək; ~ qanadı altına almaq (yığmaq).

    Tam oxu »
  • HİMƏ BƏND OLMAQ

    bir işə başlamaq üçün bir işarə, bəhanə gözləmək.

    Tam oxu »
  • HİRSİ BAĞIRSAQLARINI KƏSMƏK

    bərk hirslənmək, hiddətlənmək, qəzəblənmək; ~ dişi bağırsağını kəsmək, hirsi başına (təpəsinə) vurmaq, hirsindən dodaqlarını gəmirmək, hirsindən bığla

    Tam oxu »
  • HİRSİ BAŞINA (TƏPƏSİNƏ) VURMAQ

    bərk hiddətlənmək, qəzəblənmək; ~ dişi bağırsağını kəsmək, cin atına minmək, hirsindən dodaqlarını gəmirmək, hirsindən bığlarını çeynəmək, gözündən şi

    Tam oxu »
  • HİRSİ TUTMAQ

    bax: acığı tutmaq.

    Tam oxu »
  • HİRSİNDƏN BIĞLARINI ÇEYNƏMƏK

    bax: hirsindən dodaqlarını gəmirmək.

    Tam oxu »
  • HİRSİNDƏN DODAQLARINI GƏMİRMƏK

    çox bərk hirslənmək, qəzəblənmək; ~ dişi bağırsağını kəsmək, hirsi başına (təpəsinə) vurmaq, hirsindən bığlarını çeynəmək, hirsi bağırsaqlarını kəsmək

    Tam oxu »
  • HİRSİNDƏN QOVRULMAQ

    hirsindən, acığından nə edəcəyini bilməmək; ~ od tutub yanmaq, od götürmək.

    Tam oxu »
  • HİRSİNDƏN ZƏNCİR ÇEYNƏMƏK (GƏMİRMƏK)

    bax: zəncir çeynəmək (gəmirmək).

    Tam oxu »
  • HİRSİNİ BASMAQ

    bax: hirsini boğmaq (cilovlamaq).

    Tam oxu »
  • HİRSİNİ BOĞMAQ (CİLOVLAMAQ)

    hirsini, acığını büruzə verməməyə çalışmaq; ~ səbrini basmaq (cilovlamaq), özünü saxlamaq, hirsini basmaq, hirsini yemək, qəzəbini boğmaq

    Tam oxu »
  • HİRSİNİ SOYUTMAQ

    sakitləşdirmək; ~ toxtaqlıq vermək, qəzəbini söndürmək (soyutmaq), köpünü almaq.

    Tam oxu »
  • HİRSİNİ TÖKMƏK

    hirslənmək, qəzəblənmək, acı sözlər demək, acıqlanmaq; ~ acığını üstünə tökmək, hirsini üstünə tökmək

    Tam oxu »
  • HİRSİNİ ÜSTÜNƏ TÖKMƏK

    bax: hirsini tökmək.

    Tam oxu »
  • HİRSİNİ YEMƏK

    bax: hirsini boğmaq (cilovlamaq).

    Tam oxu »