idmanın tennis, voleybol, basketbol və bu kimi əllə oynanılan növlərindən hər biri.
dayanmaq, toxtamaq, icra etmək istədiyi işi, hərəkəti müvəqqəti dayandırmaq.
tələsmək, cidd-cəhd göstərmək, daha cəld işləməyə başlamaq; ~ əl-ayaq tərpətmək.
başqasının buyruğuna canfəşanlıqla, yaltaqlıqla riayət edən adam.
yardım göstərmək, maddi kömək etmək; ~ yardım əli uzatmaq, kömək əli uzatmaq, əlindən tutmaq, qolundan yapışmaq
1. Müdaxilə etmək, işə qarışmaq; ~ əl aparmaq, əl qatmaq. 2. Yardım etmək, qayğısına qalmaq, maddi kömək etmək, borc vermək
lap yaxında olan yer, məkan haqqında işlədilən ifadə; ~ qulağının dibində, ağzının içində.
bax: dəvədən böyük fil var.
xüsusi diqqət göstərmək; ~ yaxşı baxmaq, qulluğunda durmaq, əldə gəzdirmək.
xeyirli, sərfəli, əlverişli olmaq; ~ işə yaramaq.
1. Girişmək, müdaxilə etmək; ~ işə qarışmaq. 2. Alqışlamaq, əl çalmaq.
imkan, fürsət, şans.
qəti qərar vermək, sonradan məsələyə qayıtmaq imkanını saxlamamaq; ~ körpüləri yandırmaq, baltanı dibindən (kökündən) vurmaq
yardım göstərmək, kömək etmək; ~ işin qulpundan yapışmaq (tutmaq).
çıxış yolu tapmaq.
çarəsiz, ümidsiz qalmaq, çıxış yolu tapa bilməmək; ~ çarəsi kəsilmək, ümidi üzülmək.
çətinliyə düşmək, çıxılmaz vəziyyətlə üzləşmək, nə edəcəyini bilməmək; ~ əli qoynunda qalmaq.
haqq-hesab çürütmək üçün addım atmaq, duelə çağırmaq.
yanında olmaq, yan-yörədə dolaşmaq.
başqalarının yanında xırda işlərlə məşğul olmaq, kömək etmək; ~ əl yetirmək.
bax: əl-ayaq altında qalmaq.
yaxşı şəraitdə saxlamaq, əhliləşdirmək; ~ ələ öyrətmək.
ev şəraitində böyümək, sıxıntı çəkməmək, çətinlik görməmək.
tapmaq, nail olmaq; ~ ələ gətirmək.
həddindən artıq əzizləmək; ~ nazı ilə oynamaq, qayğısını çəkmək, əl üstündə saxlamaq.
satılmamaq, gərəksiz, lazımsız olmaq.
üzdə, əl altında, hazır vəziyyətdə saxlamaq; ~ əldə saxlamaq.
kasıb olmaq, müflis olmaq, olub-qalanını xərcləmək, hər şeyini itirmək.
1. Ev şəraitində saxlamaq. 2. Sahibliyini qorumaq, əldən verməmək. 3. Üzdə, əl altında, hazır vəziyyətdə saxlamaq; ~ əldə qoymaq
bax: əldən düşmək.
kimə isə hədsiz sevgi və rəğbət bəsləmək; can-başla qulluğunda durmaq; ~ əldən getmək, özünü öldürmək
çevik olmaq, cəld hərəkət etmək, qoçaq və diribaş olmaq; ~ diri tərpənmək.
çox gəzməkdən yorulmaq; ~ əldən düşmək.
bax: əldən salmaq.
qaçırmaq, qaçmağına imkan vermək, boşlamaq; ~ əldən çıxarmaq, əldən qaçırmaq.
1. Qaçırmaq, qaçmağına imkan vermək; ~ əldən buraxmaq, əldən qaçırmaq. 2. Köhnəltmək, üzmək, dağıtmaq
1. İtirilmək, yox olmaq; ~ əldən getmək, kisədən getmək. 2. Xarab olmaq, dağılmaq, köhnəlmək, yıpranmaq; ~ əldən düşmək, əldən getmək
1. Yorulmaq, zəifləmək, üzülmək, halsızlaşmaq; ~ heyi kəsilmək, gücdən düşmək, taqətdən düşmək, kələyi kəsilmək, əhədi kəsilmək (üzülmək), əldən-ayaqd
yayılmaq, bir-birinə ötürülmək; çox əziz olmaq, çox qiymətli, dəyərli olmaq; ~ əldən-ələ gəzmək, əllərdə gəzmək
bax: əldən-ələ düşmək.
1. Bax: əldən-ayaqdan getmək. 2. Məhv olmaq, xarab olmaq; ~ puça çıxmaq, əldən çıxmaq, sıradan çıxmaq
çox çevik, tez, cəld hərəkət edən, qoçaq.
qaçmağına imkan vermək; ~ əldən buraxmaq, əldən çıxarmaq, fürsəti fövtə vermək, fürsəti əldən vermək (buraxmaq), şansı qaçırmaq (itirmək)
1. Buraxmamaq, tərgitməmək. 2. Əl çəkməmək, izləmək, davamlı narahat etmək.
çox yormaq, zəiflətmək; ~ əziyyət vermək, əldən-ayaqdan salmaq, əldən-dildən salmaq, haldan salmaq, taqətdən salmaq, əhədini kəsmək, kələyini kəsmək,
itirmək, əldə saxlaya bilməmək; ~ əlindən getmək.
1. Öz tərəfinə çəkmək; ~ razı salmaq, yola gətirmək, ələ gətirmək. 2. Vəziyyətə nəzarət etmək, situasiyanı öz nəzarətində saxlamaq
möhtac olmaq, maddi cəhətdən başqasından asılı olmaq.
tapılmaq; ~ ələ keçmək.