Azərbaycan dilinin izahlı lüğəti

  • PAXILLIQ

    is. Başqasının rifahına, üstünlüyünə, müvəffəqiyyətinə, xoşbəxtliyinə, qabağa getməsinə dözməmə, bundan dilxor olma, acıqlanma; gözügötürməzlik, dargö

    Tam oxu »
  • PAXIR

    bax pas. Baxıb saxta gözümüzlə; Hamar gördük çuxuru biz; Saray bildik axuru biz; Görəmmədik qat bağlayan paxırı biz

    Tam oxu »
  • PAXIRLANMA

    “Paxırlanmaq”dan f.is

    Tam oxu »
  • PAXIRLANMAQ

    bax paslanmaq

    Tam oxu »
  • PAXIRLI

    bax paslı. Qumru qalayı getmiş, paxırlı tiyançanı gətirib küncə qoydu. Mir Cəlal. [İlyas:] Yanımdakı kolların paxırlı yarpaqlarında bir-iki iri yağış

    Tam oxu »
  • PAXLA

    is. İçində iri dənələri olan bostan bitkisi. Paxlanı becərmək. // Həmin bitkinin plova qatılan iri toxumu

    Tam oxu »
  • PAXLALI

    sif. İçində paxla olan, paxla ilə bişirilmiş. Paxlalı aş. □ Paxlalı bitkilər – bax paxlalılar. Paxlalı bitkilər əkilən sahələrin torpağı azot birləşmə

    Tam oxu »
  • PAXLALIQ

    is. Paxla əkilmiş yer, paxla tarlası. Paxlalığı suvarmaq

    Tam oxu »
  • PAXLALILAR

    cəm bot. Paxla məhsulu verən bitki fəsiləsi

    Tam oxu »
  • PAXLAPLOV

    is. Paxla və düyüdən bişirilən plov növü, paxlalı plov

    Tam oxu »
  • PAXLAVA

    is. 1. Yayılmış xəmir qatları arasına döyülmüş badam (fındıq, qoz və s.) ləpəsi ilə şəkər tozu tökülən və romb şəklində kəsilərək bişirilən Şərq şirni

    Tam oxu »
  • PAK₁

    sif. [fars.] Təmiz. …Hava gərək təmiz olsun, onun pak olmağı həyat və xarab olmağı ölümdür. H.Zərdabi

    Tam oxu »
  • PAK₂

    is. [ing. pack] Qütb dənizlərində yaranan çox iri çoxillik üzən buz. Pakın qalınlığı 3-5 metr olur

    Tam oxu »
  • PÁKER

    is. [ing.] Quyunun neft, su və qaz təbəqələrini bir-birindən ayıran qurğu

    Tam oxu »
  • PAKET

    is. [fr.] 1. İçərisinə məktub qoyulmuş konvert, zərf. Pristav əlini cibinə salıb, göy bir paket çıxarıb açdı

    Tam oxu »
  • PAKİZƏ

    sif. [fars.] 1. bax pak. [Seyid:] Təmizcə, pakizə müsəlman nömrələri saxlayıram… Ə.Haqverdiyev. 2. məc

    Tam oxu »
  • PAKİZƏLİK

    is. Paklıq, təmizlik

    Tam oxu »
  • PAKLAMA

    “Paklamaq”dan f.is

    Tam oxu »
  • PAKLAMAQ

    f. Murdar sayılan bir şeyi yumaqla pak etmək; təmizləmək. İt yalamış qabı paklamaq

    Tam oxu »
  • PAKLANMA

    “Paklanmaq”dan f.is

    Tam oxu »
  • PAKLANMAQ

    f. Təmizlənmək, yuyulub təmizlənmək. // qayıd. Yuyunub təmizlənmək. Biz indi dünənin çirkablarından; Necə təmizlənək, necə paklanaq? B

    Tam oxu »
  • PAKLIQ

    is. 1. Təmizlik. 2. məc. Mənəvi təmizlik, daxili saflıq. [Mahmud:] O gecə cəmi ömrümün gözəlliyini, paklığını, salamatlığını beş dəqiqəyə qurban verdi

    Tam oxu »
  • PAKT

    [lat.] Adətən böyük siyasi əhəmiyyəti olan beynəlxalq müqavilə. Hücum etməmək haqqında pakt. Paktı imzalamaq

    Tam oxu »
  • PAQQAPAQ

    təql. Qaynayan mayedən çıxan səs. Samovar paqqapaq qaynayır

    Tam oxu »
  • PAQQILDAMA

    “Paqqıldamaq”dan f.is

    Tam oxu »
  • PAQQILDAMAQ

    f. Paqqıltı səsi çıxarmaq, paqqapaq qaynamaq. Qazan paqqıldayır. // Qaynayan, yaxud bir qabın boğazından çıxan su haqqında

    Tam oxu »
  • PAL

    is. Təzə qozun üst göy qabığı. [Veys] …üstünə salınmış qurama yorğana, keçən il qoz palı ilə boyanmış bez mütəkkəyə işarə ilə dedi… Ə

    Tam oxu »
  • PAL-PALTAR

    top. Paltar, geyim, üst-baş; paltarlar. [Muzdur] …pal-paltarı öz tərtib və səliqəsi ilə bir-birinin üstünə dərişdirdi

    Tam oxu »
  • PAL-PALTARLI

    bax paltarlı. Pal-paltarlı yatmaq

    Tam oxu »
  • PALAN₁

    is. [fars.] 1. Minik üçün istifadə edilən heyvanların belinə qoyulan içi saman, ya küləşlə dolu primitiv yəhər

    Tam oxu »
  • PALAN₂

    is. [“plan” sözünün danışıqda işlədilən təhrif olunmuş forması] Şəhərin bir neçə evdən ibarət hissəsi; məhəllə, küçə

    Tam oxu »
  • PALANDUZ

    is. [fars.] köhn. 1. Palan tikən usta. 2. İri qıyıq; çuvalduz

    Tam oxu »
  • PALANLAMA

    “Palanlamaq”dan f.is

    Tam oxu »
  • PALANLAMAQ

    f. Heyvanın dalına palan qoymaq; çullamaq (bax palan1 1-ci mənada). [Mürşüdoğlu:] Öküzü palanlayıb göndərdim

    Tam oxu »
  • PALANLI

    sif. Dalında palanı olan; çullu. Bir gün … palanlı ata minmiş bir qocanı darvazamızın ağzında durmuş gördüm

    Tam oxu »
  • PALATA

    [lat. palatium – saray] 1. Xəstəxanalarda və müalicə müəssisələrində xəstələr yatan otaqlardan hər biri

    Tam oxu »
  • PALAZ

    is. Yundan və ya pambıqdan toxunma enli, uzun, qalın, xovsuz xalça növü. Hücrənin fərşi ibarətdi bir palazdan

    Tam oxu »
  • PALAZQULAQ

    sif. 1. Qulaqları çox yekə olan; iriqulaqlı, yekəqulaqlı. Palazqulaq adam. 2. məc. dan. zar. İri kağız pula zarafatla verilən ad

    Tam oxu »
  • PALAZLIQ

    sif. Palaz toxumaq üçün yarayan, palaz toxumaq üçün ayrılmış. Palazlıq iplik

    Tam oxu »
  • PALAZTOXUYAN

    sif. və is. Palaz toxumaqla məşğul olan (adam)

    Tam oxu »
  • PALÇIQ

    is. 1. İslanaraq horra halına gəlmiş torpaq. Ayaqqabılarını palçığa batırmaq. – …Yolun palçığından tərpənmək olmayırdı

    Tam oxu »
  • PALÇIQÇI

    is. Palçıq (4-cü mənada) tutan və palçığı bənnaya verən bənna köməkçisi. Palçıqçı Bəşir donluğunu almış, borcları ilə tutuşduraraq evə qayıdırdı

    Tam oxu »
  • PALÇIQÇILIQ

    is. Palçıqçının işi, peşəsi. Palçıqçılıqla məşğul olmaq

    Tam oxu »
  • PALÇIQLAMA

    “Palçıqlamaq”dan f.is

    Tam oxu »
  • PALÇIQLAMAQ

    f. 1. Palçıq vurmaq, palçıq sürtmək; malalamaq. Divarı palçıqlamaq. 2. Palçığa bulamaq (bulaşdırmaq), palçıqlı olmaq

    Tam oxu »
  • PALÇIQLANMA

    “Palçıqlanmaq”dan f.is

    Tam oxu »
  • PALÇIQLANMAQ

    1. məch. Palçıq vurulmaq, palçıq sürtülmək; malalanmaq. Divar palçıqlandı. 2. qayıd. Palçığa bulanmaq

    Tam oxu »
  • PALÇIQLATMA

    “Palçıqlatmaq”dan f.is

    Tam oxu »
  • PALÇIQLATMAQ

    icb. 1. Palçıq vurdurmaq, palçıq sürtdürmək; malalatmaq. Barını palçıqlatmaq. 2. Palçığa bulatmaq, palçığa bulaşdırmaq

    Tam oxu »
  • PALÇIQLI

    sif. 1. Palçıq basmış, palçıqla örtülü. Palçıqlı yer. Palçıqlı səki. – Polad asfaltlı küçədən çıxıb, palçıqlı bir döngəyə girdi

    Tam oxu »