Azərbaycan dilinin izahlı lüğəti

  • DÖŞBAĞI

    is. 1. Qadınların sinələrinə taxdıqları zinət bağı. 2. Atın, ulağın döşündən keçib yəhəri, palanı saxlayan bağ

    Tam oxu »
  • DÖŞDƏN

    zərf Əzbərdən, sinədən, hafizədən, yazısız. Döşdən demək. Döşdən oxumaq

    Tam oxu »
  • DÖŞDƏYMİŞ

    sif. dan. Qudurmuş, qızmış, yaralanmış

    Tam oxu »
  • DÖŞƏK

    is. Davamlı parçadan hazırlanmış və üzərində yatmaq üçün içərisi yun, pambıq və s. yumşaq şeylə doldurulmuş uzun yastı kisə

    Tam oxu »
  • DÖŞƏKAĞI

    is. Döşəyin üstündən salınan ağ; mələfə. [İsmayılzadə] nazik yun yorğanları qaldırıb bir-bir döşəkağılarına baxdı… M

    Tam oxu »
  • DÖŞƏKAĞILIQ

    sif. Döşəkağı üçün yarayan; mələfəlik. Döşəkağılıq kətan

    Tam oxu »
  • DÖŞƏKCƏ

    is. Üstündə bir adam oturmaq üçün kiçik döşək. Evin yuxarı başında uşaqların atası üçün xüsusi döşəkcə salınardı

    Tam oxu »
  • DÖŞƏKLİK

    sif. Döşək üçün yarayan. Döşəklik yun

    Tam oxu »
  • DÖŞƏKÜZÜ

    bax döşəkağı. Təzə döşəküzü gətirib bu dəm; Anam çarpayıda yer açdı mənə. Z.Xəlil

    Tam oxu »
  • DÖŞƏKÜZÜLÜK

    sif. Döşəküzü üçün yarayan. Döşəküzülük parça

    Tam oxu »
  • DÖŞƏLİ

    sif. Döşənmiş, fərş salınmış, müxəlləfatlı; səliqəli. Durna bacının kənddə güzəranı babat olsa da, bu cür yeni mədəni qaydada, döşəli evdə ilk dəfə ya

    Tam oxu »
  • DÖŞƏMƏ₂

    is. aşp. Plovun altına qoyulub bişirilən ət, kişmiş və s.-dən ibarət qara (xuruş). Plovun döşəməsi

    Tam oxu »
  • DÖŞƏMƏ₁

    1. “Döşəmək”dən f.is. 2. is. Otağın və s.-nin alt tərəfini örtən taxta, torpaq və s. Otağın döşəməsi

    Tam oxu »
  • DÖŞƏMƏK

    f. 1. Salmaq, sərmək, bir şeylə üstünü örtmək. [Cahangir bəy:] İldırım, sən də yapıncıları döşə yerə… N

    Tam oxu »
  • DÖŞƏMƏLİ₂

    sif. aşp. Döşəmədən ibarət qarası (xuruşu) olan. Döşəməli aş

    Tam oxu »
  • DÖŞƏMƏLİ₁

    sif. Döşəməsi olan, üstü bir şeylə döşənmiş, örtülmüş. Döşəməli ev. Daş döşəməli küçə. Taxta döşəməli eyvan

    Tam oxu »
  • DÖŞƏMƏLİK₁

    sif. Döşəməyə yarayan. Döşəməlik taxta

    Tam oxu »
  • DÖŞƏMƏLİK₂

    sif. Döşəmə üçün yararlı. Döşəməlik ət

    Tam oxu »
  • DÖŞƏMƏPLOV

    is. aşp. Qarası döşəmədən ibarət plov. – Yolda məşədinin yadına düşdü ki, sübh üç girvənkə ət alıb və sifariş edibdir ki, əti abguşt bişirib günorta u

    Tam oxu »
  • DÖŞƏMƏSİLƏN

    is. 1. Döşəməni silib təmizləmək üçün elektrik şotkası. [Azər:] Döşəməsilən, paltaryuyan, elektrik çayniki, radio – hamısından başım çıxır

    Tam oxu »
  • DÖŞƏMƏSÜRTƏN

    bax döşəməsilən 2-ci mənada

    Tam oxu »
  • DÖŞƏNƏCƏK

    is. 1. Yerə döşənilən, salınan hər şey (xalça, palaz və s.). Otaqda bol döşənəcək var. 2. bax döşənək

    Tam oxu »
  • DÖŞƏNƏCƏKLİ

    bax döşənəkli

    Tam oxu »
  • DÖŞƏNƏK

    is. Yerə, alta salına biləcək hər şey. Həsir döşənək. Küləş döşənək. Malqaranın döşənəyi vaxtında və müntəzəm surətdə dəyişdirilməlidir

    Tam oxu »
  • DÖŞƏNƏKLİ

    sif. Döşənmiş, müxəlləfatla təchiz olunmuş, səliqəyə salınmış, bəzənmiş. Qoy otursun döşənəkli otaqda; Telli bir gəlinin qonağıyam mən

    Tam oxu »
  • DÖŞƏNİLMƏ

    “Döşənilmək”dən f.is

    Tam oxu »
  • DÖŞƏNİLMƏK

    məch. bax döşənmək 1-ci mənada

    Tam oxu »
  • DÖŞƏNMƏ

    “Döşənmək”dən f.is

    Tam oxu »
  • DÖŞƏNMƏK

    1. məch. Sərilmək, salınmaq, üstünə salınmaq. Rəxtxabı döşəndi, yatdı hərif; Günbəgündən vücudu oldu zəif

    Tam oxu »
  • DÖŞƏNMİŞ

    1. “Döşənmək”dən (1 və 2-ci mənalarda) f.sif. Orada çocuğun uzanmış olduğu yatacaqdan və yerə döşənmiş cırıqcırıq parça palazlardan başqa artıq bir şe

    Tam oxu »
  • DÖŞƏNTİ

    is. Döşənilən hər hansı bir şey. Otaq döşəntisi

    Tam oxu »
  • DÖŞƏTDİRİLMƏ

    “Döşətdirilmək”dən f.is

    Tam oxu »
  • DÖŞƏTDİRİLMƏK

    “Döşətdirmək”dən məch

    Tam oxu »
  • DÖŞƏTDİRMƏ

    “Döşətdirmək”dən f.is

    Tam oxu »
  • DÖŞƏTDİRMƏK

    “Döşətmək”dən (1-ci mənada) icb. Sən, Sənəm, boş otağı döşətdir, otur orada. Ə.Haqverdiyev

    Tam oxu »
  • DÖŞƏTMƏ

    “Döşətmək”dən f.is

    Tam oxu »
  • DÖŞƏTMƏK

    icb. Döşənək saldırmaq. Böyükxanım qonaq otaqlarını döşədib zinət verdirmişdi. M.S.Ordubadi. Söyüd ağacının kölgəsinə bir palaz döşədib orada rahatlan

    Tam oxu »
  • DÖŞƏYATAN

    sif. Ürəyəyatan, xoşagələn, xoşlanılan, cazibəli. Döşəyatan bir şey

    Tam oxu »
  • DÖŞLƏMƏ

    “Döşləmək”dən f.is

    Tam oxu »
  • DÖŞLƏMƏK

    f. 1. Döşü ilə itələmək, döş vurmaq. Cücələr bir-birini döşləyərək səpdiyim dəni dimdiklərdi. A.Şaiq

    Tam oxu »
  • DÖŞLƏŞMƏ

    “Döşləşmək”dən f.is

    Tam oxu »
  • DÖŞLƏŞMƏK

    qarş. Üz-üzə vuruşmaq, savaşmaq, döş-döşə gəlmək, əlbəyaxa olmaq, mübarizə etmək. O, mütləqa Dəmirovla üz-üzə gəlməli idi, onsuz da onu bu arada sayma

    Tam oxu »
  • DÖŞLÜ

    sif. 1. Döşü enli və iri olan. Döşlü at. 2. məh. dan. Qoçaq, qorxmaz, dikbaş. O, yaxşı bilirdi ki, Qəhrəman məktəb uşaqlarının döşlüsü və hazırcavabıd

    Tam oxu »
  • DÖŞLÜK

    is. 1. Paltarı təmiz saxlamaq üçün üstdən geyilən qolsuz önlük. Dəllək döşlüyü. Döşlüyün ətəyi. Uşaq döşlüyü

    Tam oxu »
  • DÖŞLÜKLÜ

    sif. Döşlük geymiş. Döşlüklü aşpaz. – İki nəfər ağ döşlüklü gənc qız nömrə üçün kağız doğrayırdı. Mir Cəlal

    Tam oxu »
  • DÖŞOTU

    is. bot. Boruvari çiçəkləri olan çoxillik ot bitkisi

    Tam oxu »
  • DÖŞÜAÇIQ

    sif. və zərf Sinəsi açıq. Bu gecə Maşo Sonanın yatacaq otağına gəlib onu döşüaçıq yatmış gördü. N.Nərimanov

    Tam oxu »
  • DÖŞÜDOLUSU

    zərf , dan. Ürəyini boşaldaraq; çoxlu, ətraflı. Memar ilk qələbədən döşüdolusu məlumat verirdi. S.Rəhimov

    Tam oxu »
  • DÖŞÜQARA

    sif. Döş tərəfi, döşü qara olan. Döşüqara quş

    Tam oxu »
  • DÖŞÜODLU

    sif. Ürəyində çoxlu deyiləsi sözü olan, ürəyi sözlə dolu olan

    Tam oxu »