Azərbaycan dilinin izahlı lüğəti

  • FİLDEPÉRS

    [fr. fil de Pers – fars sapı] Əla fildekos. // Həmin sapdan toxunmuş. Fildepers corab

    Tam oxu »
  • FİLİAL

    [lat. filialis – oğula məxsus] Hər hansı təşkilatın (idarənin, müəssisənin və s.) müəyyən dərəcədə müstəqilliyə malik şöbəsi

    Tam oxu »
  • FİLİZ

    is. Tərkibində metal və ya onun birləşmələri olan təbii xam mineral; külçə. Dəmir filizi. Mis filizi

    Tam oxu »
  • FİLİZLİ

    sif. Filiz yataqları olan, filiz çıxarılan. Filizli sahələr. // Tərkibində filiz olan. Filizli qazıntılar

    Tam oxu »
  • FİLİZSAFLAŞDIRMA

    is. Tərkibində filiz olan xam mineralların ilk emalı. Filizsaflaşdırma kombinatı

    Tam oxu »
  • FİLİZYUYAN

    sif. xüs. Filizi su ilə yuyub təmizləyən. Filizyuyan qurğu

    Tam oxu »
  • FİLM

    [ing.] Kinofilm, kinoşəkil, kinolent. “Dədə Qorqud” filmi. Uşaqlar üçün film. – Çay-çörəkdən sonra hamısı dəstə ilə yeni filmə baxmağa getdi

    Tam oxu »
  • FİLMOSKÓP

    [ing. film və yun. skopeo – baxıram] Pozitiv kinoplyonkaları göstərmək üçün proyeksiya aparatı

    Tam oxu »
  • FİLMOTÉKA

    [ing. film və yun. theke – yeşik] Kinostudiyada, kitabxanada və ya kinofabrikdə kinofilmlərin yığılıb saxlandığı şöbə, arxiv

    Tam oxu »
  • FİLOLÓGİYA

    [yun. phileo – sevirəm və logos – söz] Hər hansı bir xalqın dil və ədəbiyyatını öyrənən elmlərin hamısının birlikdə adı

    Tam oxu »
  • FİLOLOJİ́

    sif. Filologiyaya aid olan, filologiya ilə əlaqədar olan. Filoloji təhsil. Filoloji tədqiqat. Filoloji əsər

    Tam oxu »
  • FİLÓLOQ

    [yun.] Filologiya mütəxəssisi. Gənc filoloqların araşdırmaları

    Tam oxu »
  • FİLÓSOF

    [yun. phileo – sevirəm və sophia – müdriklik] 1. Fəlsəfə mütəxəssisi, ümumiyyətlə, fəlsəfə ilə məşğul olan, dünyagörüşü məsələlərini tədqiq edən alim,

    Tam oxu »
  • FİLOSOFANƏ

    sif. [yun. philosof və fars. …anə] 1. Filosof kimi (bax filosof 2-ci mənada). Həyata filosofanə (z.) baxmaq

    Tam oxu »
  • FİLOSOFLUQ

    is. Fəlsəfi mühakimələrə meyil, mücərrəd mühakimələrlə məşğul olma. // məc. Əllaməlik, üqəlalıq. [Yəhya:] Filosofluq sənə heç yaraşmır, Əli

    Tam oxu »
  • FİLTR

    [fr.] Mayeni içində olan bərk cisimlərdən ayırmaq üçün cihaz və ya məsaməli cisim; süzgəc

    Tam oxu »
  • FİLTRAT

    [fr.] Filtrdən (süzgəcdən) keçirilmiş maye

    Tam oxu »
  • FİN

    Finlandiyanın əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. Fin professional musiqi mədəniyyəti

    Tam oxu »
  • FİN-UQOR

    Fin-uqor dilləri dilç. – başlıca olaraq Mərkəzi və Şərqi Avropada və Asiyanın şimal-qərbində yaşayan xalqların (macarların, finlərin, karellərin, est

    Tam oxu »
  • FİNÁL

    [ital. finale – sonuncu, axırıncı] 1. inc. Musiqi, teatr və ya ədəbi əsərin sonu. Simfoniyanın finalı

    Tam oxu »
  • FİNALÇI

    is. idm. Final oyununda, yarışında iştirak edən idmançı və ya idman komandası. Finalçıların yarışı (görüşü)

    Tam oxu »
  • FİNCAN

    is. Çay, qəhvə, su və s. içmək üçün kiçik, dairəvi, əsasən dəstəli, saxsı və ya çini qab. Qəhvə fincanı

    Tam oxu »
  • FİNCƏ

    sif. və zərf Fin dilində. Fincə danışmaq. Fincə-rusca lüğət. Fincə öyrənmək

    Tam oxu »
  • FİNİŞ

    [ing. finish – son] 1. Sürət idman yarışlarının həlledici son hissəsi. Qaçışın finişi. 2. Belə yarışlarda distansiyanın son nöqtəsi

    Tam oxu »
  • FİNKA

    [rus.] bax fin bıçağı (“fin”də)

    Tam oxu »
  • FİRAVAN

    sif. və zərf [fars.] Çox, bol, çoxlu, varlı. Firavan həyat. Firavan dolanacaq. – Uşaqlığında ata-ananın nəvazişindən başqa heç nə görməyən Səltənət ər

    Tam oxu »
  • FİRAVANLIQ

    is. Yaşayış üçün hər cür maddi nemətlərin bol olduğu hal; bolluq, rifah. Firavanlıq içində yaşamaq. – Adamların şərəfli əməyi ilbəil ölkəmizə bolluq,

    Tam oxu »
  • FİRƏNG

    is. Danışıq dilində “fransız” mənasında işlədilir. [Şahbaz bəy:] Şərəfnisəyə firəng qızları başlarına örtən təsəklərdən alıb sovqat gətirrəm də

    Tam oxu »
  • FİRƏNGCƏ

    sif. və zərf Fransızca, fransız dilində. Modabaz və meşşan qadınlardan bəhs edən ədib deyir ki, əlbəttə, belə anaların tərbiyə etdiyi uşaqlar tans öyr

    Tam oxu »
  • FİRƏNGTOYUĞU

    is. zool. Toyuq fəsiləsinə mənsub quş

    Tam oxu »
  • FİRƏNGÜZÜMÜ

    is. bot. 1. Tikanlı giləmeyvəli kol. 2. Həmin kolun göy rəngli turşaşirin meyvəsi. Firəngüzümü mürəbbəsi

    Tam oxu »
  • FİRQƏ

    is. [ər.] köhn. 1. bax partiya 1-ci mənada. Qəza firqə özəyinin qapısında dayanan keşikçilər Kəsəmənlini görən kimi gülümsünüb ona yol verdilər

    Tam oxu »
  • FİRQƏÇİ

    is. köhn. Firqə üzvü; firqəli, partiyaçı. [Eldar:] Firqəçi olduğu üçün mənim narazılığımdan çəkinir… S

    Tam oxu »
  • FİRQƏLİ

    köhn. bax firqəçi

    Tam oxu »
  • FİRQƏT

    is. [ər.] Ayrılıq, fəraq. Yoxumdu tabü təvan firqətə, cavan, getmə! X.Natəvan. Mehriban aşığım, hara gedirsən? Sənin bu firqətin kədərlidir çox

    Tam oxu »
  • Fİ́RMA

    [ital.] Rəsmi hüquqa malik olub, markası ilə mal satılan və ya məmulat buraxılan ticarət və ya sənaye müəssisəsi

    Tam oxu »
  • FİRNİ

    is. Düyü unu və şəkərdən hazırlanan desert yeməyi. Axşam azanı deyilən kimi, mömin müsəlman bilmir ki, nəyə əl uzatsın, çaymı içsin, firnimi yesin, ha

    Tam oxu »
  • FİRÓN

    is. [ər.] 1. Qədim Misir padşahlarına verilən ad. [Şeyda:] Fironu qəhr edən Musa bir çobandan başqa bir şey deyildi

    Tam oxu »
  • FİRONLUQ

    is. Qudurğanlıq, kibrlilik, lovğalıq; azğınlıq, zülmkarlıq. □ Fironluq etmək (eləmək) – qudurğanlıq etmək, azğınlıq etmək, zülm etmək

    Tam oxu »
  • FİRUZƏ

    is. [fars.] 1. Göy rəngli qiymətli daş. Firuzə yataqları. – Sarı dağın ətəyindəki yaşıl meşə altun üzərinə nəsb olunmuş firuzəni andırırdı

    Tam oxu »
  • FİRUZƏYİ

    sif. [fars.] Firuzə rəngində olan; göy, mavi. Firuzəyi rəng. Firuzəyi kaşı

    Tam oxu »
  • FİSİNCAN

    is. Xırda küftələrlə döyülmüş qoz ləpəsi, abqora (və ya nar şirəsi), yağsoğan ilə bişirilən plov xuruşu

    Tam oxu »
  • FİSİNCANPLOV

    is. Xuruşu fisincandan ibarət olan plov. [Xortdan:] Mirzə durub, gedib qapını açıb, oradan bir məcməyi fisincanplov gətirib qoydu ortalığa

    Tam oxu »
  • FİSQ

    is. [ər.] klas. Pis işlər, günah işlər; əxlaqa zidd iş; yavalıq, pislik. Müridlərdə bütün bidəti, cinayəti, fisqi; Yalan hədisləri rövzəxanda görməli

    Tam oxu »
  • FİSQARMÓNİYA

    [alm.] Orqan kimi səslənən klavişli (dilli) nəfəslə çalınan musiqi aləti

    Tam oxu »
  • FİŞƏNG

    is. 1. Alışarkən havada yüksəkliklərə qalxan, şənliklərdə, atəşfəşanlıqda, habelə siqnal verməkdə və hərbi işdə tətbiq edilən partlayıcı maddə, mərmi

    Tam oxu »
  • FİT

    is. 1. Bir-birinə kiplənmiş dodaqların və ya dişlərin arasından güclü nəfəsvermə, yaxud fıştırıq və s

    Tam oxu »
  • FİTƏ

    is. [ər.] Hamamda çimərkən və ya bir iş görərkən belə bağlanılan qumaş parça (əsasən qırmızı rəngdə olur)

    Tam oxu »
  • FİTİL

    is. 1. bax piltə 1-ci mənada. Lampa fitili. – Arvad istər-istəməz maşınkaya sarı getdi. Fitilini düzəldib aşağı çəkdi

    Tam oxu »
  • FİTİLLƏMƏ

    “Fitilləmək”dən f.is

    Tam oxu »