is. [ər.] Axmaq və kəmiyyətini dəyişmədən olduğu qabın şəklini almaq xassəsinə malik olan maddə. Şüşənin içində bulanıq maye var
is. [ər.] Lazım olan, gərək olan, ehtiyat üçün, ehtiyacı ödəmək üçün hazırlanan şeylər. Səfər mayehtacı
“Mayeləşdirilmək”dən f.is
məch. Maye halına salınmaq, durulaşdırılmaq
“Mayeləşdirmək”dən f.is
f. Maye halına salmaq; durulaşdırmaq. Qazı mayeləşdirmək
“Mayeləşmək”dən f.is
f. Maye halına keçmək; durulaşmaq. Buxar mayeləşir
bax mixəkgülü
is. zool. Bir çox növləri olan başı, boğazı və döşü sarı-qırmızı və ya tündqırmızı rəngli su quşu; sufərəsi
sif. [ər.] Şikəst, əlil, eyibli, nöqsanlı. [Hacı:] Kor olsun, topal olsun, mayıf olsun, övlad olsun! Mir Cəlal
“Mayıflaşmaq”dan f.is
f. Əlil olmaq, şikəst olmaq
is. Mayıf olma; şikəstlik, əlillik
köhn. bax may. Mayisin dadlı gecələrindən idi. Çəmənzəminli. [Knyaz:] Bir mayis dəvət edildim Batuma
bax maygülü1. Bahara məxsus ağ buludlar mayisgülünün qırmızı yanaqlarını kirşanlamağa hazırlaşırdı. M
[rus.] Qolsuz və ya qısaqollu, yaxalıqsız trikotaj yay köynəyi. İdmançı maykası. – Qırmızı yaxalıqlı ağ mayka geyinmiş gənc, sağlam cavanlar dəstə-dəs
sif. Mayka geymiş, əynində mayka olan. Məmməd sarı maykalı rəqibini geridə buraxdı. H.Seyidbəyli
sif. tar. May bayramı ərəfəsində, yaxud yaxınlaşan may bayramı şərəfinə olan. Mayqabağı yarış
sif. Çox huşsuz, key, fərasətsiz, bacarıqsız, aciz-avara. Maymaq uşaq. // İs. mənasında. Maymağın biridir
zərf Maymaq kimi, mənasız-mənasız. Maymaqcasına baxmaq
is. Maymaq adamın hal və xüsusiyyəti. Sən onun elə maymaqlığına baxma, yamanca saman altından su yeridəndir
[lat.] Kapitandan sonra gələn zabit rütbəsi, habelə belə rütbəsi olan adam. [Qonaqların] yanında Tahirin ilk dəfə gördüyü təyyarəçi bir mayor da vardı
is. Mayor rütbəsi
is. [sanskr.] Qədim və orta əsr hind fəlsəfəsində universal anlayışlardan biri
is. Cənubi Afrikada dil ailəsi
[rus.] 1. Dəriyə sürtmək üçün tərkibində dərman maddələri olan qatı yağ qatışığı. 2. Hər hansı bir şeyi yağlamaq üçün qatı yağlı maddə
is. [ər.] vulq. Zarafat, əylənmə, dilxoşluq (adətən kişi ilə qadın arasında). □ Mazaq etmək (eləmək) – əylənmək, zarafatlaşmaq, dilxoşluq etmək
vulq. “Mazaqlaşmaq”dan f.is. [Süleyman:] …Bütün kolxoz Tofiqin [Atlazla] mazaqlaşmasından danışır. M
qarş. vulq. Dilxoşluq etmək; zarafatlaşmaq, oynaşmaq. [Pəricahan:] Ağa əvvəllər mənlə mazaqlaşardı. S
is. [ər.] dan. 1. Ziyan, zərər. Dövlətlidən xeyir [olmaz], kordan mazarat. (Ata. sözü). 2. Müzür adam, mərdimazar
is. : özünü mazata qoymaq dan. – naz eləmək, təşəxxüs satmaq. [Balaqız Gülnisəyə:] Nahaq yerə özünü mazata qoyma! Ə
is. [ing.] Radiodalğalar diapazonunda işləyən kvant generatorunun adı
is. Qala divarlarında və s.-də atışma üçün qoyulan deşik. O, bu sərrast güllələrin əncüməndəki mazğaldan atıldığını öyrənəndə, qudurub bütün top və tü
sif. Mazğalı olan. Dırmaşmışdı uşaqlar; Mazğallı divarlara. Ə.Cavad
is. 1. Bəzi ağacların üzərində həşərat yumurtacıqlarından əmələ gələn yumru fır (ur). Ağacda var mazılar; Könlüm səni arzular; Əyil, üzündən öpüm; Qoy
is. Düz və hamar yerdə mazı (2-ci mənada) ilə oynanılan oyun. Mazı-mazı oynayan on yeddi-on səkkiz yaşındakı gənclərin səsindən qulaq tutulurdu
is. [ər.] 1. klas. Keçmiş zaman, keçmiş. Qəmli mazisini hekayət edər; Taleyindən bütün şikayət edər. A
“Mazlamaq”dan f.is
f. 1. Maz sürtmək, maz çəkmək. Ayaqqabını mazlamaq. // məc. zar. Üzünə yağ və ya başqa bir şey çəkmək
sif. Maz sürtülmüş, maz çəkilmiş
[pol. mazurek] Üçölçülü taktı olan polyak milli rəqsi, habelə həmin rəqsin musiqisi. Mazurka oynamaq
is. Neftdən ağneft, benzin və qazolin ayrıldıqdan sonra qalan yağlı qatı maddə. Qıra mazut qatmaq. Yanan mazutdan çıxan his
“Mazutlamaq”dan f.is
f. Mazut sürtmək, üzərinə mazut çəkmək; mazuta bulamaq. Borunu mazutlamaq
“Mazutlanmaq”dan f.is
məch. Mazut sürtülmək, mazut çəkilmək; mazuta bulanmaq
sif. Mazut sürtülmüş, mazuta bulanmış, mazutu olan. Qənbərli mazutlu əli ilə gözlərini ovdu. S.Rəhimov
is. Mazut tökülmüş yer. Mədənlərin ətrafı mazutluqdur
[fr.] Stol, stul, taxt, şkaf, şifoner və s. kimi ev avadanlığı. Mebel fabriki. Yumşaq mebel. – [Mindilli:] Bu gün sizin üçün yaxşı mebel sifariş elədi