Azərbaycan dilinin izahlı lüğəti

  • LAMƏHALƏ

    zərf [ər.] dan. Heç olmazsa, ən azı. [Hacı Nuru:] Amma necə ki, siz deyirsiniz, iksirə laməhalə başqa filizat lazımdı ki, onun təsirini qəbul edə

    Tam oxu »
  • LAMƏKAN

    sif. [ər.] klas. Məkansız, yeri, məkanı olmayan. Vətəndən ayrı düşüb indi laməkan (z.) ölürəm. X.Natəvan

    Tam oxu »
  • LAMƏZHƏB

    sif. [ər.] Məzhəbsiz, dinsiz, Allahsız. // İs. mənasında. [Hacı Səmsam:] Mən bu laməzhəblərin hər birinin başına on tümən verəcəyəm

    Tam oxu »
  • LAMİSƏ

    is. [ər.] Toxunmaqla hiss etmə. …Bir çox karlarda, korlarda yüksək iybilmə, lamisə həssaslığının olduğu məlumdur

    Tam oxu »
  • LAMPA

    is. [fr.] 1. Müxtəlif növ və quruluşlu, işıq verən cihaz. Neft lampası. Onluq lampa. Şarlı lampa. – [Murad] əlini qoltuq cibinə salıb dəfələrlə oxuduğ

    Tam oxu »
  • LAMPACIQ

    is. Kiçik lampa, balaca lampa

    Tam oxu »
  • LAMPAÜSTÜ

    is. Lampanın üstünə keçirilən, salınan şar, örtük və s

    Tam oxu »
  • LAMPOÇKA

    [rus. лампа söz. kiç.] Elektrik lampası. Bir anda bütün ətrafda yüzlərlə lampoçka yandı. M.İbrahimov

    Tam oxu »
  • LANDŞÁFT

    [alm.] 1. coğr. Hər hansı bir yerin tipik əlamətlərinin məcmusu. // Yer səthinin quruluşu. 2. Mənzərə

    Tam oxu »
  • LANSÉT

    is. [alm.] Cərrah aləti

    Tam oxu »
  • LAP

    əd. Sözlərin qabağına gələrək, onların mənasını daha da şiddətləndirir, dəqiqləşdirir. Bu söz onun lap ürəyindən oldu

    Tam oxu »
  • LAP-LAP

    zərf dan. Təəccüblə, heyrətlə, mat-mat. Lap-lap baxmaq. – Orada qaynaşan müxtəlif adamları görüb, gözlərini laplap döyən Gəray bəyi yenə də nökəri … a

    Tam oxu »
  • LAPAN

    is. bot. Dilim-dilim iri yarpaqları olan ağcaqayın növündən ağac

    Tam oxu »
  • LAPAR-LAPAR

    sif. 1. Parça-parça; xallar, ləkələr şəklində. Lapar-lapar qızartı. Laparlapar güllü parça. – Dəvə gedir, ayaq izi qumsallıqda lapar-lapar; Buz qütbün

    Tam oxu »
  • LAPCA

    bax lap. Ay balam, eybini qan; Bir həya eylə, utan! Yoxsa təkfir edərik! Lapca rüsva olasan?! M.Ə.Sabir

    Tam oxu »
  • LAPÇIN

    is. 1. Uzunboğaz ayaqqabı növü. Lapçının üzlüyü keçədən, altı göndən tikilirdi. 2. məh. Əsasən evdə geyilən yüngül ayaqqabı

    Tam oxu »
  • LAPDAN

    zərf Gözlənilmədən, qəfildən, birdən. Lapdan işıq söndü. Lapdan qapı açıldı. – [Xavər Kərimxana:] …Bir dəfə diqqətlə lapdan ona bax! M

    Tam oxu »
  • LARI

    sif. Uzunqıçlı, uzunboğazlı toyuq və xoruz cinsi. [Qız] eyvanın küncündə ları xoruzun qanadından düşmüş uzun lələyi görüb sevincək götürdü

    Tam oxu »
  • LARİNGİ́T

    [yun. larunx] tib. Qırtlağın selikli qişasının iltihabı

    Tam oxu »
  • LARİNQOLÓGİYA

    [yun.] Təbabətin boğaz xəstəliklərindən bəhs edən bölməsi. Larinqologiya qırtlağın fiziologiyasını, patologiyasını, onun xəstəliklərinin müalicə və pr

    Tam oxu »
  • LARİNQÓLOQ

    [yun.] Qulaq, boğaz, burun xəstəlikləri mütəxəssisi olan həkim

    Tam oxu »
  • LARİNQOSKÓP

    [yun.] Boğazı müayinə etmək üçün uzun dəstəsi olan yastı güzgü şəklində tibb aləti

    Tam oxu »
  • LAS

    təql. 1. Toyuğu tutmaq istərkən çıxarılan səs. Las eləyib toyuğu tutmaq. 2. sif. məc. Bacarıqsız, əlindən iş gəlməyən

    Tam oxu »
  • LAS-LAS

    zərf Qat-qat, lay-lay, təbəqətəbəqə. Otu las-las yığmaq. Torpağı las-las tökmək

    Tam oxu »
  • LAST

    is. [ing.] Sualtı üzgüçülükdə istifadə edilən xüsusi rezin ayaqlıq

    Tam oxu »
  • LASTİK₂

    [yun.] Corabbağı, kəmər və s.-də işlədilən rezin elastik parça. // Sif. mənasında. Bu parçadan tikilmiş, hazırlanmış

    Tam oxu »
  • LASTİK₁

    [ing.] Əsasən astarlıq üçün işlədilən parıldayan pambıq parça

    Tam oxu »
  • LAŞƏ

    [fars.] bax leş. [Molla:] Əti çox istəyirəm, leyk pulu ondan çox; Nola, quzğun kimi ta müftə qonam laşə, ətə

    Tam oxu »
  • LAT-LÜT

    sif. dan. 1. Çılpaq, lüt, paltarsız. Cənab xan əyləşib yatağında, lat-lüt; başında bir … papaq, ağlayır

    Tam oxu »
  • LATAYIR

    sif. və zərf dan. Ədəbsiz, nalayiq, hərzə. Latayır danışmaq. Latayır demək. – [Həsən] kərbəlayını dinc qoymurdu, … min latayır sözlər ilə borcunu tələ

    Tam oxu »
  • LATINCA

    sif. və zərf Latın dilində. Latınca yazı

    Tam oxu »
  • LATINLAR

    is. İtaliyada Lasiuma vilayətində məskunlaşmış qədim italyan tayfaları; romalılar. Latınların köhnə məskəni bugünkü İtaliya dövlətidir ki, Apennin yar

    Tam oxu »
  • LATINLAŞDIRMA

    “Latınlaşdırmaq”dan f.is

    Tam oxu »
  • LATINLAŞDIRMAQ

    f. 1. Latın mədəniyyətini və dilini tətbiq etmək, yaymaq. 2. Bir əlifbanı latın əlifbası əsasında qurmaq, düzəltmək, yaxud onunla əvəz etmək

    Tam oxu »
  • LATINLAŞMA

    “Latınlaşmaq”dan f.is

    Tam oxu »
  • LATINLAŞMAQ

    f. 1. Latın mədəniyyətini və dilini mənimsəmək, qəbul etmək. 2. Latın əlifbası əsasında qurulmaq, yaxud onunla əvəz edilmək (əlifba haqqında)

    Tam oxu »
  • LATIŞ

    is. Latviyanın əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam

    Tam oxu »
  • LATIŞCA

    sif. və zərf Latış dilində. Latışca yazmaq

    Tam oxu »
  • LATİFÚNDİYA

    [lat. latus – geniş və fundus – torpaq] İri, xüsusi torpaq mülkiyyəti

    Tam oxu »
  • LATİNİST

    Latın dili, latın filologiyası mütəxəssisi

    Tam oxu »
  • LATİNİZM

    Latın dilindən alınmış söz və ya ifadə

    Tam oxu »
  • LATUN

    is. [alm.] Mis və sinkin qızıl rəngli xəlitəsi

    Tam oxu »
  • LATVİYALI

    bax latış

    Tam oxu »
  • LAUREÁT

    [lat. laureatus – dəfnə yarpağı ilə mükafatlandırılmış] Elm, incəsənət, xalq təsərrüfatı və başqa sahələrdəki böyük xidmətlərinə görə xüsusi mükafata

    Tam oxu »
  • LAUREATLIQ

    is. Laureat olma, laureat adı alma. Laureatlıq nişanı. Rəssamın ən yaxşı əsəri laureatlığa təqdim edildi

    Tam oxu »
  • LAÜBALI

    sif. [ər.] Etinasız, saymaz, heç bir şeyə əhəmiyyət verməyən, laqeyd, sayğısız, qeydsiz, qayğısız. Laübalı adam

    Tam oxu »
  • LAÜBALILIQ

    is. Etinasızlıq, saymazlıq, laqeydlik, qeydsizlik, qayğısızlıq. …İri gövdəli bir adam [Neməti] içəri dəvət etdi və sərxoşlara məxsus bir laübalılıq il

    Tam oxu »
  • LÁVA

    [ital.] 1. Vulkanın ağzından çıxan ərgin odlu kütlə. 2. məc. Böyük kütlə halında sürətlə hərəkət edən şey haqqında; izdiham

    Tam oxu »
  • LAVAŞ

    is. Nazik yayılmış xəmirdən bişirilən çörək növü: yuxa, yayma. Ağ lavaş. Lavaşları qatlamaq. – [Qovurmaçı] iç qovurmasını lavaşın üstünə çəkərək alıcı

    Tam oxu »
  • LAVAŞA₂

    is. məh. Atı nalladıqda ağzına, qulağına keçirilən burmac, tıxac

    Tam oxu »