Azərbaycan dilinin izahlı lüğəti

  • QUMBARAATAN

    is. və sif. 1. Müharibədə düşmən üzərinə qumbara atan top, ya əsgər. 2. idm. Qumbara atmaqda mütəxəssis olan idmançı

    Tam oxu »
  • QUMBARAÇI

    1. köhn. bax qumbaraatan 1-ci mənada. 2. is. Qumbara qayıran usta

    Tam oxu »
  • QUMBRİ́N

    [əsli lat.] Neft tullantılarından hazırlanan süni gübrə

    Tam oxu »
  • QUMBRİNLİ

    sif. Tərkibində qumbrin olan

    Tam oxu »
  • QUMDARISI

    is. məh. bot. Taxıl fəsiləsindən yem bitkisi

    Tam oxu »
  • QUMDAŞI

    is. geol. Gil, əhəng və s. ilə qarışıb bərkimiş qumdan ibarət süxur. Çökmə süxurların dənizdə əmələ gələn növlərinə misal olaraq qumdaşı, əhəngdaşı, g

    Tam oxu »
  • QUMEŞƏN

    is. zool. Balıq kürüsündən çıxan sürfə

    Tam oxu »
  • QUMQUMA

    is. [ər.] 1. Yandan asılan kiçik su qabı. Bir çoxları öz yol xərcliyini, … qumqumasını alıb yola düşməyə hazırlanır

    Tam oxu »
  • QUMQUMAÇI

    is. dan. Həddən artıq xırdaçı, vasvası, zəhlətökən adam

    Tam oxu »
  • QUMLAQ

    bax qumluq 2-ci mənada

    Tam oxu »
  • QUMLAMA

    “Qumlamaq”dan f.is

    Tam oxu »
  • QUMLAMAQ

    f. 1. Qumla sürtüb yumaq, təmizləmək; qumla silmək, sürtmək. Qabları qumlayıb təmizləmək. 2. Bir şeyin üstünü qumla örtmək, bir şeyi qum altında basdı

    Tam oxu »
  • QUMLANMA

    “Qumlanmaq”dan f.is

    Tam oxu »
  • QUMLANMAQ

    məch. 1. Qumla sürtülüb təmizlənmək, qumla silinmək. 2. Üstü qumla örtülmək, qum altında basdırılmaq

    Tam oxu »
  • QUMLU

    sif. 1. İçində, tərkibində qum olan, qum qarışığı olan. Qumlu kirəc. Qumlu sement. Qumlu suvaq. 2. Qumu çox olan, qumla örtülü olan

    Tam oxu »
  • QUMLUCA

    is. 1. bot. Birillik, ya çoxillik bəzək bitkisi. 2. Çoxlu miqdarda qum qatışığı olan yumşaq torpaq

    Tam oxu »
  • QUMLUQ

    1. sif. Qumdan ibarət olan, qumla örtülü olan, qumsal. Qumluq yer. Qumluq səhra. Qumluq təpə. 2. is. Qumsal yer, qumu çox olan, qumla örtülü yer

    Tam oxu »
  • QUMLULUQ

    is. Qumlu şeyin halı; tərkibində, içində qum olma. Süxurun qumluluğu

    Tam oxu »
  • QUMRAL

    sif. Açıq-şabalıdı rəngində olan. Ayrım qızı qısaboylu, kök bir qadın idi. Kiçik qumral gözləri, ay kimi yuvarlaq üzü var idi

    Tam oxu »
  • QUMRALLIQ

    is. Qumral rəngində olma, qumral rəngində olan şeyin halı

    Tam oxu »
  • QUMRALSAÇLI

    sif. Saçı qumral (açıqşabalıdı) rəngində olan. Məmməd bəy on iki-on üç yaşında alagözlü, qumralsaçlı … bir oğlan idi

    Tam oxu »
  • QUMRO

    is. Girdə zəng; zınqırov. Tulaları çağırmağa ehtiyac yox idi, çünki qızılquşun qumro səsi onları xəbərdar etmiş idi

    Tam oxu »
  • QUMROV

    is. Girdə zəng; zınqırov. Tulaları çağırmağa ehtiyac yox idi, çünki qızılquşun qumro səsi onları xəbərdar etmiş idi

    Tam oxu »
  • QUMROVLU

    sif. Boynundan və s.-dən qumrov asılmış, zınqırovlu. Bir günün içərisində otuz başdan yuxarı … boğazı qumrovlu əmlik toplandı

    Tam oxu »
  • QUMRU

    is. zool. Göyərçin cinsindən boz rəngli gözəl bir quş. Bülbüllərə şərh edərdi halın; Qumrulara möhnətü məlalın

    Tam oxu »
  • QUMSAL

    1. is. Qumluq yer, qumla örtülü olan dəniz sahili. [Şeyda:] Bir də bilirsən ki, bizim torpaqlar susuz, ələfsiz Ərəbistan qumsalıdır

    Tam oxu »
  • QUMSALLI

    bax qumsal. O daşlı, qumsallı, gilli torpağı; Udur, lay-lay udur ekskavatorlar. S.Vurğun

    Tam oxu »
  • QUMSALLIQ

    is. Qumsal yer, qumluq. Başımız üzərində bütün qüvvəti ilə hərarət saçmaqda olan günəş qumsallığı qor halına gətirmişdi

    Tam oxu »
  • QUMSOVURAN

    sif. və is. xüs. Tikinti işləri aparılan yerdə qumu, torpağı sovuran (maşın). Qumsovuran maşın

    Tam oxu »
  • QUMUQ

    is. Dağıstanda yaşayan türkdilli xalq və bu xalqa mənsub adam. Qumuq dili. Qumuq xalqı

    Tam oxu »
  • QUMUQCA

    sif. və zərf Qumuq dilində. Qumuqca kitab. Qumuqca danışmaq

    Tam oxu »
  • QUNC

    is. 1. Corabın, uzunboğaz çəkmənin və s. ayaqqabıların dizə qədər qalxan hissəsi. [Məstan bəy] çəkməsinin quncundan qamçısını çıxarıb, əlində fırlatma

    Tam oxu »
  • QUNCLU

    sif. Quncu olan. Qunclu çəkmə. Qunclu corab

    Tam oxu »
  • QUNCSUZ

    sif. Quncu olmayan. Quncsuz ayaqqabı. Quncsuz corab

    Tam oxu »
  • QUNDAQ₁

    is. 1. Körpə uşaqları sarımaq üçün sarğı ləvazimatı. 2. Yerlik halında: qundaqda – bax qundaqlı1. [Ağa Mərdan:] O vaxtda onun yanında qundaqda bir ayl

    Tam oxu »
  • QUNDAQ₂

    is. Tüfəngin ağac hissəsi. Araz tüfəngin qundağı ilə onu elə vurdu ki, o gerigeri çəkilərək yerə sərildi

    Tam oxu »
  • QUNDAQBAĞI

    is. Qundağı (1-ci mənada) sarımağa məxsus bağ

    Tam oxu »
  • QUNDAQÇI

    is. bax qundaqsaz

    Tam oxu »
  • QUNDAQLAMA₁

    “Qundaqlamaq1”dan f.is

    Tam oxu »
  • QUNDAQLAMA₂

    “Qundaqlamaq2”dan f.is

    Tam oxu »
  • QUNDAQLAMAQ₁

    f. Uşağı qundağa sarımaq, bələmək. Uşağı yuyundurub qundaqlamaq. – Adını Leyla qoyub, qızı qundaqladılar

    Tam oxu »
  • QUNDAQLAMAQ₂

    f. Tüfəngə qundaq bağlamaq, qundaq salmaq

    Tam oxu »
  • QUNDAQLANMA₂

    “Qundaqlanmaq2”dan f.is

    Tam oxu »
  • QUNDAQLANMA₁

    “Qundaqlanmaq1”dan f.is

    Tam oxu »
  • QUNDAQLANMAQ₁

    məch. Qundaqla sarınmaq, bələnmək (uşaq haqqında). // məc. Sarınmaq, boğça halında bağlanmaq

    Tam oxu »
  • QUNDAQLANMAQ₂

    məch. Qundaq salınmaq (tüfəngə)

    Tam oxu »
  • QUNDAQLATMA₁

    “Qundaqlatmaq1”dan f.is

    Tam oxu »
  • QUNDAQLATMA₂

    “Qundaqlatmaq2”dan f.is

    Tam oxu »
  • QUNDAQLATMAQ₂

    icb. Tüfəngə qundaq bağlatmaq

    Tam oxu »
  • QUNDAQLATMAQ₁

    icb. Uşağı qundağa sarıtmaq, bələtmək

    Tam oxu »