Azərbaycan dilinin izahlı lüğəti

  • ÜÇƏSRLİK

    sif. Üç əsr (üç yüz il) tarixi olan, üç əsr davam edən; üçyüzillik. Üçəsrlik dövr. Abidənin üçəsrlik tarixi var

    Tam oxu »
  • ÜÇFAİZLİ

    sif. 1. Bir şeyin üç faizini təşkil edən. Üçfaizli gəlir. 2. Üç faiz gəlir verən. Üçfaizli dövlət istiqrazı

    Tam oxu »
  • ÜÇFAZALI

    sif. elektr. Üçfazalı dəyişən cərəyanla bağlı olan. Üçfazalı transformator. Üçfazalı elektrik xətti. ◊ Üçfazalı cərəyan elektr

    Tam oxu »
  • ÜÇGEDİŞLİ

    sif. idm. Üç gedişdə həll olunan, üç gedişlə qurtaran. Üçgedişli kombinasiya

    Tam oxu »
  • ÜÇGÖZ

    sif. Üç gözü (otağı) olan. Üçgözlü mənzil

    Tam oxu »
  • ÜÇGÖZLÜ

    sif. Üç gözü (otağı) olan. Üçgözlü mənzil

    Tam oxu »
  • ÜÇGUŞƏ

    sif. Üç guşəsi, üç bucağı olan; üçkünc(lü)

    Tam oxu »
  • ÜÇGUŞƏLİ

    sif. Üç guşəsi, üç bucağı olan; üçkünc(lü)

    Tam oxu »
  • ÜÇGÜL

    sif. Üçbucaqlı, üçguşəli

    Tam oxu »
  • ÜÇGÜNLÜK

    sif. Üç gün sürən, üç gün davam edən, yaxud üç gün tələb edən. Üçgünlük möhlət. Üçgünlük istirahət. Üçgünlük yol

    Tam oxu »
  • ÜÇHECALI

    sif. Üç hecası olan. Üçhecalı söz

    Tam oxu »
  • ÜÇHƏDLİ

    sif. Üç həddi olan. Üçhədli rəqəm

    Tam oxu »
  • ÜÇHƏFTƏLİK

    sif. Üç həftə davam edən, üç həftə çəkən. Üçhəftəlik iş. // Üç həftə üçün nəzərdə tutulmuş, üç həftə kifayət edən

    Tam oxu »
  • ÜÇHİSSƏLİ

    sif. Üç hissədən ibarət olan. Üçhissəli əsər

    Tam oxu »
  • ÜÇXALLI

    bax üçlük 2-ci mənada

    Tam oxu »
  • ÜÇXƏTLİ

    bax üçmilli

    Tam oxu »
  • ÜÇİLLİK

    sif. 1. Üç il sürən, üç il müddətli, üç il davam edən. Üçillik məktəb. Üçillik hərbi xidmət. // Üç il müddətinə tərtib edilmiş, üç ili nəzərdə tutan

    Tam oxu »
  • ÜÇKİLOMETRLİK

    sif. 1. Üç kilometr uzunluğunda olan, məsafəsi üç kilometr olan. Üç kilometrlik yol. 2. coğr. Santimetrdə üç kilometr miqyası olan

    Tam oxu »
  • ÜÇKÜNC

    bax üçguşəli. Ağ qoçların boyunlarından … ara-sıra gözmuncuğu, yaşıl meşindən tikilmiş, içi dualı üçkünc pitik asardılar

    Tam oxu »
  • ÜÇKÜNCLÜ

    bax üçguşəli. Ağ qoçların boyunlarından … ara-sıra gözmuncuğu, yaşıl meşindən tikilmiş, içi dualı üçkünc pitik asardılar

    Tam oxu »
  • ÜÇQAPILI

    sif. Üç qapısı olan. Üçqapılı şifoner. Üçqapılı zal. – [Hacı Sultan] üçqapılı böyük bir mağazaya malik idi

    Tam oxu »
  • ÜÇQAT

    sif. 1. Üç qatı olan; üçmərtəbəli. Üçqat(lı) ev. 2. Bir-biri üzərində üç qat olan; üçlaylı. Üçqat xəmir

    Tam oxu »
  • ÜÇQATLI

    sif. 1. Üç qatı olan; üçmərtəbəli. Üçqat(lı) ev. 2. Bir-biri üzərində üç qat olan; üçlaylı. Üçqat xəmir

    Tam oxu »
  • ÜÇQƏPİKLİK

    sif. Üç qəpiyə dəyən, üç qəpik qiymətində olan. Üçqəpiklik marka. // is. Üç qəpik dəyərində olan metal pul

    Tam oxu »
  • ÜÇQIÇLI

    bax üçayaqlı

    Tam oxu »
  • ÜÇQRAMLIQ

    is. Üç qram ağırlığında olan çəki daşı

    Tam oxu »
  • ÜÇLAYLI

    sif. 1. Üç laydan (qatdan, təbəqədən) ibarət olan. Üçlaylı karton. 2. Üç layı olan, üç tayı olan. Üçlaylı güzgü

    Tam oxu »
  • ÜÇLƏMƏ

    “Üçləmək”dən f.is

    Tam oxu »
  • ÜÇLƏMƏK

    f. 1. Üçə çatdırmaq. Uşağı üçləmək. 2. Üç dəfə artırmaq, üçə vurmaq. 3. Üç yerə bölmək

    Tam oxu »
  • ÜÇLÜK

    1. bax üçmanatlıq 1-ci mənada. [Hafizə xanım:] Mənə deyir, üçlüyü cibimdən salıb itirmişəm. Ə.Haqverdiyev

    Tam oxu »
  • ÜÇLÜLƏ

    is. İki üst lüləsinin içi hamar (saçma üçün), üçüncü – alt lüləsi isə yivli (güllə üçün) olan ov tüfəngi

    Tam oxu »
  • ÜÇMANATLIQ

    1. is. köhn. Üç manat qiymətində olan kağız pul; üçlük. Üçmanatlığı xırdalamaq. 2. sif. Üç manata dəyən, üç manat qiymətində olan

    Tam oxu »
  • ÜÇMƏCHULLU

    sif. riyaz. Üç məchulu olan. Üçməchullu tənlik

    Tam oxu »
  • ÜÇMƏNZİLLİ

    bax üçotaqlı

    Tam oxu »
  • ÜÇMƏRTƏBƏ

    sif. Üç mərtəbəsi olan; üçqat. Üçmərtəbəli bina. – Nəhayət, fayton Sovet küçəsində üçmərtəbəli bir evin qarşısında dayandı

    Tam oxu »
  • ÜÇMƏRTƏBƏLİ

    sif. Üç mərtəbəsi olan; üçqat. Üçmərtəbəli bina. – Nəhayət, fayton Sovet küçəsində üçmərtəbəli bir evin qarşısında dayandı

    Tam oxu »
  • ÜÇMİLLİ

    sif. Üç mil (xətt) çəkilmiş, üç mili (xətti) olan; üçxətli. Üçmilli dəftər

    Tam oxu »
  • ÜÇMİLYONLUQ

    sif. Üç milyondan ibarət olan. Üçmilyonluq ordu

    Tam oxu »
  • ÜÇMİNLİK

    sif. Sayı üç min olan, üç mindən ibarət. Üçminlik qoşun

    Tam oxu »
  • ÜÇMOTORLU

    sif. Üç motoru olan, üç motorla işləyən. Üçmotorlu təyyarə

    Tam oxu »
  • ÜÇNƏFƏRLİK

    bax üçadamlıq. Üçnəfərlik mehmanxana nömrəsi

    Tam oxu »
  • ÜÇNÖVBƏLİ

    sif. Üç növbədə görülən, üç növbəsi olan. Üçnövbəli iş

    Tam oxu »
  • ÜÇOXLU

    sif. Üç oxu olan. Üçoxlu trolleybus

    Tam oxu »
  • ÜÇOTAQLI

    sif. Üç otağı olan; üçgöz(lü). Üçotaqlı mənzil (ev)

    Tam oxu »
  • ÜÇÖLÇÜLÜ

    sif. 1. Üç ölçüsü olan, üç ölçü ilə (uzunluq, en, hündürlük) təyin edilən. 2. mus. Üç ritmik ölçüdən ibarət olan

    Tam oxu »
  • ÜÇPƏNCƏRƏLİ

    sif. Üç pəncərəsi olan. Üçpəncərəli otaq

    Tam oxu »
  • ÜÇPƏRDƏLİ

    sif. Üç pərdədən (hissədən) ibarət olan. Üçpərdəli pyes. Üçpərdəli tamaşa

    Tam oxu »
  • ÜÇPİLLƏLİ

    sif. 1. Üç pilləsi olan. Üçpilləli pilləkən. 2. Üç hissədən, üç pillədən ibarət olan. Üçpilləli raket

    Tam oxu »
  • ÜÇPLANLI

    sif. Üç planı, üç tərəfi olan; üç planda yerləşmiş. Üçplanlı dekorasiya

    Tam oxu »
  • ÜÇPUDLUQ

    sif. Üç pud ağırlığında olan, üç pud tutan. Üçpudluq daş. Üçpudluq kisə. // İs. mənasında. Üç pud ağırlığında olan çəki daşı

    Tam oxu »