büdcənin tərtibi prosesində iştirak edən təşkilatlar

Mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların struktur bölmələri, büdcə gəlirlərinin icrasını təmin edən orqanlar, dövlət büdcəsindən maliyyələşən və (və ya) maliyyə yardımı alan təşkilatlar, büdcədənkənar dövlət fondları və vergi ödəyiciləri, zərurət yarandıqda, bələdiyyələr

büdcədənkənar dövlət fondları
BYD
OBASTAN VİKİ
Beynəlxalq təşkilatlar
Beynəlxalq təşkilat — müəyyən məqsədlər üçün bağlanmış sazişlərə görə yaradılmış dövlətlərarası və qeyri-dövlət xarakterli beynəlxalq birliklərdir. Bəziləri nizamnaməsiz (məsələn, ATƏT) fəaliyyət göstərir. Beynəlşkilatlar beynəlxalq hökumətlərarası təşkilatlara və beynəlxalq qeyri-hökumət təşkilatlarına bölünür. Beynəlxalq hökumətlərarası təşkilat dedikdə (BHT), suveren dövlətlər (üzv dövlətlər) və ya digər hökumətlərarası təşkilatlar tərəfindən yaradılan qurumlar başa düşülür. == Mənbə == Консультант Плюс: Международные организации.
Məxfi təşkilatlar
Terrorçu təşkilatlar
Terrorçu təşkilat — terror aktları həyata keçirmək məqsədilə yaradılan və ya öz fəaliyyətində terrordan istifadənin mümkünlüyünü qəbul edən təşkilat. Terrorçu təşkilatların fəal dəstələri terror qrupları sayılır. Məhz belə qrupların fəaliyyəti sayısində təşkilat qarşısına qoyduğu məqsədlərə nail olur.
İştirak etməyən iştirakçı
İştirak etməyən iştirakçı — 1947–1949-cu illərdə Ərəb–İsrail müharibəsi zamanı evlərini tərk edən, qaçan və ya deportasiya edilən, lakin indiki İsrail Dövləti ərazisində qalmış Fələstin ərəblərini təsvir etmək üçün istifadə edilən termin. Onların əmlakı "işdən çıxmayanların əmlakı haqqında qanuna" uyğun olaraq müsadirə edilmişdir, lakin onlar məcburi köçkün kimi İsraildə qalmış və ya daha sonra İsrailə qayıtmışdılar. 1950-ci ildə İsraildəki 156,000 israilli ərəbdən 46,000-i iştirak etməyən iştirakçı sayılırdı. Fələstin QHT-si BADIL-in 2015-ci il hesablamalarına görə, İsraildə 384,200, Fələstin ərazilərində isə 334,600 məcburi köçkün var. Onlar yaşadıqları evlə eyni ərazidə olsalar, əmlak hələ də mövcud olsa, əmlakın onlara məxsus olduqlarını göstərə bilsələr belə məcburi köçkünlərə əvvəllər yaşadıqları evlərdə yaşamağa icazə verilmir. Onlar hətta bir neçə gündən çox evlərini tərk etmək niyyətində olmadıqları və qeyri-könüllü vəziyyətdə tərk etdikləri halda belə müəyyən bir gündə evlərində olmadıqları üçün İsrail hökuməti tərəfindən qeyri-iştirakçı hesab edilirlər. [1]Гаарец נפקדים-נוכחים, עד מתי? טליה ששון (ivr.) Аркадий Мазин.
Səthi meyillik xəritəsinin tərtibi
Səthi maillik xəritəsinin tərtibi Səthi axın potensial enerjisini yaradan relyefin bütün ünsürləri eroziya prosesini yaradan imkanına malikdir. Daha doğrusu hər hansı bir şəraitdə eroziya prosesinin əmələgəlmə gərginliyi və inkişafı ilk növbədə yerin relyefindən, eləcə də mövcud yamacların mailliyindən, baxarlığından, onların məsafəsindən və yamacların səth quruluşunun formasından (kələ-kötürlü, çala və qabarıqlığın bir-birini əvəzetmə tezliyindən) asılı olur. Ümumiyyətlə səthi maillik xəritəsi dedikdə yer səthinin relyef quruluşunda sərbəst su axımının yaranması potensialına malik relyefin müəyyən maillik bucağı altında şaquli formasını özündə əks etdirən planı yada düşür. Səthi maillik xəritəsi hər hansı şəraitdə səth axınlarının sərbəst baş vermə ehtimalı olan bütün ərazilər üçün tərtib edilir. Bundan başqa dağətəyi və dağlıq bölgələrdə torpaqların becərilməsi müxtəlif maillik bucağına və baxarlığa malik yamaclarda aparıldığına, eləcə də leysan xarakterli yağışların yağma ehtimalı çox olan dağətəyi və dağlıq bölgələr üçün səthi maillik xəritələrinin tərtibi olduqca vacibdir. Səthi maillik xəritələri digər tərəfdən ona görə lazımdır ki, tərtib edilmiş həmin xəritələrdə yer səthinin hansı dərəcədə mailliyə malik olması və eroziyaya potensial təhlükəli sahələr əvvəlcədən müəyyən edilir və sel hadisəsi baş verdikdə və səthi yayılma prosesi getmə ehtimal olan yerlər (xüsusən əkinaltı torpaqlar yayılan sahələr) üzrə eroziyaya qarşı tədbirlər sistemi göstərilməlidir. Xəritələr tərtib edilərkən səth axınlarına potensial təhlükəli yamacların və digər sahələrin maillik dərəcələrini ifadə etmək üçün aşağıda göstərilən şkaladan istifadə edilməlidir: 0-1, 1-3, 3-5, 5-10, 10-15, 15-20, 20-30, 30-45, >45. Göstərilmiş metod və şkaladan istifadə edilərək Azərbaycan Respublikasının eroziyaya potensial təhlükəli bütün əraziləri üçün irimiqyaslı (1:10 000) səthi maillik xəritələri tərtib edilməlidir. Həmin materiallar əsasında gələcəkdə torpaqların səthi və qobu eroziyasının qarşısının alınmasına aid tədbirlər kompleksinin işlənməsi məqsədilə müvafiq kiçik (1:100000, 1:200000 və 1:500000) miqyaslı xəritələr hazırlanmalıdır. Son vaxtlar iqlimdə istiləşmələrin yüksələn xətlə davam etməsi ilə əlaqədar leysan xarakterli yağıntıların tez-tez təkrarlanması və bunun nəticəsində torpaq eroziyası prosesləri və yaşayış məntəqələrinin, yerüstü və yeraltı xətt tikintilərinin su basması halları güclənmişdir.
Vyetnam müharibəsində beynəlxalq iştirak
Vyetnam müharibəsində beynəlxalq iştirak — 1955–1975-ci illərdə baş tutan Vyetnam müharibəsi zamanı Şimali Vyetnam və Cənubi Vyetnamdan kənar dövlətlərin iştirakı. Vyetnam müharibəsi dünyanın bir çox ölkəsini əhatə etmişdi. Şimali Vyetnama Şərq bloku, Cənubi Vyetnama isə ümumiyyətlə Qərb bloku dövlətləri dəstək verirdi. 1950-ci ildə Çin Xalq Respublikası Vyetnam Demokratik Respublikasına diplomatik tanınma elan etmiş və Vyetnam Demokratik Respublikasına ağır silahlar, habelə Lo Quybonun başçılıq etdiyi hərbi müşavirlərini Vyetminə Fransa ilə müharibədə kömək etmək üçün göndərmişdi. 1954-cü il Cenevrə razılaşmasının ilk layihəsi Fransanın baş naziri Pyer Mendes-Fransa və Çinin Baş naziri Çjou Enlay tərəfindən müzakirə edilmişdi. Çin ABŞ-nin müdaxiləsini gördükdən sonra Vyetmini 17-ci paraleldə bölünməyi qəbul etməyə çağırmışdı.:54–55 Cənubi Çin dənizində yerləşdirilmiş SSRİ gəmiləri Cənubi Vyetnamda VXO və CVMAC qüvvələrinə həyati əhəmiyyətli erkən xəbərdarlıqlar etmişdir. Sovet kəşfiyyat gəmiləri Okinava və Quamdan uçan Amerika B-52 bombardmançılarını izləyirdi. Onların hava sürəti və istiqaməti qeyd olunur, sonra Şimali Vyetnamın cənub qərargahı olan Cənubi Vyetnam üzrə Mərkəzi İdarəyə ötürülürdü. CVMİ analitikləri hava sürətindən və istiqamətdən istifadə edərək bombalama hədəfini hesablayır, istənilən aktivlərə "hücum trayektoriyasına perpendikulyar" hərəkət etməyi əmr edirlər. Bu qabaqcadan xəbərdarlıqlar onlara bombardmançıların yolundan çəkilmək üçün vaxt verir və bombardmanlar böyük ziyana səbəb olsa da, 1968-ci ildən 1970-ci ilə qədər erkən xəbərdarlıqlara görə qərargah komplekslərində bir nəfər də olsun hərbi və ya mülki lideri öldürməmişdilər.
Carçı (agah edən)
Carçı - keçmişdə bəzi Şərq ölkələrində, o cümlədən Azərbaycanda, şəhər və böyük kəndlərin müxtəlif məhəllələrində yüksək səslə car çəkərək əhalini mühüm hadisələrdən agah edən, zəruri məsələləri nəzərə çatdıran şəxs. == Haqqında == Səfəvilər dövründə carçı mülki və hərbi vəzifə olmuşdur. Carçılar carçıbaşının rəhbərliyi altında fəaliyyət göstərirdilər. Divanda çalışan carçılar "divan carçıları", hərbi xidmətdə topçubaşının tabeliyində olanlar isə "topxana carçıları" adlanırdı. Divan carçılarına vəzir başçılıq edirdi. Nadir şahın dövründə (1736-1747) orduda xüsusi carçılar dəstəsi var idi. == Mənbə == Milli Azərbaycan Ensiklopediyası. V cild.
Hərəkət edən səki
Sərnişin konveyeri (slenq ing. travelator) və ya Hərəkət edən səki — sərnişinlərin hərəkətini yüngülləşdirən və ya tezləşdirən hərəkət edən pilləsiz mexaniki yol. == Terminologiya == O ingilis dilində : travelator, walkalator, movator., rus dilində isə həmçinin "qaçan yol" («бегущая дорожка») və "hərəkət edən səki" («движущийся тротуар») də adlandırırlar. == İstifadə sahəsi == Sərnişin konveyeri bir qayda olaraq böyük ticarət komplekslərində, aeroportlarda, vağzallarda və sərgi komplekslərində istifadə edirlər. Onlar həm şaquli, həm də üfüqi qurulur. Sürətinə görə sərnişin konveyerləri az sürətli (2.5-3.6 km/saat), sürətli (12–17 km/saat) və passiv kabinəli sistemlərə (20–33 km/saat) bölünürlər. Sərnişinlər az sürətli səkilərin lentinə səkidən və ya giriş meydançasından keçirlər. Sürətli lentlərə isə ardıcıl olaraq aşağı sürətli lentdən daha böyük sürətli lentə prinsipi ilə keçirlər. Sürət artdıqca hərəkət edən səkinin (Travolatorun) sərnişin daşıma qabiliyyəti artır, lakin müəyyən sürətdən sonra aşağı düşməyə başlayır. Sürətli səkilər daha yüksək daşıma qabiliyyətini təmin edirlər.
Rəqs edən ev
Rəqs edən ev — Praqa şəhərində ofis binası. Dekonstruktivizm üslubunda tikilmiş iki silindr şəkilli qüllədən ibarətdir. Qüllənin biri normal, digəri isə destruksiya olunmuş formadadır. Rəqs edən ev rəqs edən cütlüyün memarlıq metaforası hesab olunur. Çox vaxt binanı "Cincer və Fred" adlandırırlar. Silidrdən biri, xarici görünüşcə qadını xatırladır. Onun orta hissəsi nazik olduğundan məhz rəqs edən Cincer Rocers xatırladır. Digər bina isə yuxarıya doğru genişləndiyindən kişi fiqurasını simvolizə edir və Fred Asterə bənzədilir. Ev Praqa 2 rayonunda yerləşir. Resslov küçəsində yerləşən bu tikilinin memarları: xorvat Vlado Miluniç və kanadalı Frenk Qeridir.
Rəqs edən meşə
Rəqs edən meşə (rus. Танцующий лес) — Rusiyanın Kalininqrad vilayətində, Kurş dilində yerləşən qeyri-adi şam meşəsi. Digər meşələrdən fərqli olaraq Rəqs edən meşədə ağaclar müxtəlif formalar (ürək, halqa və s.) əmələ gətirir. Ağacların bu formada olmasının səbəbi bilinmir. Bir versiyaya görə ağacların bu vəziyyətdə olmasının səbəbkarı Rhyacionia buoliana növündən olan güvədir. Yerli versiyaya görə Rəqs edən meşə qumların hərəkətini izləyir. Bənzər meşələr Qazaxıstan və Danimarkada da var. Ağaclar 1960-cı illərdə əkilib. İkinci dünya müharibəsindən öncə nasistlər bu ərazidən planerizm üçün istifadə edirdilər.
Tank məhv edən
Tank məhv edən hərəkət edə bilən antitank topu ya da tank məhv edən zirehli transportyordur. Onların yaradılmasının əsas səbəbi müharibə meydanlarında düşmən tanklarını yox etməkdir. Yəni ki, onlar bir növ antitank silahıdırlar, ancaq tank deyildirlər. Üzərlərində qüllədən yüksək çıxışa sahib olan toplar mövcud olur. Ya tamamilə taretsiz, ya da ki, üstüaçıq bir taretə sahib olurlar. Təkərlər və ya tırtıllı təkərlər üzərində hərəkət edirlər. Üzərində tank əleyhinə idarəolunan raket daşıya bilən növlərinə qısaca ATGM (İngilis dilində Anti Tank Guided Missile) deyilir. Tankdağıdanlar tanklar kimi bir çox vəzifələr daşımırlar. Tanka nəzərən daha ləng və ağır piyada atışlarına qarşı (topçu) müdafiəsi zəifdir. Hər nə qədər bəzilərinin ön tərəflərində qalın zirehə sahib olsalar da, yenə də zəif zirehli texnika hesab edilirlər.
İstirahət edən satir
İstirahət satir və ya söykənən Satir — Bu növün təxminən 115 nümunəsi məlumdur, onlardan ən yaxşısı Kapitolin Muzeylərində sərgilənir. İstirahət Satir heykəli tipi bəzən faun adlandırılan gənc satiri göstərir, onu aydın uclu qulaqları və gövdəsinə taxılan və ya satirik yaxınlığındakı dirəyə qoyulmuş pardalid (panter dərisi) ilə tanımaq olar. Qədim yunan mifologiyasında satirlər üzüm məhsulu, ritual dəlilik, teatr və məhsuldarlıq tanrısı Dionisin kişi yoldaşlarıdır. Dionysusun davamçıları olaraq, satirlər şərabı, qadınları sevmələri və borularında və ya fleytalarında musiqi çalmaqları ilə tanınırlar. Erkən Yunan sənətində satirlər çox vaxt sənətdə kobud, daha yaşlı və çirkin kimi təsvir olunurdu. Satirdə panter dərisinin olması onların vəhşi heyvan təbiəti ilə əlaqəsini bildirir. Satirlər də tez-tez saxsı qablarda vəhşi və vəhşi cinsi təbiətlərini ifadə etmək üçün dik fallus ilə çılpaq şəkildə təsvir edilmişdir.
Bakı İctimai Təşkilatlar Şurası
Bakı İctimai Təşkilatlar Şurası — Fevral inqilabından (1917) sonra Bakıda yaradılmış yerli hakimiyyət orqanı. == Tarixi == Bakı İctimai Təşkilatlar Şurası 1917-ci il martın 5-nə keçən gecə Bakıda təşkil olunmuşdu. Yerli hakimiyyət orqanı olaraq, müvəqqəti hökumətə etimad göstərmişdi. Tərkibinə Fəhlə Deputatları Sovetlərinin, Bakı Şəhər Dumasının və müxtəlif ictimai təşkilatların nümayəndələri daxil idilər. İcraiyyə Komitəsinin sədri Luka Bıç, üzvlərinin əksəriyyəti qeyri-müsəlman millətlərin nümayəndələri idilər. Komitədə azərbaycanlı əhalini Məmmədhəsən Hacınski və Məhəmməd Əmin Rəsulzadə təmsil edirdilər. Milli neft sənayeçiləri komitəyə maddi yardım göstərirdilər. Rusiyada oktyabr çevrilişi nəticəsində bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra Bakı Fəhlə və Əsgər Deputatları Sovetində əsas vəzifələrə yiyələnən bolşeviklər sovetin təkhakimiyyətliliyinə nail olmaq üçün digər siyasi hakimiyyət strukturlarının, o cümlədən İctimai Təşkilatların İcraiyyə Komitəsinin ləğvinə çalışırdılar. Bakı Sovetinin bolşeviklərdən ibarət İcraiyyə Komitəsi 1917 il noyabrın 13-də iclas keçirərək, İctimai Təşkilatların İcraiyyə Komitəsinin ləğvi haqqında elan vermək barədə qərar qəbul etdi. Qərara görə, İctimai Təşkilatların İcraiyyə Komitəsinin sədri vəzifəsinə Stepan Şaumyan seçilməli və o, komitəni ləğv etməli idi.
Nürnberq prosesində təqsirləndirilən şəxslərin siyahısı
Bu siyahıda Almaniyanın Nürnberq şəhərində 1945-ci il noyabrın 20-dən 1946-cı il oktyabrın 1-dək təqsirləndirilən şəxs qismində beynəlxalq hərbi tribunal qarşısında dayanmış Üçüncü Reyxin ali dövlət və hərbi xadimləri göstərilib. Hələ 1942-ci ildə SSRİ nasist cinayətkarlarını mühakimə etmək üçün hərbi tribunal yaradılması barədə fikir bildirmişdi. Stalin bir neçə dəfə bildirmişdi ki, İkinci dünya müharibəsinə səbəb olan şəxslər beynəlxalq məhkəmədə əməllərinə görə cavab verməlidirlər. Çörçill düşünürdü ki, əsas hərbi cinayətkarları əsir götürən kimi edam etmək lazımdır. Ruzvelt isə hesab edirdi ki, prosedur çox hüquqi olmamalı və məhkəməyə müxbirlər və fotoqraflar buraxılmamalıdır. İkinci dünya müharibəsində qalib gələn dövlətlər 1945-ci ilin iyun-avqust aylarında keçirilən London konfransında beynəlxalq hərbi tribunalın yaradılması barədə razılığa gəldilər. 1945-ci il 29 avqust tarixində əsas hərbi cinayətkarların siyahısı dərc edildi. Bu siyahıda 24 nəfərin adı var idi. Hərbi cinayətkarlara qarşı dörd müxtəlif istiqamətdə ittiham irəli sürüldü: Nasist partiyasının planları, bütün dünyaya qarşı təcavüzkarlıq; Sülhə qarşı cinayət; Hərbi cinayətkarlıq; İnsaniyyətə qarşı cinayət. 1945-ci ilin 18 oktyabr tarixində ittiham materialları artıq hazır idi.
İctimai Təşkilatlar Şurasının İcraiyyə Komitəsi
İctimai Təşkilatların İcraiyyə Komitəsi — Rusiyada Fevral inqilabından (1917) sonra təşkil olunmuş Müvəqqəti hökumətin yerli idarəetmə orqanları. Cənubi Qafqazın idarəsi üçün Xüsusi Zaqafqaziya Komitəsi (XZK; rus dilində OZAKOM-Osobıy Zakavkazskiy Komitet adlanır) təsis edilmişdi. Quberniya və qəzalarda ictimai təşkilatların icraiyyə komitələri yerli idarəetmə orqanları oldu. İcraiyyə komitələri ictimai təhlükəsizliyi təmin etməli və yeni dövlət qanunlarını həyata keçirməli idi. Onlar quberniya və qəza komissarlarını təyin edirdilər. Xüsusi Zaqafqaziya Komitəsi əldə edilmiş təcrübəni nəzərə almaqla, aprelin 27-də "Zaqafqaziyada yerli idarəetmənin təşkili haqqında" qərar qəbul etdi. Qərara uyğun olaraq, İcraiyyə Komitələrinə yeni seçkilər keçirilməli idi. Lakin bu seçkilər də yaşamağa qadir yerli idarəçilik sistemi yarada bilmədi. İcraiyyə komitələri azərbaycanlıların dövlət idarə orqanlarına cəlb edilməsində müəyyən rol oynadı. Martın 3-də Bakı Şəhər Duması İctimai Təşkilatların Müvəqqəti Komitəsini yaratmağı qərara aldı, martın 5-də Bakı İctimai Təşkilatlar Şurası yaradıldı, 17-də isə onun İcraiyyə Komitəsi seçildi.
Aktivləri idarə edən şirkət
Aktivləri idarə edən şirkət (AİŞ) — peşə fəaliyyəti ortaq investisiya institutlarının (İF) aktivlərinin idarə edilməsi olan bir iş quruluşunu ifadə edən iqtisadi termin. == AİŞ-nin idarəetmə funksiyaları == AİŞ ortaq investisiya qurumları yaradır və idarəetmə funksiyalarını yerinə yetirir: üçüncü tərəf yerləşdirmə agentlərini cəlb edən İF qiymətli kağızlarının yerləşdirilməsi; həm İF-nın qiymətli kağızlarının yerləşdirilməsi zamanı, həm də fondun fəaliyyəti nəticəsində alınan BKİ-nin aktivlərinin İnvestisiya Bəyannaməsinə uyğun olaraq idarə edilməsi; investisiya bazarlarının təhlili və investisiya obyektlərinin axtarışı; bazar qiymətlərinin dəyişməsinə uyğun olaraq fond fondlarının dövri yenidən qiymətləndirilməsi; İF-nın fəaliyyətinə dair hesabatların hazırlanması; İF-nın digər cari fəaliyyətlərinin həyata keçirilməsi. == Ən böyük şirkətlər == Aşağıda, dünyanın ən aktiv menecerlərinin siyahısı (2020-ci ilədək), idarəetmə altındakı ümumi aktivlərə görə sıralanmışdır.
Kursoru idarə edən qurğu
Kursoru idarə edən qurğu (ing. Relative pointing device) — məsələn, siçan və ya trekbol; kursorun ekranda yerdəyişməsi həmin qurğunun yeri ilə deyil, onun yerdəyişməsi ilə bağlıdır. Məsələn, siçan masanın üzərində başqa yerə qoyulsa, ekranda kursorun yeri dəyişməyəcək, çünki bu halda siçanın kürəciyi fırlanmayacaq. Başqa növ qurğularda – mütləq göstərici qurğularda (məsələn, qrafik planşetlərdə) müəyyən zona çərçivəsində qurğunun yeri həmişə ekranda kursorun qabaqcadan müəyyən olunmuş yeri ilə bağlıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Səyahət edən tacir (alqoritm)
Səyahət edən tacir (ing. ing. travelling salesman problem (TSP)) - informatikada həlli çətin olan məsələlərdən biridir. Səyahət edən tacir belə bir sual soruşur: "Mənə şəhərlərin siyahısı və şəhərlər arasında məsafə verilibdir. Görəsən, bütün şəhərlərə səyahət edib və evə qayıtmaq üçün ən qısa yol hansıdır? Amma bir şərtlə ki, bir şəhəri iki dəfə ziyarət etməyim." Ilk baxışdan çox sadə görünən bu sual, əslində informatikada NP çətin məsələdir. Bu məsələ ilk dəfə 1930 ildə formalaşdırılıb və ən çox öyrənilmiş optimallaşdırma məsələlərindən biridir. Bir çox optimallaşdırma metodu üçün benchmark (etalon) kimi istifadə olunur. Baxmayaraq ki, səyahət edən tacir hesablama baxımdan çətin məsələdir, on minlərlə şəhər üçün bu məsələni dəqiq və heuristik həlləri var. Hətta milyonlarla şəhər üçün bu məsələni 1% səhvlə həll etmək mümkündür.
Özünə nifrət edən yəhudi
"Özünə nifrət edən yəhudi" və ya avtoantisemit (ivr. ‏אוטואנטישמי‏‎, oto'antishémi; feminen forması – ivr. ‏אוטואנטישמית‏‎, oto'antishémit) — hər hansı bir konkret məsələyə baxışı antisemitizm kimi qəbul edilən yəhudini təsvir etmək üçün istifadə edilən peyorativ termin. Bu termin XXI əsrdə xüsusilə sağçı baxışları olan insanlar tərəfindən solçu baxışları olan və ya öz siyasi baxışlarına zidd olaraq qəbul edilən digər yəhudilərə qarşı peyorativ şəkildə geniş şəkildə tətbiq edilmişdir. Anlayışın tanınması Almaniya yəhudilərindən olan filosof Teodor Lessinq tərəfindən 1930-cu ildə "Der jüdische Selbsthaß" (hərf. Yəhudi özünə nifrəti) kitabı nəşr edildikdən sonra geniş vüsət almışdır. Lessinq burada yəhudi ziyalıları arasında iudaizm haqqında fikirlərini ifadə edərək antisemitizmi qızışdırmağa yönəlmiş bir meyli izah etməyə çalışmışdır. İndiki dövrdə yəhudi diasporu daxilində özünə nifrətdən qaynaqlanan antisemitizm bəzi yəhudilərin Ərəb–İsrail münaqişəsini dərk etmələrinə görə öz kimliklərinə nifrət etmələri fonunda "Soyuq müharibə dövründə sionizmlə bağlı müzakirələrdə və ondan kənarda açar opprobrium termininin bir hissəsinə" çevrildiyi deyilir. Ronald Hendelə görə, yəhudilərin əcdadları olan İsrail övladları əcdadlarının adət-ənənələrini "yad" və "təhlükəli" kimi təsvir edərək Kənan irsini adətən rədd edirdilər. Filip Bohstrom İsrailin əcdadı olan İbrahimin amorey olduğuna inanır, lakin bu, sonradan amoreylərə qarşı Mesopotamiya qərəzlərini qəbul edən "Bibliya" müəllifləri tərəfindən anlaşılmaz hala gətirilmişdir. Gili Kluger iddia edir ki, "Bibliya"da Amalek övladları haqqında rəvayətlər İsrail xalqı arasında özünə nifrət hissini əks etdirir.
Neft İxrac Edən Ölkələr Birliyi
Neft İxrac Edən Ölkələr Birliyi və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədilə yaradılan təşkilat. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir. OPEC daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela (Venesuela təşkilatın yaranması təşəbbüsünə ilk dəfə 1949-cu ildə cəhd göstərib) təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975-1994), Anqola (2007) qoşulub. Ekvador 1993-cü ildə ya təşkilatın üzvlük haqqını ödəyə bilmədiyindən, ya da təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyindən təşkilatdan çıxıb. 2007-ci ildə isə İndoneziya təşkilatı tərk edib. Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. Hazırda OPEC-in 12 üzvü var.
Rəqs edən bağalar (film, 1935)
Burada Qambay adlı oğlanın atası ilə sirkə getməsindən, heyvanların oyun çıxarmalarını görəndən sonra təlimçi olmaq fikrinə düşməsindən bəhs edilir. Film yazıçı Abdulla Şaiqin "Oyunçu bağa" hekayəsi əsasında çəkilmişdir. Əsərin müəllifi: Abdulla Şaiq Ssenari müəllifi: Aleksandr Popov Quruluşçu operator: Muxtar Dadaşov İkinci rejissor: Qəmər Salamzadə Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.- səh. 132. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Dünyanı xilas edən adam (film, 1982)
Dünyanı xilas edən adam (türk. Dünyayı kurtaran adam)1982-ci il, türk filmi.
Tam çevrilmə ilə inkişaf edən cücülər
Tam çevrilmə ilə inkişaf edən həşəratlar (lat. Endopterygota və ya lat. Holometabola) — yeniqanadlılar (lat. Neoptera) infrasinfinə aid heyvan dəstəüstü.
Tam çevrilmə ilə inkişaf edən həşəratlar
Tam çevrilmə ilə inkişaf edən həşəratlar (lat. Endopterygota və ya lat. Holometabola) — yeniqanadlılar (lat. Neoptera) infrasinfinə aid heyvan dəstəüstü.
Rusiyada transgender keçidini qadağan edən qanun
Rusiyada transgender keçidini qadağan edən qanun (həmçinin cinsiyyətin dəyişdirilməsini qadağan edən qanun ) 14 iyul 2023-cü ildə Dövlət Duması tərəfindən qəbul edilmiş, daha sonra 19 iyul 2023-cü ildə Federasiya Şurası tərəfindən təsdiq edilmişdir. Prezident Vladimir Putin tərəfindən sənəd imzalandıqdan sonra 24 iyul 2023-cü ildə qüvvəyə minmişdir. Qanun insan haqları müdafiəçiləri, LGBT fəalları və tibb ictimaiyyəti tərəfindən ciddi şəkildə tənqid edilib; Human Rights Watch bunu insan hüquqlarının pozulması kimi qiymətləndirib. Qanun transgender insanlar tərəfindən tələb olunan və beynəlxalq səviyyədə qəbul edilmiş standartlara daxil edilən tibbi müdaxilələri qadağan edir. Qanun həmçinin interseks uşaqlarda onların razılığı və ya tibbi zərurət olmadan cərrahi əməliyyatlar aparmaq hüququ verir. Human Rights Watch hüquq müdafiə təşkilatı qəbul edilən qanunu Rusiya hakimiyyəti tərəfindən LGBT hüquqlarına edilən hücumun davamı kimi səciyyələndirir. Belə ki, bundan öncə 2022-ci ilin dekabrında Dövlət Duması “LGBT təbliğatını” qadağan edən qanun qəbul etmişdi. Tənqidlərə cavab olaraq qanun layihəsi son variantda daha da sərtləşdirildi. pasportda cinsiyyət işarəsinin dəyişdirilməsini qadağan edir; anadangəlmə anomaliyaların, genetik və endokrin xəstəliklərin müalicəsi ilə bağlı olanlar istisna olmaqla, insanda digər cinsə keçid ilə bağlı tibbi müdaxilələri qadağan edir ( cərrahi əməliyyatlar, hormonal terapiya və s.) transgender nikahları ləğv edir; transgenderlərin uşaqları övladlığa götürmək və ya qəyyumluq etmək hüququnu rədd edir. Qanun həmçinin interseks uşaqlarda onların razılığı olmadan əməliyyatlar etmək hüququ verir, baxmayaraq ki, bu, bir qayda olaraq, tibbi baxımdan zəruri deyil və bu cür müdaxilələr uşaqların fiziki və psixi sağlamlığı üçün risklər daşıyır.