BƏRBAD

is. [ fars. ] Dağılmış, dağınıq, pozğun, pərişan, uçmuş, pozulmuş; çox pis, çox xarab, çox yaman.
□ Bərbad etmək (qoymaq) – dağıtmaq, pozmaq, viran etmək, xarab etmək; heçə çıxarmaq, puç etmək, alt-üst etmək.
Bərbad olmaq – dağılmaq, viran olmaq, pozulmaq, xarab olmaq; heçə çıxmaq, puç olmaq, alt-üst olmaq. Bütün əməyim bərbad oldu.
Evi bərbad olmuş – qarğış yerində işlənir.
Sən girməyən evlər qoy olsun bərbad; Öldürsün əmiri qaşların, gəlin. (Qoşma).
[Mirzə Qoşunəli:] Evi bərbad olmuş məni işimdən-gücümdən avara, sərgərdan eləyib. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BƏRBAD viran — xaraba
  • BƏRBAD dağınıq — pozğun — pərişan

Etimologiya

  • BƏRBAD Farscadır, bər hissəsi bordən (aparmaq) feilinin əsasıdır, bad isə “külək” deməkdir. İlkin məna “külək aparan” anlamını əks etdirir (dağıtmaq, havaya
BƏRAYİ...
BƏRBADLIQ

Digər lüğətlərdə