BƏZƏMƏK

f.
1. Zinətləndirmək, yaraşıq vermək, gözəlləşdirmək, qəşəngləşdirmək, nəzəri cəlb edəcək gözəl bir vəziyyətə salmaq. Evləri bayraqlarla bəzəmək. Seçki məntəqəsini bəzəmək.
– Göy üzünü bəzər parlaq ulduzlar. H.Cavid.

2. məc. Mübaliğəli şəkildə təsvir etmək.
Möhlətovu divar qəzetində də möhkəm bəzədilər. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BƏZƏMƏK BƏZƏMƏK (müxtəlif mənalarda) Göy üzünü bəzər parlaq ulduzlar (H.Cavid); GEYİNDİRİB-KECİNDİRMƏK ..Onu geyindirib-kecindirib məclisə gətirmişdilər (Ə
  • BƏZƏMƏK zinətləndirmək — gözəlləşdirmək — qəşəngləşdirmək
BƏZƏMƏ
BƏZƏN

Digər lüğətlərdə