1. Bir şeyi qarşılıqsız (əvəzsiz) olaraq başqasına vermək, hədiyyə etmək, peşkəş vermək.
// məc. Bəxş etmək, vermək.
2. Alacağından könüllü olaraq vaz keçmək, əl çəkmək; özünə çatacaq şeyi daha istəməmək. Borclarını bağışlamaq.
3. Günahından, təqsirindən keçmək, əfv etmək.
4. Əmr şəklində: bağışla, bağışlayın, bağışlayınız – 1) söylənməmiş bir sözə, yaxud namünasib bir işə görə üzr istəmək və ya söylənmiş bir fikri düzəltmək üçün deyilir. Bağışlayın, mən bilmədim ki, bu söz sizin xatirinizə dəyəcək. Sizi narahat etdiyim üçün məni bağışlayın. Səni çox gözləməyə məcbur etdim, bağışla.
2) bir söz və ya hərəkətlə razı olmamağı və ya ona qarşı etirazı ifadə etmək üçün qətiyyən, heç, yox mənasında işlənir. Bağışla, elə şey yoxdur! Bağışlayın, mən buna heç vaxt razı ola bilmərəm.
5. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: təsir bağışlamaq, ömrünü bağışlamaq.