BABA ANNE

nənə
BABA
BABACAN
OBASTAN VİKİ
Anne Haney
Anne Haney (ing. Anne Haney; d. 4 mart 1934, Memfis, Tennessi, ABŞ — ö.
Anne Veski
Anne Veski (est. Anne Veski 27 fevral 1956, Rapla) — Sovet və Estoniya müğənnisi, Estoniya SSR-nin əməkdar artisti (1984). 27 fevral 1956-cı ildə Estoniyanın Rapla şəhərində İlmar-Tınis Vaarmann (est. Ilmar-Tõnis Vaarmann; 1927-2005) və Ellen Vaarmannın (est. Ellen Vaarmann; 1930-1988) ailəsində doğulur. Orada musiqi məktəbini bitirir. Sonra Tallinn Politexnik İnstitutuna daxil olur. Universiteti itirdikdən sonra fabrikdə çalışır və Filarmoniyada pop-studiyaya işə götürülü. Mobile ansamblı ilə birlikdə çalışır. İlk estrada kompozisiyası (1980) - "Gül bağının kraliçası".
Baba
Baba sözünün bir neçə mənası ola bilər :
China Anne McClain
Çayna Enn MakKlayn (25 avqust 1998), ABŞ-lı gənc müğənni, söz yazıçısıdır. MakKlayn Bacıları qrupunda müğənnidir. Karyerasına 2005-ci ildə başlamışdır. 2005-ci ildə İncil Kitabı filminə çəkilmişdir. Daha sonra 2007-ci ildə Taylr Perrinin Peyni Evi serialında Cazmin Peyni roluna çəkilmişdir. Ən məşhur rolu isə Disney Channelın serialı Bacarıq Fermasıdadır, bu serialda Çayna Parks roluna çəkilmişdir. Bacarıq Fermasında 6 mahnısı vardır: "Calling All The Monsters", "Dynamite" , "Unstoppable",Exeptional,My Crush, Beatiful, amma yalnız Calling All The Monsters və Dynamite'in kliplərini çəkmişdir.
Baba (ad)
Baba — Azərbaycanlı kişi adı.
Baba (dəqiqləşdirmə)
Baba (kulinariya)
Baba (kulinariya)
Baba kulinariyada — maya unundan hazırlanan xarakterik (hündür və yumşaq) formalı şirniyyat. Adətən kişmiş və vanil əlavə edilir. Babanın üzərinə şəkər pudrası səpilir və ya şokolad qlazuru ilə örtülür. Babanın alman variantı quqelhupf (kuqelhopf) adlanır. Slavyanlara yaxın isə Roma babasıdır. Ehtimal ki, ilk babalar qazanlarda, adətən dairəvi, dərin, çıxıntılı nahamar və açıq şəkildə xəmirdən bişirilmişdir. Bu məhsul Polotsina, Novqorod, Pskov, Smolensk, həmçinin Polşa və Almaniya üçün xarakterik idi. XIX əsrin ortalarında Rusiyada o, demək olar ki, tamamilə yoxa çıxdı. Goldstein, Darra (2015). The Oxford Companion to Sugar and Sweets.
Baba Babazadə
Baba Babazadə (geoloq) — geologiya-minerologiya elmləri doktoru, Sosialist Əməyi Qəhrəmanı Baba Babazadə (ədəbiyyatşünas) — ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Baba Buduqi
Baba Buduqi — XIX əsrdə yaşamış buduqlu şair.
Baba Dağ
Babadağ — Türk dilindən, "Baba" və "Dağ" sözlərindən yaranmışdır. Babadağ (şəhər) — Rumıniyada şəhər. Babadağ (dağ, Azərbaycan) — Azərbaycanda, Böyük Qafqaz dağlarının zirvələrindən biri. Babadağ — Baş Qafqaz silsiləsinin cənub-Şərqində, eyniadlı dağın yamacında aşırım. Babadağ (dağ, Türkiyə) — Türkiyədə dağ. Babataq — Orta Asiyanın cənubunda dağ. Babadağ (Denizli) — Türkiyədə şəhər.
Baba Fiqani
Baba Fiqani (? — ö. 1519) — Fars ədəbiyatında "səbk-i Hindi"nin qurucusu sayılan İran şairi. Baba Fiqani Şirazda dünyaya gəlmişdi. 925-ci (1519-cu) ildə öldüyü sırada altmış yaşını keçmiş olduğuna görə 860–865 (1456–1461) illər arasında doğulduğu söylənilə bilinir. Gəncliyində ata-baba məsləyi olan bıçaqçılıqla məşğul oldğundan bu sıralarda yazdığı şeirlərdə "bıçaqçı" anlamına gələn Səkkaki təxəllüsünü işlədirdi. Ancaq divanında bu təxəllüsü ilə yazılmış hərhansı bir şeirinə rast gəlinmədi. Fiqani otuz yaşına qədər Şirazda yaşadı, daha sonra Xorasana getdi. Bir müddət qaldığı Heratda başda Əbdürrəhman Cami olmaq üzərə bəzi şairlərlə görüşdüysə də onlardan gözlədiyi münasibəti görə bilmədi. Təbrizə gedərək burada tanış olduğu şairlər vasitəsiylə Ağqoyunlu hökmdarı Sultan Yaqub bəyin sarayına daxil oldu.
Baba Fərid
Fəridəddin Gəncşəkər və ya Baba Fərid (fars. حضرت بابا فرید الدّین مسعود گنج شکر‎; pənc. حضرت بابا فرید الدّین مسعود گنج شکر; Şərqi pəncab dilində: ਫ਼ਰੀਦ-ਉਦ-ਦੀਨ ਗੰਜਸ਼ਕਰ) (1173–1266) və ya (1188 (584 Hicri) – 7 may, 1280 (679 Hicri)) — Pakistan və Hindistanın görkəmli din xadimi, şair, filosof, alim. Baba Fərid adı ilə tanınmış Fəridəddin Məsud Şəkərgənc 1173-cü ildə Hindistanın Pəncab əyalətində nüfuzlu ailədə dünyaya göz açmışdır. Onun nəsil şəcərəsi bir versiyaya əsasən, Həzrət Əliyə (ə), digərinə görə isə, Həzrət Ömərə (r.a.) çəkir. Kiçik yaşlarından etibarən ailəsi tərəfindən dini qanunlara uyğun tərbiyə edilmişdir. "Şəkərgənc" təxəllüsü almasının səbəbi haqqında xalq arasında rəvayətlər mövcuddur. Onlardan birində qeyd edilir ki, anası Məryəm Bibi ona namaz qılmağı öyrədərkən, səccadənin altına bir qədər şəkər qoyur və namaz bitdikdən sonra şəkəri ona mükafat verirmiş. Lakin bir gün "şəkər qoymaq" ananın yadından çıxsa da, orada şəkər peyda olur. Məhz bu hadisədən sonra ona "Şəkərgənc" (şəkər xəzinəsi) adı verilmişdir.
Baba Heydər
Baba Heydər— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Farsan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,922 nəfər və 2,245 ailədən ibarət idi.
Baba Kokuri
Baba Sadayoşi (馬場貞由, 1787 – 12 sentyabr 1822) – Edo dövründə yaşamış Yaponiya tərcüməçisi və ranqaku alimi. Sacuro (佐十郎), Kokuri (穀里) və Teyyu (貞由) adlarından da istifadə etmişdir. Yaponiyada vaksinasiyaya və Qərb metallurgiyasına dair ilk əsərlərin müəllifi olmuşdur. Baba Sadayoşi Şizuki Tadaonun şagirdi olmuş, holland dilini öyrənmiş və Yaponiyanın Naqasaki şəhərində yerləşən Tərcüməçilik Bürosunda işləmişdir. 1808-ci ildə Edo şəhərinə dəvət olunaraq Astronomiya Bürosunun tərcüməçisi olmuşdur. 1811-ci ildə yaradılmış Barbar Kitablarının Tərcüməsi Ofisində işləməyə başlamış və buradakı ilk işi Vasili Qolovninin gəmisində tapılmış məktubları tərcümə etmək olmuşdur. O, Ezo adasına gedərək Qolovnindən rus dili təlimi almışdır. 1811–1839-cu illərdə nəşr olunmuş "Kosey şinpen" (azərb. "Sağlamlıq üçün yeni kompendium"‎) əsərinin tərtibində iştirak etmişdir. O, holland dilində bir neçə kitabın müəllifi olmuşdur.
Baba Korneliu
Baba Korneliu (18.11.1906, Krayova – 20.12.1997, Buxarest) – rəssam (əsasən portretçi) və qrafik rəssam, kitab rəssamı, Rumıniyanın Xalq Rəssamı, Rumıniya Akademiyasının Müxbir Üzvü və Tam Üzvü və Alman İncəsənət Akademiyasının, SSRİ Rəssamlıq Akademiyasının fəxri üzvü. O, ilk olaraq Buxarestdə incəsənət fakültəsində təhsil alıb, lakin təhsilini başa vurmayıb. 1948-ci ildə həbs edilib, izahat vermədən işdən çıxarılaraq Buxarestə sürgün edilib, sonradan karyerasını Kitab illüstratoru və rəssam kimi qura bilib. 1955-ci ildə ona SSRİ-yə getməyə icazə verildi, elə həmin ildə o, Varşavada keçirilən beynəlxalq sərgidə qızıl medal qazandı. 1956-cı ildə onun üç əsəri Venesiya Biennalesində nümayiş etdirilib. 1964-cü ildə onun Brüsseldə, 1970-ci ildə Nyu-Yorkda fərdi sərgisi təşkil olunmuşdur. 1963-cü ildən Rumıniya Elmlər Akademiyasının müxbir üzvüdür. Buna baxmayaraq o, Rumıniyada və daha az dərəcədə Şərqi Avropanın sosialist ölkələrində çox məşhur olsa da, heç vaxt Qərbdə müqayisəyə gələn məşhurluğa nail ola bilməmişdir.
Baba Mahmudoğlu
Mirzəyev Baba Mahmud oğlu (7 noyabr 1940, Qazax – 6 dekabr 2006, Bakı) — müğənni, Azərbaycan Respublikasının xalq artisti (1992). Baba Mahmudoğlu 1940-cı ildə Qazax rayonunun Muğanlı kəndində doğulub.1956-cı ildə orta məktəbi gümüş medalla bitirərək Neft Akademiyasına daxil olub. Tələbəlik vaxtı yoldaşları onu Seyid Şuşinskinin yanına aparıb və Baba Mahmudoğlu Seyid Şuşinskinin dərslərində iştirak edib. Həmin vaxt o, Süleyman Abdullayev, Əlibaba Məmmədov, Nəriman Əliyev, Nəzakət Məmmədova, Zeynəb Xanlarova ilə birgə Asəf Zeynallı adına Musiqi Məktəbində muğamları öyrənib. Sonra Səid Rüstəmovun rəhbərliyi ilə fəaliyyət göstərən orkestrlə televiziyaya çıxıb. Daha sonra Əhməd Bakıxanovun, Baba Salahovun ansamblı ilə ekranda görünməyə başlayıb. Əhsən Dadaşovun ansamblında isə bir qədər sonra oxumaq hüququ alıb. 1962-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında stajor kimi fəaliyyətə başlayan B.Mahmudoğlu sonralar bu teatrın muğam bölməsinin solisti olub. "Leyli və Məcnun"da Məcnun, "Aşıq Qərib"də Aşıq Qərib, "Əsli və Kərəm"də Kərəm, "Koroğlu"da təlxək, "Şah İsmayıl"da Şah İsmayıl, "Xanəndənin taleyi"də Mir Seyid obrazlarını yaradıb. 1992-ci ildə xalq artisti fəxri adını alıb.
Baba Mirzəyev

Baba Məmmədov
Məmmədov Baba Məhəmməd oğlu (1887, Fərcan, Qubadlı rayonu – 1974, İstanbul) — Zəngəzur qəzasının yüzbaşısı.[mənbə göstərin] Baba Məmmədov 1887-ci ildə Qubadlı rayonunun Fərcan kəndində dünyaya gəlmişdir. O, Zəngəzur qəzasının yüzbaşısı, 1918-1920-ci illərdə isə Azərbaycan Demokratik Respublikasının parlamentində deputat olmuşdur. O dövrlərdə həm Bakıda, həm də rayonlarda erməni daşnakları ilə mübarizədə fəal iştirak etmiş, Gəncədə Nuru Paşa ilə tanış olaraq onun köməkliyilə Zəngəzurun müdafiəsi üçün xeyli silah yardımı almışdır. Parlamentdə olarkən H.Z.Tağıyevlə də çox yaxın münasibətdə olmuşdur. 1920-1924-cü illərdə Qubadlı bölgəsində milis işləmiş, Əliyanlı kəndindən olan qaçaqlara qarşı hər hansısa əməliyyatın aparılmasına imkan verməmişdir. 1929-cu ildə Baba həbs edilərək Şuşa turməsinə salınmış, lakin tezliklə Hüsü Hacıyevin köməkliyilə azad edilmiş və Arazın o biri tayına keçmişdir. Orada da uzun müddət qalmayaraq, Türkiyəyə getmişdir. Burada o Xosrov bəy Sultanov və Nuru Paşa ilə yenidən görüşmüşdür. Baba Məmmədov uzun müddət vətən həsrəti ilə İstanbulda yaşamış və 1974-cü ildə orada vəfat etmişdir. Hacı Nərimanoğlu, "Yüzbaşı Baba".
Baba Məsimov
Baba Vəziroğlu (Baba Vəzir oğlu Məsimov; 10 yanvar 1954, Mollaisaqlı, İsmayıllı rayonu) — nasir, şair, tərcüməçi, kinodramaturq, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Lenin komsomolu mükafatı (1988), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2005). Baba Vəziroğlu 1954-cü il yanvarın 10-da İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olmuşdur. Həmin rayonun Hacatamlı kənd orta məktəbini bitirdikdən sonra "Pravda" kolxozunda işləmiş, oradan ADU-nun hazırlıq fakültəsinə göndərilmişdir (1971–1972). Universitetin jurnalistika fakültəsində təhsil almışdır (1972–1977). Azərbaycan LKGİ MK RTİD qərargahında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda təlimatçı (1979) olmuş, Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi işləmişdir (1979–1991). "Molla Nəsrəddin" jurnalının baş redaktoru olmuşdur (1989). Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü seçilmişdir (1991). Ədəbi fəaliyyətə "Ulduz" jurnalında (1976, № 8) çap etdirdiyi "Bir yaz axşamı", "Mağazinçi Dadaş" hekayələri ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda şeir və nəsr əsərləri ilə fəal çıxış edir. Klassik rus şairlərindən tərcümələr etmişdir.
Baba Noel
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Baba Pünhan
Baba Pünhan (tam adı: Mədətzadə Atababa Seyidəli oğlu 5 noyabr 1948, Kürdəxanı – 17 aprel 2004, Bakı) — Azərbaycan şairi. Baba Pünhan 1948-ci il noyabr ayının 5-də Bakı şəhərinin Kürdəxanı qəsəbəsində dünyaya göz açıb. 1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib. 1963-cü ildə 8-ci sinfi bitirib. Həmin il Bakı Rabitə Texnikumuna daxil olub. 1967-ci ilin iyun ayında texnikumu bitirib, avqust ayında Bakı Metropolitenində mexanik işləməyə başlayıb. 1968-ci ildə hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini başa vurub, vətənə qayıdandan sonra metroda işini davam etdirib. 25-il müddətində həmin yerdə işləyib. 1972-ci ildə ailə qurub.
Baba Qasımov
Baba Əhməd oğlu Qasımov (1 noyabr 1989, Ərçivan, Astara rayonu – 21 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Baba Qasımov 1989-cu il noyabrın 1-də Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı. Azərbaycan Ordusunun giziri olan Baba Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Baba Qasımov oktyabrın 21-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Astara rayonunun Ərçivan qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Baba Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Baba Qasımov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Baba Qasımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Baba Qəbulov
Baba (İbrahim) bəy Abdulla Əfəndi oğlu Qəbulov və ya Baba bəy Qəbulzadə (10 dekabr 1893, Qax, Zaqatala dairəsi – 29 oktyabr 1938, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Əhrar Partiyasının üzvü. Baba bəy Qəbulzadə ilk təhsilini atası Abdulla Qəbulzadədən almışdır. 1910-cu ildə Zaqatalada ali ibtidai məktəbi bitirmiş, burada və Şəkidə dərs demişdir. Sovet dövründə də əsasən, Zaqatalada və Kənd Təsərrüfatı Texnikumunda müəllimliklə məşğul olmuş, 1923–1927-ci illərdə Şəki oğlan müəllim seminariyasında tarixdən dərs demişdir. 1920-ci il mayın 24-də Azərbaycan Fövqəladə Komissiyası tərəfindən həbs edilmiş, lakin 16 gün sonra buraxılmışdır. Baba bəy Şəkidə müəllim işləyərkən Məhəmməd Əmin Rəsulzadənin Türkiyədə nəşr etdirdiyi "Yeni Qafqaziya" jurnalını tələbələr arasında ucadan oxutduğuna görə 1927-ci ildə işdən çıxarılıb və müsavatçı kimi həbs edilmişdir. 1928-ci ilin iyun ayının 11-də 3 il iş alaraq Bakıya sürgün edilib. Üç ildən sonra Zaqatalaya qayıdaraq, yenidən müəllimlik etmiş, ancaq bir müddət sonra onu məktəbdən uzaqlaşdırıb Şəkidə İttifaq Meyvə-Tərəvəz Birliyinin tədarükçüsü vəzifəsinə göndəriblər. Abdulla bəy daha sonra Gəncəyə gəlmiş, Moskva Yeməkxanalar Birliyinin şöbəsində tədarük üzrə müvəkkil işləmişdir. Təqiblər üzündən yaşayış yerini tez-tez dəyişməyə məcbur olan Baba bəyin həyatının son iki ili Şəki və Bakıda keçmişdir.
Baba Qəbulzadə

Baba Sacuro