BALASAN

bax: Bala və Həsən; balaca Həsən, kiçik Həsən.
BALASADIQ
BALASƏN
OBASTAN VİKİ
Vitali Balasanyan
Vitali Mikaeloviç Balasanyan (erm. Վիտալի Բալասանյան; 5 mart 1959, Əsgəran, DQMV) — tanınmayan DQR-nin hərbçisi, siyasətçi, ictimai xadim, DQMV qondarma Milli Şurasının deputatı, tanınmaməş dövlətin general-mayoru. Birinci Qarabağ müharibəsindəki xidmətlərinə görə qondarma DQR tərəfindən "Artsax qəhrəmanı" adını almışdır. Xocalı soyqırımında iştirak etmişdir. Vitali Balasanyan 1976-cı ildə Əsgəranda orta məktəbi bitirmişdir. Yezidi kürdüdür. 1977–1979-cu illərdə sovet ordusunda xidmət etmişdir. 1990-cı ildə İrəvanda Kooperativ Ticarət Texnikumunu, 2011-ci ildə Ermənistan Dövlət İqtisad Universitetini bitirmişdir. Vitali Balasanyan 1988-ci ildə Əsgərənda erməni özünümüdafiə dəstələrindən birinə rəhbərlik etmişdir. 1990-cı ildə Əsgəran rayonunun özünümüdafiə qüvvələrinin komandiri seçilmişdir.