BANKA

is. [ pol. ]
1. Silindrşəkilli şüşə və ya saxsı qab.
Qəfəslərə yığılmış şüşə bankalardakı saçaqlı konfetləri … siçanlar darmadağın etmiş(di). H.Sarabski.
Bankanın ağzı açılanda ətir qoxusu evi başına götürdü. Ə.Haqverdiyev.

2. Konservləşdirilmiş məmulat üçün dairəvi tənəkə qab (ət, balıq konservlərinin qabı).
3. is. tib. Xəstələrin kürəyinə qoyulan armudşəkilli şüşə qab. Bankalardan sonra dalım bərk ağrıyır.
– …İndi sizə bir balaca da soyuqdəymənin qabağını almaq üçün banka qoymaq lazımdır. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BANKA banka bax bəmi

Omonimlər

  • BANKA BANKA I is. [ ing. ] Dənizdə ayrıca dayaz yer. BANKA II [ holl. ] Qayıqda avar çəkənlərin oturduğu skamya

Etimologiya

  • BANKA alm. bank – dayazlıq, az dərinlik
BANKA
BANKÉT
OBASTAN VİKİ
Banka
== Banka == Banka-dəniz ( okean) dibinin ətraf sahələrə nisbətən az dərinliyə malik, lakin dərinliyi gəmi hərəkəti üçün kifayət olan sahəsinə deyilir. Banka vulkan, mərcan, tektonik və s. mənşəli ola bilər. Məs: Atlantik okeanında Nyufaundlend Bankası və s.
Zagrebačka banka
Zagrebačka banka (Zaqrebaçka banka, Zaqreb bankı) — Xorvatiyanın ən böyük bankı. UniCredit Maliyyə Korporasiyasının törəmə bankı. 1989-cu ildə tam özəlləşdirilən ilk Xorvatiya bankı və listinqlə birjaya (Zaqreb fond birjası, 1995-ci il) çıxan ilk Xorvatiya bankı. CROBEX adlı Xorvatiyanın əsas fond indeksinə daxil olan 25 şirkətdən biri.Bank 1914-cü ildə Zaqreb hakimiyyəti tərəfindən Gradska štedionica (şəhər əmanət bankı) adı ilə təsis edilmişdir. Bankın əsas vəzifəsi ilk öncə şəhər ictimai müəssisə və təşkilatlarını maliyyələşdirmək idi. Yarandığı gündən iki il sonra bank şəhərdə tramvay şəbəkəsi tikən Zaqreb Tramvay Şirkətini (ZET) maliyyələşdirməyə, eləcə də digər infrastruktur layihələrini kreditlərlə dəstəkləməyə başladı. İkinci Dünya Müharibəsindən sonra bankın adı Gradska štedionica Zagreb (Zaqreb Şəhəri Əmanət Bankı) oldu. 1977-ci ildə bir sıra yenidən qurulmadan sonra bank müəssisələrə kredit verməyə yönəlmiş Zaqrebačka banka və fiziki şəxslərə maliyyə xidmətləri göstərən Gradska štedionica bölündü. 1980-ci ildə onlar yenidən birləşdilər, lakin artıq Zagrebačka banka adı altında. Bank YSFR dövlətinə məxsus olmayan ilk səhmdar bank oldu.
Çistaya Banka
Çistaya Banka (rus. Чистая Банка) — Xəzər dənizinin şimal-şərqində yerləşir. Züdev adasından 27 km cənubda, Volqa çayı deltasında yerləşir. Çistaya Banka adasının uzunluğu 6 km, eni isə 4 km təşkil edir. Ada inzibati cəhətdən Həştərxan vilayəti ərazisinə daxildir. == İtmiş şəhər == Çistaya Banka adası ərazisində qədim İdil şəhəri mövcud olmuşdur. Tarixçi Konstantin Nikolayeviç kosmosdan baxış zamanı adada şəhər qalıqlarını aşkarlamışdır.

Digər lüğətlərdə

в кра́пинки вооруже́нец изла́мывание неприча́стный оставля́ть панто́граф синхрони́чность триме́стр уце́живать Фло́ра Чернозе́мье недружелю́бно нэ́цкэ покра́ска предпи́сывать пыхте́ть рациона́льный стеклова́та уснасти́ть ag- continuity ice water man-machine spindle-legged преступать