BAYAR

adlı-sanlı; bəy, ər; varlı ər; ulu, tanınmış. (I Pyotra qədər Rusiyanın daxili və xarici siyasətində fəal olan türklər məhz bu titulla şöhrətlənmişlər).
BAYANDUR
BAYAT
OBASTAN VİKİ
Cəlal Bayar
Cəlal Bayar (türk. Celâl Bayar; 16 may 1883, Umurbəy[d], Bursa vilayəti – 22 avqust 1986[…], İstanbul) — Türkiyə Respublikasının 3-cü prezidenti (1950–1960), 4-cü baş naziri (1937–1939), Demokrat Partiyasının qurucularından biri, Türkiyəli iqtisadçı və siyasətçi. Çağdaş Türkiyənin siyasi həyatının müxtəlif dövrlərində mühüm rol oynayan Bayar, cümhuriyyət dövründə TBMM üzvü, iqtisad elmləri üzrə millət vəkili olub. Mustafa Kamal Atatürkün 1950–1960-cı illər arasında sonuncu baş naziri və Türkiyənin üçüncü və ilk hərb kökəni olamayan prezidenti kimi fəaliyyət göstərib. == Həyatı == === Gəncliyi === Cəlal Bayar 1883-cü ildə Bursanın Gəmlik mahalının Umurbəy kəndində anadan olub. İlmiyə sinfinə mənsub fiqh alimi olan atası Abdullah Fehmi Əfəndi 93-cü il müharibəsindən sonra bu gün Bolqarıstan sərhədləri daxilindəki Pleven şəhərindən Gəmlik yaxınlığındakı Umurbəy kəndinə köçmüşdür. Bu kənddəki orta məktəbdə direktor, bir müddət Gəmlikdə müfti vəzifəsində çalışıb. Bayar Abdullah Fehmi Əfəndinin (böyük qardaşları Behzat və Asım) üçüncü oğludur. İbtidai və orta təhsilini atasının yanında alan Bayarın uşaqlığı və gəncliyi ailəsinin məskunlaşdığı Bursada keçir. Gəmlik Məhkəmə İdarəsi və Alay İdarəsində kursant vəzifəsində çalışıb.
Yesui Bayar
Yesui Bayar (21 iyul 2000) — Monqolustanlı üzgüçü. Yesui Bayar Monqolustanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Yesui Bayar birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 28.40 saniyəlik nəticəsi ilə 60-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.