BAŞIAŞAĞI


1. zərf Başını aşağı dikmiş halda, başını aşağı salmış halda.
Sərdar evlərinin qabağında bir daxmaya girib, səhərdən axşama kimi başıaşağı iynə vurmaqdadır. C.Məmmədquluzadə.

2. zərf Tərsinə dönmüş, baş tərəfi aşağıya çevrilmiş. Stəkanı başıaşağı qoymaq. Başıaşağı durmaq.
3. zərf Getdikcə aşağıya tərəf; mayili, eniş, yuxarıdan aşağı. Başıaşağı gedən yol. Dağdan başıaşağı enmək.
4. zərf Çayda suyun axıb getdiyi tərəfə. Çayla başıaşağı üzdüm.
5. sif. məc. Sakit, dinc, fağır, heç kəslə işi olmayan, ancaq öz işi ilə məşğul olan. Başıaşağı adam. – Səfər doğrudan da qızların xoşuna gələnlərdən deyildi.
Fağır, başıaşağı bir oğlandı. Ə.Haqverdiyev.
Evlənən kəsbkar, başıaşağı olmalı imiş. Çəmənzəminli.
Pəri xanım Rüxsarəni başıaşağı, təmiz bir qız və dünya gözəli bir mələk kimi tanıyırdı. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BAŞIAŞAĞI başıaşağı bax 1. utancaq; 2. sakit
  • BAŞIAŞAĞI mayili — eniş
  • BAŞIAŞAĞI sakit — dinc — fağır

Antonimlər (əks mənalı sözlər)

  • BAŞIAŞAĞI BAŞIAŞAĞI – BAŞIYUXARI Sərdar evlərinin qabağında bir daxmaya girib səhərdən axşama kimi başıaşağı iynə vurmaqdadır (C
BAŞIAŞAĞA
BAŞIBAĞLI

Digər lüğətlərdə

вылу́живать клуб командо́р неизно́сный пито́мнический разнососта́вный товарообме́н баниа́н вана́диевый видеодискоте́ка истече́ние класть на музыку мышьяко́вистый растолко́вываться услади́тельный дерзкий проект body English geothermics hyperaemia six-fingered лиственница мостки поисковый стратификация