BETƏR

sif.zərf [ fars. ]
1. Daha pis, daha yaman, daha bərbad, lap pis. Xəstənin halı dünənkindən betərdir.
– Ümid ilə ömrüm oldu zaye; Halım betər etdi zəfi-tale. Füzuli.
Ol zaman ki, bu mənzildən köç olur; İşin olur tamam betər, ağlarsan. M.V.Vidadi.
Pis hərəkət etsəm, utannam özüm; Halım olar betər, yazım, yazmayım? M.Ə.Sabir.

2. Daha çox, daha artıq, daha güclü, daha şiddətli.
…Bu sükut dekabr qaranlığından daha betər ürək sıxırdı. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BETƏR betər bax pis
  • BETƏR pis — yaman — bərbad

Etimologiya

  • BETƏR Fars mənşəlidir, əsli bəd və təhər (bədtər: yəni pis) sözlərindən ibarət olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
BETA
BETƏRLƏŞMƏ

Digər lüğətlərdə