BİRİNCİLİK

is. Hər hansı bir keyfiyyət, nailiyyət, xidmət və s. cəhətdən üstünlük; birinci yer. Yarışda birincilik. Üzgüçülükdə birincilik. Birinciliyi qazanmaq.
[Əmrülla:] Moskvadan alınan teleqrama görə pyes yarış komissiyasında birincilik qazanmışdır. C.Cabbarlı.
Şirin sağ-salamatlıq sözlərindən sonra, özünün at çapmaqda necə birincilik aldığını yazırdı. Mir Cəlal.
Sarı həm işləyir, həm öyrənir, həm də kursda oxuyub, atıcılıqda birincilik alırdı… S.Rəhimov.

BİRİNCİ
BİRİSİ

Digər lüğətlərdə