1. sif. Heç bir tərəfin mənafeyini saxlamayan, heç birinin tərəfini saxlamayan; mübahisə və ya mübarizə edən tərəflərin heç birinə mənsub olmayan, heç bir tərəfə meyil etməyən. Bitərəf adam.
– Mən heç kəsdən qorxmuram, hər kəs məni zərərsiz və bitərəf bir şəxsiyyət kimi tanıyır.
[Müəllim] Əsədi qorxaqlıqda müttəhim edib deyinirdi, Mahmud əmi bitərəf idi.
// hüq. Başqa dövlətlər arasında gedən mübarizədə iştirak etməyən, bitərəfliyə riayət edən. Bitərəf dövlətlər.
2. sif. Heç bir partiyaya mənsub olmayan. Bitərəf nümayəndələr.
3. is. dan. Partiya üzvü olmayan adam.