BOĞAZADÖYMƏ is. dan. Höcətləşmə, bir-biri ilə sözləşmə, söz güləşdirmə, mübahisə etmə; mübahisə, deyişmə. İki saatdan bəri davam edən boğazadöymə ağıllıbaşlı bir nəticə verməmişdi. Ə.Əbülhəsən. Axırda bu boğazadöymədən bir şey çıxmadı. Ə.Vəliyev.