BORCLU

sif.is.
1. Borcu olan, başqasından borc almış olan; verəcəkli. Borcluların siyahısını tutmaq.
– Güllücədə Molla Qasıma borclu olmayan bir kəndli yox idi. S.S.Axundov.

2. Borc verən.
Borclu borclunun sağlığını istər. (Məsəl).

3. Bir vəzifəni görməli olan, öz vəzifəsi kimi icra etməli olan; vəzifəli. O, gördüyü işlər haqqında vaxtında hesabat verməyə borcludur. O, sənin işini görməyə borclu deyil.
□ Borclu çıxartmaq – bax borclu eləmək.
[Qəhrəman:] “Sağ ol” demək əvəzinə, məni borclu çıxarırsan. S.Rəhimov.

Borclu eləmək – yaxşılıq qarşısında minnətdar etmək. Məni özünə borclu elədi.
Borclu qalmaq (olmaq) – öhdəsində borc olmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BORCLU haqlı — minnətli
  • BORCLU vəzifəli
  • BORCLU verəcəkli

Omonimlər

  • BORCLU BORCLU I is. Borcu olan, başqasından borc almış olan. Hacı Bayram indiyədək bu camaatın qanını soyubdur
BORC-XƏRC
BORCLULUQ

Digər lüğətlərdə