1. “Boğmaq”dan f.is.
2. Yoluxma boğaz xəstəliyi (xalq arasında difteritin adı). Boğma çıxarmaq (boğma xəstəliyinə tutulmaq).
3. məc. dan. Yemək, xörək, çörək mənasında (nifrət, hiddət və acıqla deyilir).
[Fatma xanım:] Get, boğma bişir, zəhər bişir … yaxşımı?
4. sif. Ortası dar, ağız və alt tərəfi isə gen (qab, stəkan və s. haqqında).
Nurcahan qarpızı samovarın qabağında oturub, güllü boğma stəkanları silirdi.
◊ Boğma çıxarmaq – qarğış əlaməti olaraq iki əlini qabağa gətirərək yumruq göstərmək.
Fatma xanım ikiəlli İsgəndərə boğma çıxardıb gedir.