BOĞÇA

is. İçinə dəyişək, parça və s. qoyulub bükülmüş bağlama (böyük yaylıq).
[Atam anama dedi:] Hərgah getmək istəyirsənsə, dur ayağa, boğçanı aç, mənim paltarlarımdan bir dəst gey, gedək. H.Sarabski.
Səriyyə xala geri qayıtdı, onun qoltuğunda yamaqlı bir boğça var idi. M.İbrahimov.

◊ Boğçaya qoymaq məc. – üstünü örtmək, malalamaq, üstünü açmamaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BOĞÇA BOĞÇA Səriyyə xala geri qayıtdı, onun qoltuğunda yamaqlı bir boğça var idi (M.İbrahimov); BAĞLAMA [Göyüşoğlu] əlində tutduğu xırdaca bağlamanı dalında
  • BOĞÇA bağlama

Etimologiya

  • BOĞÇA Bizdə boğum (сустав, сочленение, узел, завязать) sözü olub. Şişməyə “boğuq” deyiblər. Boxça kəlməsi boğmaq (bağlamaq) sözü ilə qohumdur
BOĞAZLIQ₂
BOĞÇALAMA

Digər lüğətlərdə

беско́стный керосинокали́льный надгни́ть нужда́ протра́вка рогообма́нковый брать быка́ за рога ненадёжный потяну́ть время проникнове́нность русофильский тома́н уму́чить Едем cream-laid paper fanatic log glass paten pigeon chest point system quadrumanal set-fair storeroom мол телеграфировать