BÜRHANƏDDİN

dinin dəlili, dinin sübutu.
BÜRHANƏ
BÜRŞAD
OBASTAN VİKİ
Bürhanəddin Rəbbani
Bürhanəddin Rəbbani (20 sentyabr 1940, Feyzabad, Əfqanıstan krallığı[d] – 20 sentyabr 2011[…], Kabil, Əfqanıstan İslam Respublikası[d]) — Əfqanıstan prezidenti (1992–2001) Bürhanəddin Rəbbani 20 sentyabr 2011-ci ildə öldürülmüşdür. == Həyatı == Əfqanıstanın sabiq prezidenti, tacik əsilli Bürhanəddin Rəbbanı 1940-cı ildə Əfqanıstanın şimal-şərqindəki Faizabad şəhərində anadan olub . 1963-cü ildən Kabil Universitetində İslam Hüququndan dərs deyib. Daha sonra 1968-ci ildə Misirin Əzhər universitetində islam fəlsəfəsi ixtisası üzrə təhsil alıb. Həmin il Cəmiyyət-i İslam partiyasını rəhbəri olub. 1973-cü ildə şahzadə Davudun devrilməsindən sonra Pakistanın Pişavər şəhərinə köçüb. 1979–1989-cu illərdə Əfqanıstanda rus ordusuna qarşı aparılan döyüşlərdə iştirak edən Rəbbani Əfqan mücahidlərinə başçılıq edib. Tabeliyində 20 minə yaxın döyüşçü vardı. 1992-ci ildə Əfqanıstana qayıdaraq, iyunun 28-də Əfqanıstan İslam Dövlətinin müvəqqəti prezidenti olub. 22 dekabr 2001-ci ildə Rabbani rəsmən prezidentlikdən istefa edib.
Bürhanəddin xəlifə
Bürhanəddin xəlifə (XVII əsr) — Toxmaqlı oymağının məşhur simalarından biri. Urmiya yörəsindəki Dumdum qalasını kürdlərin Mükri əşirəti möhkəmləndirib qızılbaşlara asi olmuşdu. 1610-cu ildə Bürhanəddin xəlifənin atası II İlyas xəlifə qoşunla Dumdum qalası ətrafına gəlib Mükri əşirətini qorxuya salmışdı. Mükrilərin böyükləri (başda Xan Abdal Mükri olmaqla) II İlyas xəlifənin yanına gəlir. Xan Abdalın qardaşı Məhəmməd bəy xəncərlə II İlyas xəlifəni öz çadırında xaincəsinə yaralayır və xəlifə bir neçə gündən sonra dünyasını dəyişir. Çadırına qonaq gələn mükriləri şirin-şərbətlə qarşılayan II İlyas xəlifə qəfil hücuma məruz qalmışdı. "Qonaqlar" düz əqidəli sufi ilə birgə iki qohumunu da öldürmüşlər. Çadırdan bir qədər kənarda olan Bürhanəddin atasının yaralandığını eşidib çadıra qaçaraq "qonaqları" qılıncdan keçirib doğrayır. Şah Abbasın hicri-qəməri ilə 1019-cu ildə (1610-1611)Dizmar və Üzümdil mahallarının xəlifəsi təyin olunub. II İlyas xəlifənin oğlu, II Şəmsəddin xəlifənin atası.
Bürhanəddin Əhməd
Qazi Bürhanəddin Əhməd (1345, Kayseri – 1398, Sivas) — şair, alim və dövlət xadimi. Bürhanəddin əvvəllər qazılıq etmiş, daha sonra Ərətna bəyliyinin vəziri olmuş, ən sonda isə paytaxtı Sivas olmaqla özünün bəyliyini formalaşdırmışdır. Onun qurduğu bəylik "Qazı Bürhanəddinin dövləti" adlandırılmaqda idi. Özünün qurduğu bəyliyin müstəqilliyini qorumaq üçün o, Osmanlı, Məmlük, Qaramanoğulları və Ağqoyunlu dövlətlərinə qarşı 18 il mübarizə aparmışdır. O, müasir Azərbaycan türkcəsinə yaxın türkcədə şeirlər yazmışdır. Bundan başqa onun fars və ərəb dillərində yazılmış şeirləri də olmuş, eyni zamanda İslam şəriəti ilə bağlı araşdırmalar etmişdir. Onun yazmış olduğu divan türk dilində yazılmış ilk divandır. O, ümumiyyətlə müasir Azərbaycan və Türkiyə ədəbiyyatlarının qurucularından biri hesab edilir. O, xüsusilə Azərbaycan türkcəsində olan şeiriyyatın inkişafında xüsusi rol oynamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Qazi Bürhanəddin Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
Qazi Bürhanəddin bəyliyi
Qazi Bürhanəddin bəyliyi — Azərbaycan şairi, dövlət xadimi Qazi Bürhanəddin tərəfindən 1381-ci ildə qurulan tarixi dövlət. Görkəmli dövlət xadimi, məşhur sərkərdə və şair Qazi Bürhanəddin 1344-cü il-də Qeysəriyə şəhərində dünyaya göz açmışdır. O, mənşəyinə görə, qədim türk-oğuz boylarından sayılan Salur tayfasına mənsub idi. Belə bir ehtimal da var ki, onun qədim babaları Xarəzmdən gəlmişdilər. Şairin adı Əhməd, künyəsi Əbülabbas, təxəllüsü isə Qazi Bürhanəddin idi. O, irsən keçən qazilik hüququna malik, yüksək savad dərəcəsi və əsl-nəcabəti ilə məşhur olan bir ailədən idi. Qeysəri şəhərinin qazıları Cəlaləddin Həbib, Hüsaməddin Hüseyn, Siracəddin Süleyman bu nəsildəndirlər. Onun babası Siracəddin Süleyman Anadoluda yaradılmış Ərətna bəyliyinin banisi Sultan Ərətna bəy Uyğurun sarayında yaşamış və bəyliyin siyasi həyatında mühüm rol oynamışdır. Şairin atası Şəmsəddin Məhəmməd də öz dövrünün məşhur qazilərindən sayılır. Əhmədin anası isə səlcuq sarayında yaşamış məşhur dövlət xadimlərin birinin nəvəsi idi.

Digər lüğətlərdə