CƏLALƏT
CƏLB
OBASTAN VİKİ
Cəlali (tayfa)
Cəlali — kürd tayfası. Basil Nikitin və Moritz Vaqnerin nəzərlərinə görə kürdləşmiş ermənilərdir. Onlar köçəri şəklində Türkiyənin şərqində və İranın Maku şəhristanında yaşayırlar. Onlar həmçinin, Azərbaycanda Zilanlı tayfa ittifaqının bir parçası kimi məskunlaşmışlar.
Cəlali eli
Cəlali — kürd tayfası. Basil Nikitin və Moritz Vaqnerin nəzərlərinə görə kürdləşmiş ermənilərdir. Onlar köçəri şəklində Türkiyənin şərqində və İranın Maku şəhristanında yaşayırlar. Onlar həmçinin, Azərbaycanda Zilanlı tayfa ittifaqının bir parçası kimi məskunlaşmışlar.
Cəlali üsyanları
Cəlali üsyanları — XVI əsrdə Anadoluda Osmanlı dövlətinə qarşı baş vermiş qiyamlar. == Tarixi == Bu hərəkat Osmanlı imperiyasında XVI əsrin 90-cı illərində başlamış və sonralar Azərbaycan ərazilərinə yayılmışdı. Cəlalilərin ayrı-ayrı dəstələri, onlara qoşulmuş şəhər və kənd yoxsulları yerli feodalların var dövlətlərini ələ keçiridilər. Müxtəlif tayfalar içərisindən çıxmış Cəlalili dəstə başçılarından biri Koroğlu idi. Xalq rəvayətinə görə, Səlmas yaxınlığındakı xaraba qala Koroğlu tərəfindən tikilmişdir. İlk dəfə Koroğlunu tarixi şəxsiyyət kimi Petruşevski təqdim etmişdir. O, yazırdı ki,"tarixi Koroğlu Ermənistanda və Azəbaycanda fəaliyyət göstərirdi". Koroğlunun silahdaşları Dəli Həsən, Giziroğlu Mustafa bəy, Kosa Səfər, Tanritanımaz, Abaza Paşa idilər. Koroğlunun tarixi şəxsiyyət olması haqqında o dövrdə yaşamış Əylisli Zəkəriyyənin "Qeydlərində", Övliya Çələbiyyənin "Səyahətnaməsində" və başqa əsrlərdə məlumatlar verilir.
Cəlalilər hərəkatı
== Əhalinin vəziyyəti == XVI əsrin son rübündə Osmanlı-Səfəvi müharibəsinin gedişində Azərbaycanın əksər ərazilərinin işğal olunması nəticəsində Azərbaycan dövlətçiliyinin inkişafına ağır zərbə vuruldu, əhali fəlakətlə üzləşdi. İşğalın ilk mərhələsində Osmanlı hakim dairələri Səfəvi hakimiyyəti dövründə müəyyən olunmuş vergi məbləğləri və mükəlləfiyyətlərlə kifayətlənirdilər, lakin işğalın sonrakı mərhələsində onlar dövlət xəzinəsini zənginləşdirmək, şəxsən varlanmaq məqsədilə tədricən vergilərin məbləğini və mükəlləfiyyətlərin sayını artırırdılar. Osmanlı istilasının ağırlığını çəkmiş Azərbaycan əhalisi müstəqil siyasi inkişaf arzusu ilə mübarizəyə qalxırdı. Osmanlı hakimiyyəti dövründə Azərbaycanın iqtisadi vəziyyəti ağır idi. Əhali uzun müddət yaşadığı ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalırdı. Əhalinin yaşadığı yerlərdən getməsi Osmanlı zülmünə qarşı olan etirazın özünəməxsus formalarından birinə çevrilmişdi. XVI əsrin sonlarına doğru Azərbaycanda yaranmış vəziyyətin şahidi olmuş tarixçi İskəndər bəy Münşi Osmanlı işğalı dövründə Təbrizdəki şəraiti belə təsvir edir: "Təbriz əhalisinin bir hissəsi şəhər işğal olunarkən qılıncdan keçirilmiş, digər bir qismi əsir kimi aparılmış, qalanları isə Əcəm İraqının şəhərlərinə qaçmışdılar". İsgəndər bəy Münşinin verdiyi məlumata görə, Osmanlı işğalı illərində "Təbriz şəhərində əhali qalmamışdı". "Abadlığına və əhalisinin sayına görə islam aləminin şəhərləri arasında tayı-bərabəri olmayan" Təbriz şəhərinin əhalisinin tamamilə köçməsi haqqında Osmanlı mənbələrində də məlumatlar vardır. XVI əsrin sonlarında Osmanlı imperiyasının iqtisadi vəziyyəti xeyli ağırlaşmışdı.
Cəlaliyyə
Cəlaliyyə (fars. جللییا‎) — Naxçıvan hakimi, məlikə (XIII əsrin 20-ci illəri), Azərbaycan Atabəylər dövlətinin ikinci hökmdarı atabəy Məhəmməd Cahan Pəhləvanın Zahidə xatundan olan qızı, atabəy Özbəyin bacısı, Xarəzmşah Cəlaləddin Mənguberdinin şəxsi münşisi. == Həyatı == Şihabəddin ən-Nəsəvinin Cəlaliyyə haqqında məlumatı "Məlikə Cəlaliyyə, Naxçıvanın sahibəsi" sözləri ilə başlayır. 1224-cü ildə monqolların dağıtdığı Xarəzmşahlar dövlətinin hökmdarı sultan Məhəmmədin oğlu Qiyasədin Pirşah Azərbaycana yürüş edir. Hücumların qarşısını almaq iqtidarında olmayan Özbək, iqta mülkü kimi Naxçıvana sahib olan bacısı Cəlaliyyəni Pirşaha ərə verməklə barışıq əldə edir. Azərbaycan Atabəylər dövlətinin süqutundan sonra Naxçıvan Cəlaliyyənin mülkü olaraq qalır. Cəlaliyyə haqqında mənbələrdə olan sonrakı məlumat Cəlaləddin Mənguberdinin vəziri Şərəf əl-Mülkün bu işə Cəlaliyyənin oğulluğu, ona naxələf çıxmış məmlük Aytoğmış təhrik etmişdi. Naxçıvan civarında baş verən döyüş vəzirin qoşununun məğlubiyyəti ilə nəticələnir. Ən-Nəsəvi Cəlaliyyənin sarayında, adətən, kişilərin danışdığı "hacib" (sarayın işlər müdiri, kamergeri) vəzifəsini icra edənin o zaman qadın olması haqqında məlumat verir. 1228-ci ildə gürcü qoşunlarını darmadağın etmiş, ətraf yerləri ələ keçirmiş Xarəzmşah Cəlaləddin Mənguberdi Cəlaliyyənin təklifi ilə Naxçıvana gəlir.