CƏLB

[ ər. ] Özünəçəkmə, cəzbetmə.
□ Cəlb etmək1) çəkmək, cəzb etmək, özünə tərəf çəkmək. Hamının hüsn-rəğbətini cəlb etmək.
[Sabbah:] İsfahan səmtini etdim məskən; Məni cəlb etdi Nişabur yenidən. H.Cavid.
[Hüseyn] məharət işlədib kəsir yolunu; Yenidən cəlb edir döyüşə onu. M.Rahim.
Sanki bu xaraba, Calalı bir maqnit kimi özünə cəlb edərək deyirdi… S.Vəliyev;

2) bir işə qoşmaq, sövq etmək, bir işdə iştirak etdirmək. İşə cəlb etmək. Söhbətə cəlb etmək.
[Dəmir Ataşa:] Ürək qızdırdığın adamlardan bir neçəsini cəlb elə! Ə.Vəliyev;

3) məc. Maraq oyatmaq, diqqətini çəkmək.
[Rüstəmbəy] …bığlarına və təzə qırxılmış üzünə elə məlahət verdi ki, Sofyanın fikrini özünə cəlb etdi. Çəmənzəminli.
Münəvvər xanımın şəklişəmayıli Hacını lap əvvəl gündən cəlb eləmişdi. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CƏLB bax: cəzb
CƏLAYİ-VƏTƏN
CƏLBEDİCİ

Digər lüğətlərdə

ба́ррель влю́бчивость малоземе́льный ополза́ние раска́чкой ско́мкать человеколю́бие зубр наби́ть битком натурализова́ться озаря́ться пустить поезд под отко́с хирурги́ческое копань -nomy atony land-clearing moonset photorespiration Pyrrhonist seldom ted коллективистский радиология рысить