CƏMLƏŞDİRMƏK

f. Cəmləmək, mərkəzləşdirmək.
Bütün diqqətini [Xəlil] bir nöqtədə cəmləşdirdi. M.Hüseyn.
Qız dik Eyvazın gözlərinə baxır, sonra ani olaraq, ya kəndlərinə tamaşa edir, yaxud Qaratəpənin tapdaq yerlərinə nəzər salıb təkrar baxışını Eyvazın sifətində cəmləşdirirdi. Ə.Vəliyev.

◊ Özünü cəmləşdirmək1) fikrini, diqqətini, iradəsini bir şey üzərində mərkəzləşdirmək;
2) özünü toplamaq, özünü ələ almaq.
Qoca xan özünü cəmləşdirdi. S.Rəhimov.
Nərgiz dodağını gəmirib özünü cəmləşdirdi. B.Bayramov.

CƏMLƏŞDİRMƏ
CƏMLƏŞMƏ

Digər lüğətlərdə