CAMAŞIR

is. [ fars. ] Alt paltarı, köynəktuman, dəyişək.
[Çingiz:] Qəmər, cəld çamadanı içəridən gətir, kitabları qoy, camaşırlarımı gətir. S.S.Axundov.
[Ev xanımı:] Qulluqçu camaşır dalınca getmişdir. T.Ş.Simurq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CAMAŞIR camaşır bax paltar; dəyişək

Etimologiya

  • CAMAŞIR Farsca camə “paltar” deməkdir, şur isə şostən (yumaq) feilinin əsasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
CAMALLI
CAMAŞIRÇI
OBASTAN VİKİ
Camaşırxana
Camaşırxana (ing. Laundry) — geyimlərin yuyulması, təmizlənməsi və qurudulması kimi işlərin görüldüyü məkanlara verilən ümumi ad. Camaşırxanalar böyük əksepidemik əhəmiyyətə malik olub, eyni zamanda ağların yuyulması ilə onların zərərsizləşdirilməsi də təmin olunur. Camaşırxanalar izolyasiya olunmuş iki - çirkli ağların qəbulu və təmiz ağların təhvili bölmələrindən ibarətdir. İstehsalat yerinin hündürlüyü 3-3,5 m-dən az olmamalıdır. Camaşırxananın əsas yerlərindən biri yuma sexidir. Bu sexin divar, tavan və döşəməsi hidroizolyasiyalı olmalıdır. Divarlar hamar plitələrlə, döşmə metlaxla, tavan isə asan yuyulan və dezinfeksiyaya davamlı materiallarla üzlənməlidir. İƏ 1 : 5 və ya 1 : 6 nisbətində olmalıdır. Sex sentrafuqalı yuma maşını ilə təchiz edilməlidir.

Digər lüğətlərdə