CAMAŞIRXANA

is. [ fars. ] Paltar yumağa məxsus yer, paltar yumaqla məşğul olan müəssisə.
Süfrə, dəsmal, pərdə və qapı-pəncərə örtüklərinin yuyulması üçün ayrıca camaşırxana açılması işi bu sahəyə sərf edilən xərcləri 50 faiz azalda bilər. (Qəzetlərdən).

CAMAŞIRÇILIQ
CAME₁
OBASTAN VİKİ
Camaşırxana
Camaşırxana (ing. Laundry) — geyimlərin yuyulması, təmizlənməsi və qurudulması kimi işlərin görüldüyü məkanlara verilən ümumi ad. Camaşırxanalar böyük əksepidemik əhəmiyyətə malik olub, eyni zamanda ağların yuyulması ilə onların zərərsizləşdirilməsi də təmin olunur. Camaşırxanalar izolyasiya olunmuş iki - çirkli ağların qəbulu və təmiz ağların təhvili bölmələrindən ibarətdir. İstehsalat yerinin hündürlüyü 3-3,5 m-dən az olmamalıdır. Camaşırxananın əsas yerlərindən biri yuma sexidir. Bu sexin divar, tavan və döşəməsi hidroizolyasiyalı olmalıdır. Divarlar hamar plitələrlə, döşmə metlaxla, tavan isə asan yuyulan və dezinfeksiyaya davamlı materiallarla üzlənməlidir. İƏ 1 : 5 və ya 1 : 6 nisbətində olmalıdır. Sex sentrafuqalı yuma maşını ilə təchiz edilməlidir.

Digər lüğətlərdə