CANFƏŞANLIQ

is. Həddindən artıq can yandırma, səy göstərmə, cəhd etmə.
Amma, mətəəssüf, müəllimlərin çoxunda bu rəviş, bu hərəkət və bu canfəşanlıq müşahidə olunmur. F.Köçərli.
[Səlim ağanın] bu canfəşanlığı tacirə ləzzət verirdi. M.Ibrahimov.
Ox qıjıltı ilə gələndə yasavulbaşı qondarma bir canfəşanlıqla özünü xanın qabağına verdi… M.Rzaquluzadə.

//məc. Həddindən artıq və ya yersiz hörmət göstərmə, əldən-ayaqdan getmə. [Məşədi Qəzənfər:] Axşam da ki, toyda idik.
Qərəz, çox canfəşanlıq oldu. Ü.Hacıbəyov.

□ Canfəşanlıq etmək (göstərmək) – həddən artıq səy göstərmək, çalışmaq, cəhd göstərmək.
Kosa kuryer də bu aləmin içində özündən çıxıb və kabineti nizama salmaq üçün böyük bir canfəşanlıq göstərirdi. S.Rəhimov.
Mən düşünürdüm ki, bu adam o qadının yaxın qohumudur, çünki həddən artıq canfəşanlıq eləyirdi. S.Rəhman.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CANFƏŞANLIQ canfəşanlıq bax səy
  • CANFƏŞANLIQ cəhd — səy
CANFƏŞAN
CANFƏZA

Digər lüğətlərdə

карбона́тный надме́нничать нахо́ливать электрошо́кер эстроге́ны а́дрес газе́тный ежедне́вность заинвентаризова́ть зала́щиваться многопрогра́ммный перече́рчивание подва́ривать сва́рщик убо́йный ballyhoo non-substantial porter ready-built social contract strafer воскресник обжить паникёрство щиколотка