Cimcimax
Cimcimax — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində yerləşən kənd.
Alazan-Əyriçay çökəkliyindədir. Qax-Zaqatala zonasında cim-cimax/cimcimey sözü "bataqlıq" mənasında işlənir. Kəndin adı onun coğrafi mövqeyi ilə bağlıdır.
== Əhalisi ==
Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq,arıçılıq və maldarlıqdır.