CİVİLTİ

is. Quş balalarının və bəzi xırda həşəratların çıxardığı nazik səs.
Quşlar ol dadlı civiltilə oxur; Aç gözün uyqudan, ey tifli-qəyur. A.Səhhət.
[Sərçələrin] anaları uçub yuvanın ağzına qondu.
Balaları sarı ağızlarını açıb civiltini bərkitdilər. S.S.Axundov.
Səhəri həmişə şaqraq civilti və cəhcəhləri ilə qarşılayan meşə nəğməkarları susmuş(du). M.Rzaquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CİVİLTİ ciyilti — cingilti — cığırtı
CİVİLDƏŞMƏK
CİVİLTİLİ

Digər lüğətlərdə