DÖNÜK

sif. Sözündə, əhdində, məsləkində durmayan; səbatsız, etibarsız, vəfasız. Dönük adam.
– Aslan … dönük fikirli və zəif iradəli adamları sevməzdi. M.İbrahimov.

□ Dönük çıxmaq – dönüklük göstərmək, vəfasız, etibarsız çıxmaq.
Dünənə qədər mənim xəyalımla yaşayan bir qız birdənbirə nə üçün dönük çıxa idi? Mir Cəlal.
Şerə yamaq vuranlara insan sözü qoy ar olsun! Şair olan dönük çıxmaz, yolunda min ruzgar olsun. R.Rza.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DÖNÜK dönük bax 1. vəfasız; 2. xain 1
  • DÖNÜK səbatsız — etibarsızlıq — vəfasızlıq

Antonimlər (əks mənalı sözlər)

  • DÖNÜK DÖNÜK – SƏBATLI Aslan ... dönük fikirli və zəif iradəli adamları sevməzdi (M.İbrahimov); Sən dönməz balıqçısan; Yoldaşların səbatlı (M
DÖNMƏZLİK
DÖNÜKLÜK

Digər lüğətlərdə