DƏBİLQƏ

is. Döyüşçülərin başlarına qoyduqları metaldan tökülmüş papaq; taskülah.
[Molla Cabbar:] Bir dənə uzun bayraq, dəbilqədən, qalxandan, qılıncdan eşşəyə yükləyib düşəcəyəm kəndbəkənd. Ə.Haqverdiyev.
Qılınc və nizələrin əsər etmədiyi dəmir geyimlər və polad dəbilqələr ağır əmud zərbələrinin altında əzilərək bədənlərə yeriyirdi. M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DƏBİLQƏ DƏBİLQƏ (müharibə vaxtı başa qoyulan dəmir baş geyimi) Qılınc və nizələrin əsər etmədiyi dəmir geyimlər və polad dəbilqələr ağır əmud zərbələrinin alt
DƏBƏRTMƏK
DƏBİLQƏLİ

Digər lüğətlərdə