DƏCƏL

sif.
1. Dinc oturmayan, rahat durmayan, nadinc.
Görsəm çamırlı bir küçədə oynayır haçaq; Çılpaq, ayaqyalın, başaçıq bir dəcəl uşaq. A.Səhhət.
Dəcəl uşaq kimi minib; Dəniz ləpələrinə, yellənir. R.Rza.
Heç on beş il bundan qabaqkı dəcəl uşağa oxşamır. M.İbrahimov.

// İs. mənasında.
Harda gül görsə; Dəcəllər dərir. M.Seyidzadə.
Rizvan ilə beş dəcəl; Hər gün burda oynayır. M.Dilbazi.

2. Cavan heyvanlar haqqında.
Qaşqa day xam atların ən dəcəli idi. İ.Əfəndiyev.
Bayaqkı oynaq və dəcəl tula, quyruğunu bulaya-bulaya on addım irəlidə … gedirdi. M.Rzaquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DƏCƏL dəcəl bax nadinc
  • DƏCƏL nadinc — şuluq

Antonimlər (əks mənalı sözlər)

  • DƏCƏL DƏCƏL – DİNC Heç on beş il bundan qabaqkı dəcəl uşağa oxşamır (M.İbrahimov); Çox dinc, sakit uşaqdır! (“Ulduz”)
DƏCCAL
DƏCƏLƏ

Digər lüğətlərdə