1. Dənli yemləri bir-bir dimdiklə götürüb yemək (quşlar haqqında). Toyuqlar darını dənlədilər.
2. Meyvəni ağacdan bir-bir qoparıb toplamaq, yığmaq, dərmək. Meyvələri dənləmək.
3. Arıtlamaq, təmizləmək, irini xırdadan, yaxşını pisdən ayırmaq. Buğdanı dənləmək. Düyünü dənləmək.
4. məc. Bir-bir qırmaq, öldürmək, tələf etmək, ortadan qaldırmaq.
Elə, başçıları qırıb dənləsək; Qorxudan çəkilər yerdə qalanlar.
İlyas sərrast atəşlə [düşmən] zabitlərini bir-bir dənləyirdi.
Bizim avtomatçıların atəşi [faşistləri] bircəbircə dənləyirdi.