DARAMAQ

f.
1. Daraqla tükləri bir-birindən ayırıb nizama salmaq. Başını daramaq.
[Qərənfil] ikinci mərtəbədə bədənnüma güzgünün qabağında durub … saçlarını darayırdı. M.Hüseyn.
Bahardır, gəl çıxaq düzə, sevgilim! Dara saçlarını, bəzə, sevgilim! M.Rahim.

2. Daraqdan keçirmək, daraqlayıb təmizləmək.
[Dilbərin] yaşı yüzü çoxdan ötmüş qoca nənəsi Həcər isə döşək üstündə oturaraq yun darayırdı. Ə.Sadıq.

3. Ot, saman və s.-ni şana və ya dırmıqla yığmaq, toplamaq; dırmıqlamaq.
Əldə biçinçi darağı sərbəsər; Ot darayırlar qarılar hər tərəf. A.Səhhət.

4. Ağacın, kolun və s.-nin lazımsız budaqlarını kəsmək.
Darayıb, su verib calaqlamısan; Şaxtadan qışda yaxşı saxlamısan. A.Səhhət.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DARAMAQ yığmaq — toplamaq — dırnaqlamaq
  • DARAMAQ təmizləmək
  • DARAMAQ kəsmək

Etimologiya

  • DARAMAQ Ağacın budaqlarını kəsməyə “daramaq” deyirik. Mənbələrdə tarmaq kəl­məsi ilə budaq sözü sinonim kimi verilib
DARAMA
DARAMLIQ

Digər lüğətlərdə