DARAYI

is. köhn. Qırmızı-bənövşəyi rəngli nazik, zərif ipək parça. Darayı yorğanüzü. – Ayı handa, darayı handa. ( Ata. sözü ).
Gözəllər geyinib darayıdan xası; Silinsin, könlümün qalmasın pası. (Qoşma).

// sif. Bu parçadan tikilmiş.
…Allahqulu qurcuxub darayı kisəsini çıxartdı. Çəmənzəminli.

Etimologiya

  • DARAYI Ərişi qırmızı, arğacı bənövşəyi olan sıx toxunmuş ipək parça adıdır. Alınma sözdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
DARATMAQ
DARBADAĞIN
OBASTAN VİKİ
Darayı
Darayı — kətan qrupuna daxil olub toxunuşlu, sapı tovlu, bişmiş baramadan toxunan, üzü qeyri-şəffaf parçadır. Hələ XVII əsrdə Azərbaycanın Təbriz, Ərdəbil, daha sonra Şamaxı və Gəncə şəhərlərində darayı toxumanın yüksək səviyyədə istehsal edildiyi məlumdur. Kətan qrupuna aid toxumalar kimi, darayı da arşınüma və ədədi toxunurdu. XIX əsrdə toxumanın hər iki növü Şamaxı, Gəncə və Şuşa şəhər istehsalında mühüm yer tuturdu. Darayı toxumalar zolaqlı və dama-dama naxışlı olurdu. Lakin bu toxumanın ədədi növü nisbətən zəngin tərtibata malikdir. Belə ki, darayının ədədi nümunələrinin, məsələn, fitə, boğça və s. bu qəbildən olan əşyaların aydın, ifadəli, xoş və yumşaq boyalarla nəzərə çarpan zolaq və damaları üzərinə sərbəst olaraq “bulud” və ya “ot” təsvirli çox xırda ağ cizgilər və ya rəngli metal saplar da əlavə olunurdu. Bu sadə və bədii detallar ayrılıqda heç bir dekorativ məna kəsb etmir. Bunlar yalnız müəyyən formaya malik qeyri-şəffaf ədədi darayı toxumalara tətbiq edildikdə sözsüz ki, quru zolaq və dama naxışların qismən yumşaq və mülayim olmasını təmin etmiş olur.

Digər lüğətlərdə

дешёвка злак карао́ке кэгэбэ́шник присупо́ниваться прича́стный стилиза́торский хлёсткость храпу́нья барашек в бума́жке в ожида́нии пигмента́ция трёхугольник кирчажливый gas-furnace homalographic lilaceous underpants wine card аккуратист беречься квартетный невесомый смазной титанический