DARTINMAQ

qayıd.
1. Özünü geri dartmaq, özünü dala doğru çəkmək; bir şeydən aralanmağa, xilas olmağa, əldən çıxmağa çalışmaq.
Ayı zənciri ilə ayağa dolaşıb dartınır və bağırırdı. S.S.Axundov.
Tahir, Şeyda İmanovun məngənə kimi qüvvətli əlindən qopmaq üçün nə qədər dartındısa da, qopa bilmədi. M.Hüseyn.

2. Özünü bir şeyə tərəf çəkmək, meyil etmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DARTINMAQ lovğalanmaq
DARTINMA
DARTIŞDIRILMA

Digər lüğətlərdə