DAYANMADAN

zərf Durmadan, ara vermədən, arası kəsilmədən. Yağış dayanmadan yağır. Dayanmadan qışqırmaq.
– Dayanmadan tüfəngimi boşaltdım; Dallarınca bir neçə güllə atdım. A.Səhhət.
Fərman dayanmadan işlədiyi halda, gözləri ilə kənarda durmuş gəncləri süzürdü. Ə.Sadıq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DAYANMADAN DAYANMADAN (müxtəlif mənalarda) O (Qəmər) dayanmadan yoxuşu yaralı ceyran kimi sıçrayır, oxlanmış maral kimi atılırdı (S
  • DAYANMADAN durmadan — fasiləsiz
DAYANMA₂
DAYANMAQ

Digər lüğətlərdə