PIT

I
(Ağdaş, Cəbrayıl, Kürdəmir)
çürük. – Bı ağac pıtdı, tikintiyə yaramaz (Cəbrayıl)
II
(Kürdəmir)
qov. – Pıtı da, çaxmağın da vər, paprısımı yandırım
PIŞĞIRMAX
PITAR
OBASTAN VİKİ
Pıt-Yax
Pıt-Yax — Rusiya Federasiyasında yerləşən şəhər Xantı-Mansi muxtar dairəsinə daxildir
Adi pıtraq
Adi pıtraq (lat. Xanthium strumarium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin pıtraq cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 20–60 sm olan qısa xovlu-tüklü birillik bitkidir. Gövdəsi budaqlıdır. Yarpaqları uzun saplaqlı, enli yumurtavari, üçdilimli, azacıq ürəkvaridir, qıraqları qeyri-bərabər diş-dişli, altdan bir qədər solğundur. Səbətləri sünbül şəklində yarpaq qoltuğunda yığılmışlar. Dişi səbətlərin meyvəyanı sarğısı 10–15 mm uzunluqda, elliptik, bozumtul-yaşıl rəngdə, tüklücədir, ucunda iki haçalanan tikan olan qopartikanla örtülmüşdür. İyun-avqust aylarında çiçəkləyir, avqustoktyabr aylarında meyvə verir. == Mənşəyi və yayılması == Adi pıtraq boreal coğrafi tipinin avropa sinfinin aralıq dənizi-avropa qrupuna aiddir. Avropa, Aralıq dənizi, Balkan-Kiçik Asiya ölkələri, Şimali Amerika, İran, Əfqanıstan, Rusiya, Ukrayna, Orta Asiya və Qafqazda yayılmışdır.
Pıtraq
Pıtraq (lat. Xanthium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Pıtırqanın müalicəvi xüsusiyyətlərini saxlamaq üçün onun kökü yuyulmur, bir az havaya verilib fırça ilə təmizlənir, uzununa kəsilir və qurudulur. Gündə qalıb qıcqırmasın deyə onu duxovkada qurutmaq lazımdır. Pıtırqan sidikqovucu və tərlədici vasitədir. Xalq arasında onun kökündən hazırlanmış həlimdən istifadə olunur. Sidikqovucu vasitə kimi digər sidikqovucularla birgə işlədilir. Məsələn, diabetdə pıtırqan kökü bərabər hissələrdə götürülmüş paxla qabığı və qaragilə yarpağı ilə birkə işlədilir. Ondan raxitdə, babasildə, revmatizmdə də istifadə olunur. Revmatizmin müalicəsində bərabər hissələrdə götürülmüş pıtırqan və andız (zökəm otu) köklərindən bişirilmiş həlimdən istifadə edilir.
Çin pıtrağı
Çin pıtrağı (lat. Xanthium chinense) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin pıtraq cinsinə aid bitki növü.