Nikolay Tanasoğlu
Nikolay Qeorq oğlu Tanasoğlu (01.02.1895, indiki Moldova Respublikası Qaqauz Yeri MV Çadır rayonunun Kiriyet kəndi – 22.02.1970, Kişinyov) — Qaqauz şairi.
Qaqauz yazılı bədii ədəbiyyatının əsasını qoyan bu iki şəxsiyyətin ömür yollarında bir oxşarlıq vardır. Hər ikisi eyni kənddə doğulmuş, Çadır qəsəbəsindəki eyni məktəbdə oxumuşdur. İlk yaradıcılığa şeirlə başlamışdır.
N.Tanasoğlu uzun illər kəndlərdə öyrətmən, məktəb direktoru işləmiş, qaqauzlar üçün əlifba yaradılmasında, dərslik yazılmasında fəal iştirak etmişdir. Yeni yaradılmalı olan dərsliklərə oxu mətnləri salınması üçün Lev Tolstoyun “İlk gənclik”, Nikolay Qoqolun “Taras Bulba”, Mixail Lermontovun “Borodino” əsərlərindən parçalar tərcümə etmişdir. Onun şeirləri folklor nümunələri ilə o qədər qaynayıb qarışmışdır ki, çox vaxt hansı şeirin N.Tanasoğluna, hansı şeirin xalq yaradıcılığına məxsus olduğunu seçmək çətinlik törədir.
1940-cı illərdən yaradıcılığa başlayan şairin əsərləri dilinin sadəliyi ilə seçilir. “Quşlar bey seçer” adlı poemasında fikrini nağıllardan götürdüyü süjetlə oxucuya çatdırmağa çalışır. Şairin şeirlərində quş təsvirlərinə, quşların dililə fikirlərinin verilməsinə tez-tez rast gəlinir.