DİLLƏŞMƏK

f.
1. Danışmaq, bir-biri ilə söhbət etmək.
Ləzzət olur yar-yar ilə dilləşə; Hicran çəkib çiçəklənə, gülləşə. Xəstə Qasım.

// Məc. mənada.
Quşlar bu tellər üstündə oturub dilləşirlər. Mir Cəlal.

2. Bəhsləşmək, mübahisə etmək, sözə gəlmək, sözləşmək. Müdirlə dilləşmək. Qonşu ilə dilləşmişdi.
3. məc. Qabaqcadan danışıb sözbir eləmək, razılığa gəlmək, qərarlaşmaq, dilbir olmaq.
Son iclasda özlərini necə aparmaq üçün dilləşmək istəyənlər … toplanmışdı. M.S.Ordubadi.
Bu məsələ dilləşmədən belə, hər iki cavanın arasında qət olundu. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DİLLƏŞMƏK qərarlaşmaq
  • DİLLƏŞMƏK bəhsləşmək — sözləşmək
  • DİLLƏŞMƏK danışmaq — söhbətləşmək

Antonimlər (əks mənalı sözlər)

  • DİLLƏŞMƏK DİLLƏŞMƏK – BARIŞMAQ Onunla dilləşmə, çəkil, get (A.Şaiq); Sabah ikisini də danlayıb barışdıracağam (Ə
DİLLƏŞMƏ
DİLLİ

Digər lüğətlərdə

аполити́зм обо́и отмы́ться по-кавалери́йски равнозна́чимый тенёто шне́ллер ка́пать примири́тельность спелеолече́бница грядиль absurdly alternating light Bactrian caseation dracunculus knock out pen name rub in self-conscious swallow-tailed засорять июль хор ятаган