DİNC

sif.
1. Başqasını narahat etməyən, əziyyət verməyən, yalnız öz işi ilə məşğul olan; sakit.
Məmmədhəsən əmi dinc adamdır. C.Məmmədquluzadə.
Yox, qardaş, … uşaq çox dinc uşaqdır. S.Rəhman.

□ Dinc buraxmamaq – narahat etmək, rahat qoymamaq, daim narahat etmək.
[Sərdar Rəşid] məni dinc buraxmırdı. M.S.Ordubadi.

Dinc durmaq – başqalarına toxunmamaq, narahat etməmək.
[Xəlifə:] …Dinc durun, yazıq-yazıq orada uzanıbdır, tazı kimi ləhləyir. C.Cabbarlı;

// sakit durmaq, şuluqluq, dəcəllik etməmək.
Saribani-qəza dedi ki, dinc dur! Q.Zakir.

Dinc durmamaq (oturmamaq) – başqalarını narahat etmək, sataşmaq, nadinclik etmək, sakit durmamaq.
Şəki xanı Hacı Əbdülqədir də dinc durmur. Çəmənzəminli.
Nəbi burada dinc oturmayıb bəylərə dolaşır. Qaçaq Nəbi”.

Dincə qoymaq k.t. – torpağın məhsuldarlığını bərpa etmək üçün bir müddət onda heç bir şey əkməmək.
Dincə qoyulmaq – məhsuldarlığı bərpa edilmək üçün bir müddət heç bir şey əkilməmək (torpaqda).
…Bu yer ağır yerdir, çoxdandır ki, dincə qoyulmamışdır. N.Vəzirov.

Dincini almaq – istirahət etmək, tənəffüs etmək, dincəlmək.
[1-ci əcinnə:] Yoruldum, gəl bir az oturaq, dincimizi alaq. Ə.Haqverdiyev.
…Həmişə gəzib yorulanda burada dincimi alırdım. A.Divanbəyoğlu.
…Ov günündən sonra dincimi almaq, yeyibiçmək arzusundan artıq, Eldardan Göyərçinlə əlaqədar olan sirri dinləmək ümidi ilə dostumla birlikdə eyvana çıxdım. M.Rzaquluzadə.

2. Sülhsevər, xeyirxah, sakit.
3. Əmin-amanlıq, sülh və dinclik şəraitində keçən. Dinc inkişaf dövrü. Dinc yarış.
– …Tezliklə dinc əməyimizə qayıda bilərik. M.İbrahimov.
[Nəcmi:] Bu vaxta kimi əlbirdilbir, asayişlə yaşayan, həmişə də alın təri ilə halal çörəyini yeyən bu dinc camaatın arasına nə üçün iğtişaş düşsün? Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DİNC dinc bax sakit 1
  • DİNC sülhsevər — sakit — fağır
  • DİNC sakit — başıaşağı

Antonimlər (əks mənalı sözlər)

  • DİNC DİNC – NARAHAT Məmmədhəsən əmi dinc adamdır (C.Məmmədquluzadə); Vahabzadə bu sözün ən yaxşı mənasında narahat bir şairdir (M

Etimologiya

  • DİNC Mənbələrdədin feili var və ruscaya “отдыхатъ” kimi tərcümə olunub. Söz qazanc qəlibi üzrə həmin feildən əmələ gəlib
DİNAR
DİNC-DİNMƏZ
OBASTAN VİKİ
Erməni silahlılarının Azəbaycanın dinc əhalisinə hücumları
== Ermənilərin Azəbaycanın dinc əhalisinə hücumları == === 1988 (6 ölü) === 15 may 1988-ci ildə Kəlbəcər rayonunun Kapalı yaşayış məntəqəsində X. İsmayılovanın evi partladılmış, nəticədə 3 nəfər həyatını itirmişdir. 1988-ci ilin yayında Xankəndi şəhərində uşaq xəstəxanasında rentgenoloq işləyən əslən ağdamlı şəxs erməni milliyyətindən olan iş yoldaşı tərəfindən xəstəxananın həyətində döyülmüş, nəticədə həyatını itirmişdir. İyul 1988-ci ildə Xocavənd rayonunda yaşayan azərbaycanlıların həyətyanı sahəsinə əl qumbarası atılması nəticəsində 2 partlayış hadisəsi baş vermiş, nəticədə 2 nəfər həyatını itirmişdir. === 1989 (12 ölü və 7 yaralı) === 28 iyun 1989-cu ildə Xocalı rayonunun Bədərə yaşayış məntəqəsindən eyni rayonun Meşəli yaşayış məntəqəsinə gedən şosse yoluna qoyulmuş partlayıcı qurğu işə düşmüş, nəticəsində maşında olan 6 nəfər ağır yaralanmışlar. 16 oktyabr 1989-cu ildə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində 2 nəfər evə qayıdan zaman hücuma məruz qalmış, nəticədə 2-sidə qətlə yetirilmişdir. 19 oktyabr 1989-cu ildə Culfa rayonunun Ərəfsə yaşayış məntəqəsi yaxınlığında 2 nəfər — Q. Bayramov və İ. Qafarov qətlə yetirilmişdir. 14 noyabr 1989-cu ildə Qubadlı rayonunun Seytas yaşayış məntəqəsi yaxınlığında 1 nəfər — Babaşov qətlə yetirilmiş, azyaşlı X. Əliyev isə yaralanmışdır. 17 noyabr 1989-cu ildə Hadrut rayonunun Tuğ yaşayış məntəqəsində IX sinif şagirdi T. Süleymanov qətlə yetirilmişdir. 24 noyabr 1989-cu ildə Xocavənd rayonunun Qaradağlı yaşayış məntəqəsində 3 nəfər qətlə yetirilmişdir. 29 noyabr 1989-cu ildə Qubadlı rayonunda 3 nəfər — Q. Ələsgərov, T. Hümbətəliyev və Mehdiyev qətlə yetirilmişlər.
Dincələn qız
Dincələn qız, (O`Merfi, Luizanın portreti) (fr. O`Merfi, Luiza) — Fransua Buşe tərəfindən 1752-cı ildə çəkilmiş 59 x 73 sm ölçülü rəsm əsəri. Portretdə XV Lüdovikin fovariti, məşuqəsi 15 yaşlı Luiza O`Merfi çılpaq yataqda uzanmış şəkildə təsvir olunmuşdur. Rəsmdə xarici aləmdən uzaq, tənha bir qız təsvir olunmuşdur. Əsərdə təsvir olunan yeganə interyer əşya sofadır. Qızın qeyr məlum baxışları, donmuş gözəl üzü əsərdə diqqəti cəlb edir. O`Merfi, Luiza irlandiyalı keçmiş əsgər Daniel O`Merfinin beş qızından biridir. Atasının vəfatından sonra qızları ilə Parisə köçərək köhnə pal-paltar satmaqla, qızları isə aktrisalıq və pozaçılıqla məşğul olurlar. 1752-ci ildə Buşenin "Dincələn qız" əsərinə poza verən O`Merfi Luiza, XV Lödovik şəkili gördükdən sonra onun fovarit məşuqəsinə çevrilir. Onların nigahdan kənar bir qızı Sen-Antuan, Aqata Luiza de dünyaya gəlir.

Digər lüğətlərdə

бедуи́нка не за́втра непракти́чность по-залихва́тски раздельнолепе́стный схоласти́чный аза́лия красноба́йство кути́ть и мутить отвести́ перекристаллиза́ция самокрити́ческий alimentary tract amaze architectonics bush-leaguer elephantoid faun inviolability irretrievable nipping stage whisper twisted табаковод трамвайщик