1. Söykənmək, dayanmaq.
Dirənmiş çomağa, Osman dururdu; Ürəyi nehrətək gup-gup vururdu.
2. Gəlib dəymək, uzanıb bir yerə (şeyə) toxunmaq, təmas etmək, rastlaşmaq. Şəhərin bir ucu yola dirənirdi.
– Seyrəngahın bir tərəfi qayaya dirənmişdi.
// məc. Bir maneəyə rast gəlmək.
3. Dik qoyulmaq (sancılmaq).
Bellər yerə dirəndi.
// Dik durmaq.
4. Dikilmək (bu mənada adətən “gözü”, “gözləri” sözü ilə).
Səməd xan düyüdən bir loğma yeyərək durmuşdu, onun nimçəyə dirənən gözü yol çəkirdi.
Qoca qarı üzünü yola-yola gəlib qabağımda dayanıb, dirənmiş lap gözümün içinə baxdı, sonra dedi…
Gözlər qır rəngli torpağa dirənir.
5. məc. Üstündə durmaq, israr etmək, ciddiyyətlə tələb etmək, inad etmək.
Əgər müdir dirənsə və vermək istəməsə, onda sən də de ki, gedib anbarın hər yerini axtaracağam.
6. Qalxmaq, qalxmağa başlamaq.
[Xacə Firuz:] Camaat həmişə azar və əziyyətdə, ahünalə və nifrin göyə dirənibdir.
Onlar atlarını tərpədib yoxuşa dirəndilər.