DİRSƏKLƏNMƏK


1. məch. Dirsəklə yavaşca vurulmaq.
2. qayıd. Dirsəyi ilə söykənmək. Dirsəkləndi, başını qoydu və yatdı.
– Dirsəkləndi yerində; Göz gəzdirdi otağa. R.Rza.
Kiçikxanım pəncərəyə dirsəklənib çənəsini ovcuna almış, həyətə baxırdı. Mir Cəlal.
Yasavulbaşının altındakı döşək, dirsəkləndiyi balış və mütəkkələr yumşaq quzu yunundan, zərif qu tükündən idisə də, o yenə dincələ bilmirdi. M.Rzaquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DİRSƏKLƏNMƏK söykənmək
DİRSƏKLƏMƏK
DİRSƏKLİ

Digər lüğətlərdə