DİŞLİLİK
DİVAN
OBASTAN VİKİ
Divan
Divan — oturmaq və ya uzanmaq üçün uzun, yumşaq taxt. "Divan" sözü ən azı XVI əsrdən fars dilində deyilib. Türk və ərəb dilində əvvəlcə "yazılı vərəq kağızı" və "siyahi" mənalarında işlənmişdir. Daha sonra bu sözləri hesabat kitablarında, dəftərxanalarda daha sonralar oturmaq üçün yumşaq mebelləri adlandırdılar.
Divan (idarə)
Divan (fars. دیوان‎) — bir sıra tarixi İslam dövlətlərində icra və qanunvericilik hakimiyyətinin ali orqanı, habelə bu orqanın rəhbərinin adı. == Tarixi == "Divan" islam mədəniyyətində müxtəlif mənalı söz olmuşdur. Bu, əvvəlcə ərəb istilalarıın ilk dövründə xəlifə Ömərdən başlayaraq dövlət gəlirlərinin qeydə alındığı, siyahıların saxlanıldığı yer idi. Bundan sonra, Əməvilər və Abbasilər dövründə vergilər və maliyyə işləri ilə məşğul olan dövlət idarəsi idi. "Divan" termini digər hökumət idarələrində də tətbiq edilirdi. Osmanlı imperiyasında böyük vəzirdən, müftidən və başqa vəkillərdənn ibarət dövlət şurası olmuşdur. Dunay knyazlıqları Moldaviya və Valaxiyada dövlət şurası, ali məsləhətçi və icraçı orqan idi. Rumıniya 1859-cu ildə yarananadək Buxarestdə, Krayovada və Yassıda ali məhkəmə orqanları da divan adlandırılırdı. Divan idarə sistemi erkən orta əsrlərdən Azərbaycanda da mövcud olmuşdur.
Divan (mebel)
Divan — oturmaq və ya uzanmaq üçün uzun, yumşaq taxt. "Divan" sözü ən azı XVI əsrdən fars dilində deyilib. Türk və ərəb dilində əvvəlcə "yazılı vərəq kağızı" və "siyahi" mənalarında işlənmişdir. Daha sonra bu sözləri hesabat kitablarında, dəftərxanalarda daha sonralar oturmaq üçün yumşaq mebelləri adlandırdılar.
Divan (dəqiqləşdirmə)
Divan
Divan-i Kəbir
Divanı-Kəbir (Böyük Divan) və ya Divanı Şəmsi Təbrizi, Məhəmməd Cəlaləddin Ruminin söylədiyi ilahi eşq şeirlərindən ibarət olan, 44 min 8 yüz 34 beyitlik (rübai beytləri ilə birlikdə təxminən 50 min beyt) şeirlərdən ibarət əsərdir. Mövlananın "Aşiqlər Divanı" formasında adlandırdığı əsər eyni zamanda "Şəms Divanı", ya da "Divan-ı Şəmsi Təbrizi" kimi anılır. Divan ədəbiyyatında divanların şairlərinin adları ilə anılması ənənəsinə uyğun olmayan bu son adlandırma; Mövlananın qəzəllərinin sonunda öz adı əvəzinə (bir neçə istisna xaricində) hər zaman Şəmsi Təbrizi adından istifadə etməsindən irəli gəlir. == Xarakteri == Əsər, Xorasan vilayətinin xalq farscası ilə yazılmışdır. Yek avaz qəzəllərdən ibarətdir. Mövlana bu qəzəllərində, "Şəms (günəş) başda olmaq üzrə, bağ-bağça, gül-bülbül, aşiq-məşuq, dəniz-damla, mey-saqi kimi simvollarla ilahi məhəbbəti həmişə ön planda tutur; Məsnəvi olduğu kimi Allaha qovuşmadan könlünün rahatlıq tapmayacağını, ilahi eşqi yazan aciz qalıb qələminin qırıldığını, bu dünyanın bir palçıqdan ibarət olduğunu, çox yeməyin mənzilə çatmağa əngəl təşkil etdiyini, artıq ağla olan üstünlük və ucalığını, nəfsin pisliyini, miskin- miskin oturan insanların bu tənbəllikləri məqsədə (ilahi aşmaq) çata bilməyəcəyini, gecələrini yatmaqla deyil də eşq və ibadətlə keçirilməsi lazım olduğunu" vurğulayaraq şeirlərini didaktik bir üslubla deyir. Bəzi şeirlərində də qəzəlin ruhundan fərqli olaraq sosial mövzulara girir; Rüşvət yeyən qaziləri tənqid edir; Yalançı şeyxləri, şovinist alimləri mənfəət və zəlil kimi səciyyələndirir; Bazar yerlərindən, toy adətlərindən, küçədə oynayan uşaqlardan, zülmətə müqavimətdən və azadlıqdan bəhs edər. == Divan-i Kəbrin ən qədim əl yazıları == İstanbul-Süleymaniyyə Kitabxanası Əsəd Əfəndi Kitabları, No:2693 347 Səhifə, Səlcuqlu nəsx yazısı, xəttatı məlum deyil, 13-cü əsr sonlarında yazıldığı təxmin edilir. Vatikan-Bibliotheca Vaticana, Pers.130 270 Səhifə, Səlcuqlu nəsx, xəttatı müəyyən deyil, 13-cü əsr sonlarına doğru yazıldığı güman edilir. Dublin-Krister Beatty Library 309 Səhifə, Səlcuqlu nəsx, xəttatı müəyyən deyil, 13-cü əsr sonlarına doğru yazıldığı güman edilir.
Şəmsəddin Məhəmməd Sahib-Divan
Şəmsəddin Məhəmməd Sahib-Divan — Hülakular (Elxanilər) dövründə (13 əsr) vəzir. Hülakulər dövrünə aid "Təqriri-tədrisi-mədrəseyi Naxçıvan əz inşa mərhum Şəmsəddin Sahib-divan" adlı fərmanda (1284) onun Naxçıvan mədrəsəsini tikdirərək, Mömünə xatun türbəsi kompleksinə daxil etdiyi qeyd olunur. Kompleksdən əldə olunan vəqflər hesabına fəaliyyət göstərən mədrəsədə təkcə yerli deyil, bütün Yaxın Şərq ölkələrindən gəlmiş tələbələr də təhsil alırdı. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 541. ISBN 5-8066-1468-9.
Yunus Əmrə. Salam olsun. Divan
Yunus Əmrə. Salam olsun. Divan — Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin ideya müəllifliyi ilə filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Hümmətovanın tərtib edib hazırladığı Yunus Əmrə Divanı. Kitaba Yunus Əmrənin "Risalə-tün-Nüshiyyə" didaktik məsnəvisi və 417 şeiri Mustafa Tatçının tərtibindən alınaraq daxil edilmişdir. Bunlardan da 117 şeir sırf Mustafa Tatçı tərəfindən tapılıb və əvvəlki divanların heç birində olmayan şeirlərdən ibarətdir. Bundan başqa, Divandakı 2 şeir isə Vatikan nüsxəsinə aid olan və yeni tapılan şeirlər, 17 şeir isə Fateh Köksalın aşkar etdiyi poetik nümunələrdir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yunus Əmrə Divanında ana mənbə kimi 1965, 1971, 2011-ci illərdə Ədülbaqi Gölpınarlı tərəfindən Türkiyədə çap edilmiş nəşrlər əsas götürülmüşdür. Türkiyədə Yunus Əmrənin həyatı və yaradıcılığının tədqiqi və nəşri istiqamətində böyük işlər görülmüşdür. Əmrəşünaslıq türk ədəbiyyatşünaslıq elminin mühüm bir istiqamətini təşkil edir. Türkiyə dünya Əmrəşünaslıq elminin əsas mərkəzidir.
Divan (ədəbiyyat)
Divan (fars. ديوان‎ — "hesab kitabı", "kontor") — Yaxın və Orta Şərq ədəbiyyatında bir şairin qısa lirik şeirlər toplusu. Şeirlər qafiyələrinin əlifba sırası ilə düzülür. == Etimologiya == "Divan" sözü fars mənşəlidir, reyestr, xüsusən də vergi cədvəli, ümumiyyətlə dövlət işləri üzrə hesabların siyahıları, həmçinin bu hesabların aparıldığı yer mənasını verirdi. Fars dilindəki söz özü həmin dildəki "yazıçı" və ya "xəttat" mənasını verən "dibir" sözündən götürülmüşdür. "Divan" sözü sonradan Azərbaycan, erməni, gürcü, urdu və türk dillərinə keçmişdir. "Divan" İslam mədəniyyətində müxtəlif mənalı söz olmuşdur. Bu, əvvəlcə ərəb istilalarının ilk dövründə xəlifə Ömərdən başlayaraq dövlət gəlirlərinin qeydə alındığı, siyahıların saxlanıldığı yer idi. Bundan sonra, Əməvilər və Abbasilər dövründə vergilər və maliyyə işləri ilə məşğul olan dövlət idarəsi idi. "Divan" termini digər hökumət idarələrində də tətbiq edilirdi.
Abdulla bəy Divanbəyoğlu
Sübhanverdixanov Abdulla Vəli ağa oğlu (1 yanvar 1883, Əzizbəyli – 6 yanvar 1936, Bakı) — nasir, pedaqoq, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Abdulla bəy Divanbəyoğlu 1883-cü il yanvarın 1-də Qazax mahalının Hüseynbəyli kəndində anadan olmuşdur. İbtidai təhsilini Qazaxda aldıqdan sonra Zaqafqaziya (Qori) müəllimlər seminariyasında təhsil almışdır (1898–1903). Bir müddət Batum və Bakı ibtidai məktəblərində müəllimlik etmişdir. 1905-ci ildə Bakıda rus-tatar məktəblərində, eləcə də "Nəşri-maarif" və "Nicat" cəmiyyətlərinin nəzdində açılmış 6 sinifli şəhər məktəblərində yoxsul balalarına dərs demişdir. Azərbaycan Xalq Maarifi Komissarlığında müxtəlif vəzifələrdə işləmiş, eyni zamanda Dövlət arxivinin müdiri olmuşdur (1920–1922). A.Şaiq adına Pedaqoji Texnikumunda müdir müavini (1927–1930), Azərbaycan Dövlət Sənaye İnstitutunda assistent vəzifəsində çalışmışdır (1930–1935). == Yaradıcılığı == Bədii yaradıcılığa gənc yaşlarından başlamışdır. "Şahzadə və Əbdül" (1902), "Can yanğısı" (1903), "Fəhlə" (1906) və s. əsərlərini qələmə almışdır.
Ayaq divanı
Ayaq divanı — Osmanlı imperiyasında fövqəladə vəziyyətlərdə padşahın rəhbərliyi ilə çağırılan və padşahdan başqa hər kəsin ayaq üstə dayanmalı olduğu divan məclisidir. == Tarixi == XVI əsrdə yalnız bir neçə dəfə çağırılan ayaq divanı, XVII əsrdə tez-tez rastlanmışdır. XVI əsrə aid ayaq divanları daha çox padşah tərəfindən saray xaricində toplanmışdır. Mustafa Selaniki öz əsərində qeyd edir ki, Sultan Süleyman Qanuni tərəfindən çağırılan ilk ayaq divanı 1564 tarixində baş tutmuş, səbəbi isə sədrəzəm Əli Paşanın qeyri-müsəlman bir memarı haqsız yerə həbs etdirməsi olmuşdur. Sultan Süleyman tərəfindən çağırılan ikinci ayaq divanı isə tacir və hacılarla dolu bir Osmanlı gəmisinin Malta quldurları tərəfindən ələ keçirilməsi səbəbilə çağırılmışdır. XVII əsrdə padşah əmriylə toplanan ayaq divanları IV Murad və IV Mehmed səltənətlərinə təsadüf edir. IV Muradın 8 iyun 1632 tarixində Sənan Paşa köşkündə çağırdığı ayaq divanı, onun dövlət idarəsini ələ almasında mühüm rol oynamışdır. IV Mehmedin səltənətində padşah əmriylə çağırılan ayaq divanı isə, Ədirnə yaxınlığında qurulan çadırda 15 oktyabr 1658 tarixində çağırılmışdır. Ayaq divanında səfərdən yenicə dönmüş Körpülü Mehmed Paşa ilə şeyxülislam, başqazılar və yeniçəri ağaları iştirak etmiş, padşah bu divanda Abxaz Həsən ağa üzərinə tərtiblənən səfər üçün ordu rəhbərləri ilə məsləhətləşmişdir. Eyni zamanda bu divanda dövrün şeyxülislamı Bolevi Mustafa Əfəndi Abxaz Həsən ağanın ölümü ilə bağlı fətva vermişdir.
Dahilərin divanı (veriliş, 2007)
== Məzmunu == Tok-şou proqramıdır. Veriliş dahilərin həyat və fəaliyyətini, onların dahi olub-olmamalarını müzakirə edir. Burada divan qurulur və görkəmli şəxslərin tarixdə atdıqları səhv və düz addımlar araşdırılır. == Veriliş haqqında == Verilişin efir günü bazar günləri olmuşdur.
Fatehlərin divanı (film, 1997)
Füzuli divanı (Azərbaycan dilində)
Məhəmməd Füzulinin Azərbaycan dilində divanı — şairin üç divanından biri. Digər ikisi fars və ərəb dillərində yazılıb. Divana bir neçə panegirik, rübai və üç yüz qəzəl daxildir Divanın bilinən ən qədim əlyazması AMEA Əlyazmalar İnstitutunda saxlanılır. Əlyazma XVI əsrin sonlarına məxsusdur. Axırıncı səhifədə əlyazmanın sahibinin möhrü və hicri təqvimi ilə 1038-ci il (1628-ci il) tarixi göstərilmişdir. Salman Mümtaza verilmiş bu əlyazma hərəsi 20 sətir olmaqla 65 vərəqdən ibarətdir. Əlyazma iki miniatürlə bəzədilib. Divan bir neçə dəfə çap edilib. Türk filoloqu və publisisti Mehmed Fuad Köprülü 1924-cü ildə divanı çap etdirib. Divan 1948-ci ildə İstanbulda türk ədəbiyyat tarixçisi Abdülbaqi Gölpınarlı tərəfindən çap etdirilib (ikinci çap - 1961-ci il).
Füzulinin Azərbaycan dilində divanı
Məhəmməd Füzulinin Azərbaycan dilində divanı — şairin üç divanından biri. Digər ikisi fars və ərəb dillərində yazılıb. Divana bir neçə panegirik, rübai və üç yüz qəzəl daxildir Divanın bilinən ən qədim əlyazması AMEA Əlyazmalar İnstitutunda saxlanılır. Əlyazma XVI əsrin sonlarına məxsusdur. Axırıncı səhifədə əlyazmanın sahibinin möhrü və hicri təqvimi ilə 1038-ci il (1628-ci il) tarixi göstərilmişdir. Salman Mümtaza verilmiş bu əlyazma hərəsi 20 sətir olmaqla 65 vərəqdən ibarətdir. Əlyazma iki miniatürlə bəzədilib. Divan bir neçə dəfə çap edilib. Türk filoloqu və publisisti Mehmed Fuad Köprülü 1924-cü ildə divanı çap etdirib. Divan 1948-ci ildə İstanbulda türk ədəbiyyat tarixçisi Abdülbaqi Gölpınarlı tərəfindən çap etdirilib (ikinci çap - 1961-ci il).
Gəncə Divanxanası
Gəncə Divanxanası — Qəmbər və Hüseynbəy qardaşları tərəfindən XIX əsrdə tikilmişdir. Hazırda bu binada Gəncə Səhmdar Kommersiya Bankı yerləşir.
Nizami Gəncəvinin divanı
Nizami Gəncəvinin divanı (fars. دیوان نظام گنجوی‎) — Nizami Gəncəvinin lirik əsərlərinin toplandığı divan. Mənbələrdə Nizami divanının 20.000 beytə yaxın olduğu göstərilsə də, onun çox kiçik bir hissəsi dövrümüzə çatmışdır. Bütün yaradıcılığı boyunca Nizami epik əsərlərində Divanını xatırlatmış, lirik şeirləri və qəzəlləri ilə fəxr etmişdir. Şair qəzəllərindən birinin sonunda, Şirvanşah I Axsitanı öz divanının sahibi adlandırır. Dünya aləmində daha çox "Nizami Gəncəvi" adı ilə tanınan, amma əsl adı İlyas olan bu böyük şairin lirik irsindən əldə olan nümunələr klassik Şərq şeirinin ancaq üç şəklini – qəsidə, qəzəl və rübai şəkillərini əhatə edir. Bu nümunələr şairin zəngin lirik irsinin çox az bir hissəsini təşkil etsə də, onlar sənətkarın lirik yaradıcılığının ümumi ideya istiqaməti, bədii xüsusiyyətləri haqqında danışmağa, müəyyən elmi nəticələrə gəlməyə imkan vermişdir. Bu əsərlər göstərir ki, insan, onun həyatı, taleyi, arzu və istəkləri Nizami Gəncəvi lirikasının əsas mövzusu olmuşdur. Nizami Gəncəvinin divanının öyrənilməsi daha gec başlanılsa da, şairin divanı haqqında hələ təzkirə müəllifləri müəyyən fikirlər söyləmişlər. Divanın bəzi hissələri müxtəlif orta əsr cünk və təzkirələrində yaşamışdır.
Nizami Gəncəvinin türkcə divanı
Nizami Gəncəvinin türkcə divan — Nizami Gəncəviyə aid olduğu iddia olunan türkcə divan. XV əsrdə Dövlətşah Səmərqəndi özünün "Təskirətül-şüəra" kitabında qeyd etmişdir ki, mən Nizaminin iyirmi minlik divanını və türkcə şerlərini görmüşəm. Misir də Xədiviyyə kitabxanasında olan əlyazmada ((Sultan Camal)) adında bir padşahdan söz gedir. Nizami Gəncəvinin türkcə divanı, nəşrə hazırlayan Sədyar Vəzifə Tehranda nəşr etdirdigim DİVAN NİZAMİ GƏNCƏVİ də S.40-də o mədh olan Sultan camal barəsində lazimi qədər söz gedir istərdim həmən mətni birdə gözdən geçirmiş olaq: (sultan Cəmal (-əldin) Şəhriyar-i növcəvan sultan əmal ol şah kim osrov-i ali ələmdir valiy-i vala himəm Belə nəzərə gəlir ki, beytdə adı gələn Sultan Cəmal, Atabəklərin Həmədanda höküm sürən və o sülalənin ədalətli əmirlərindən olan Cəmal-əldin olmuş olsun. Buna görə ki, Nizaminin dövründə o, (Cəmal-əldin Ay Abə) Həmədan əmirliyində hökumət edirdi. Onun haqqında “Rahət-əlsüdur və Ayət-əlsürur” kitabında kifayət qədər mə’lumat vardır. “Cəmal-əldin Ay Abə” və Nizami Gəncəvinin həyatı dövrü yazılan “Rahət-əlsüdur və Ayət-əlsürur”-da belə bir qeyd vardır: "... həmədan hakimligində ’adil padışah, məlekulüməra”cəmaladdin”ay Aabə "əzim ətabəki İzzənəsrə..." rahətəlsədur və ayətolsurur s.40) Bu Atabək Cəmal, Toğrul ibn-i Ərsalanın xas hacibi (dərbar vəziri) imiş (“Rahət-əlsüdur və Ayət-əlsürur”, səhifə 331) həmən qaynaqda qeyd olunur: "... padişah məlekoloməra"cəlaləddin"aybə ə’zəm ətabəki ki, zamanənin yeganəsi, dünyanin xoş xislətlisidir və əraq əmirliklərinin qalanida onunidi... Nizami Gəncəvinin türkcə divanı, nəşrə hazırlayan Sədyar Vəzifə, Tehran, 2002, Əndişeyi Nv nəşriyyatı.
Qərb Şərq Divanı
Qərb Şərq divanı (alm. West–östlicher Divan‎) alman şairi Yohann Volfqanq Göte tərəfindən qələmə alınmış bir divan, lirik şeirlər toplusudur. Fars şairi Hafiz dən ilham alaraq yazılmışdır. Qərb Şərq Divanı 1814-1819cu illərdə yazılmışdır. Götenin Marianne von Willemer ilə yazışması və Hafizin şeirlərinin şərqşünas Joseph von Hammer tərəfindən tərcümə olunması əsərin yaradılmasına şərait yaratmışdı. Genişləndirilmiş versiya 1827-ci ildə çap olunub və bu Götenin son böyük yaradıcılıq dönəminin bir parçasıdır. İlk nəşr aşağıdakı 12 kitabdan ibarət idi: Moganni Nameh – Buch des Sängers Hafis Nameh – Buch Hafis Usch Nameh – Buch der Liebe Tefkir Nameh – Buch der Betrachtungen Rendsch Nameh – Buch des Unmuths Hikmet – Nameh – Buch der Sprüche Timur Nameh – Buch des Timur Suleika Nameh – Buch Suleika Saki Nameh – Das Schenkenbuch Mathal Nameh – Buch der Parabeln Parsi Nameh – Buch des Parsen Chuld Nameh – Buch des Paradieses Divan Şərq ilə Qərb arasında mübadilə və birgəliyin simvolu kimi qəbul edilə bilər. "Qərb-şərq" sözü yalnız Almaniya və Yaxın Şərq arasındakı mübadilə deyil, Latın və İran mədəniyyətləri, habelə xristian və müsəlman mədəniyyəti arasındakı mübadiləni bildirir. On iki kitab müxtəlif növ şeirlərdən ibarətdir: məsəlli, tarixi, Şərq və Qərbi bir araya gətirmək cəhdini əks etdirən siyasi və dini şeirlər. .
Təzəkənd-i Divanəli (Miyanə)
Təzəkənd-i Divanəli (fars. تازه كندديوانعلي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 58 nəfər yaşayır (13 ailə).
Xudu Divanə xanəgahı
Xudu Divanə xanəgahı — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şərq yaxınlığında, Hacıvar kəndində ziyarətgah. Bu pir haqqında ilk məlumata rus alimi İ.P.Zelinskinin 1882-ci ildə SMOMPK məcmuəsində nəşr etdirdiyi məqaləsində rast gəlinir. XX yüzilliyin 20-ci illərində Naxçıvanda olmuş rus alimi V.M.Sısoyev pir haqqında yazır: Naxçıvan şəhəri yaxınlığında, Hacıvarda bir-birindən 300-400 addım məsafədə iki qarağac ağacı vardır. Onları ekiz sayılırlar. Belə hesab edirlər ki, onlar yeraltı köklər vasitəsilə bir-biri ilə birləşmişdir. Bu ağaclarda əmələ gəlmiş qabarmaları onların hamiləliyilə izah edirlər. Onlar dan birinin, Yarımca yolunun yaxınlığında olanın yanında cavan qaraağac yetişib. Onu qoca qara ağacın oğlu hesab edirlər. Sonuncunun altında gil dən balaca otaq tikilib. Bu yerlərin sahibləri orada öz ölülərini dəfn edirlər.
Ülufə divanı
Ülufə — Qapıqulu əsgərlərinə, yeniçərilərə və bəzi saray adamlarına üç ayda bir dəfə verilən maaş. Gündəlik olaraq hesablanan bu maaş Ədalət Meydanında xüsusi mərasimlə ödənilirdi. Əvvəlcə yeniçərilər saray mətbəxi önündə, sipahi əsgərləri isə saray anbarları önündə sırayla düzülməli idi. Daha sonra ülufələr paylanılırdı. Ardından yeniçərilərin önünə qapaqlı qazanlarda aş, ət və şorbalar düzülürdü. Əsgərlərin ülufələrindən razı olub-olmaması bu yeməkləri yemələrindən asılı idi. Əgər əsgərlər yeməkləri yesələr, deməli aldıqları maaşdan razıdılar. Ancaq Osmanlı tarixi boyunca bir çox dəfə ülufə divanı dağılmış, əsgərlər aldıqları maaşda narazı qalıb yemək qazanlarını aşırdıb üsyan çıxarmışdır.
Kuba mere divane
Kuba mere divane (kürd. Quba Mêrê Dîwanê) — Ermənistanda yerləşən yezidi məbədi. Bu, dünyanın ən böyük yezidi məbədi hesab edilir. Yezidilərin ən böyük azlıq qrupunu təşkil etdiyi Armavir mərzinin Ayğırgöl kəndində yerləşir. Ayğırgöl kəndi Ermənistanın paytaxtı İrəvandan 35 kilometr qərbdə yerləşir. == Zəmin == Yezidlər Ermənistanın ən böyük etnik azlıqlarından biridir və günəşə ibadət elementləri ilə yanaşı xristianlıq, hinduizm, yəhudilik, sufizm və zərdüştilik ilə oxşarlıqları olan qədim, monoteist inancı tətbiq edirlər. Ermənistanın rəsmi siyahıyaalınmasına görə, 2011-ci ildə Ermənistanda 35,000 yezidi yaşayırdı. == Tarixi == Məbəd 2019-cu ilin sentyabrında açılmışdır. Açılış mərasimində Ermənistan baş nazirinin müavini və digər Ermənistan rəsmiləri iştirak etmişdilər. Məbədin hündürlüyü 25 metrdir və mərkəzi, tağlı damı əhatə edən yeddi günbəzdən ibarətdir.
Məhtimqulu Fəraqinin Divanı
Məhtimqulu Fəraqinin "Divan"ı — türkmən şairi Məhtimqulu Fəraqinin ilk dəfə Bakıda yeni tapılmış divanı Bu divan ilk dəfə olaraq Bakıda tapılmışdır. Divan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 29 sentyabr 2015-ci il 7 saylı iclasının qərarı ilə ilk dəfə Bakıda Azərbaycan dilində nəşr olunmuşdur. Kitabı türkməncədən Azərbaycan dilinə çevirən, qeyd və izahların müəllifi və nəşrə hazırlayanı fil.f.d., dosent İsmixan Osmanlıdır. Elmi redaktoru və ön sözün müəllifi akademik İsa Həbibbəyli, rəyçilər akademik Teymur Kərimli, professor Annaqurban Aşırov, professor Məmməd Əliyevdir. Mətnin transliterasiyası ilə f.e.d Paşa Kərimov, Türkmənistan Milli Əlyazmalar İnstitutunun elmi işçiləri Rəhmanberdi Qodarov və Rahimmammet Kurenov məşğul olmuşdur. Kitabda türkmən ədəbiyyatının görkəmli klassiki Məhtimqulu Fəraqinin Bakıda yeni tapılmış "Divan"ındakı şeirlər toplanmışdır. Kitabın içindəkilər: "Böyük türkmən şairi Məhtimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı" - akademik İsa Həbibbəyli "Məhtimqulu divanının yeni nüsxəsi" - F.e.d Paşa Kərimov "Məhtimqulu Fəraqi "Divan"ının nüsxələri" - fil.f.d., dosent İsmixan Osmanlı "Divan" Bu hissədə türkmən ədəbiyyatının görkəmli klassiki M.Fəraqi və onun Azərbaycan ədəbiyyatı ilə bağlılığı qeyd olunmuşdur. Məhtimqulu poeziyasında Azərbaycana bağlılıq daha əyani şəkildə meydana çıxır. Məhtimqulunun Azərbaycanla əlaqəsi maraqlıdır. Onun şeirlərində Təbriz, Şirvan, Şamaxı və sair Azərbaycan yer adlarına rast gəlirik .
Əfrasiyab (Divandərə)
Əfrasiyab (fars. افراسياب‎) — İranın Kürdüstan ostanının Divandərə şəhristanına daxil olan kənd. Kənd Divandərə şəhristanının Saral bəxşində, Hüseynabad-i Şimali dehistanındadır. Kənddə kürdlər məskunlaşmışdır və sayı 300 nəfər ətrafındadır.
Fatehlərin divanı
Fatehlərin divanı — 1997-ci il Azərbaycan istehsalı dram filmi. == Məzmun == Filmdə böyük türk xaqanları Haqq divanında toplaşaraq sərkərdə Əmir Teymuru divana çəkirlər. Sonda isə Teymur (Fuad Poladov) haqqında ədalətli qərarın çıxarılması tamaşaçıların ixtiyarına verilir. == Film haqqında == Film Nejdat Sevincin "Duruşmalar" pyesinin motivləri əsasında çəkilmişdir. 2024-cü ildə TRT Avaz telekanalı tərəfindən nümayiş etdirilmişdir.
Divanbəyi (Səfəvilər)
Divanbəyi - Səfəvilər dövlətində rəhbər vəzifələrdən biri. Divanbəyi, vəzir-i əzəm (baş vəzir), vaqiyənəvis də daxil olmaqla ümumilikdə yeddi nəfər əski çağlardan bəri «üməra-ye canqi» adlanırdı. Şardenə görə ölkənin ikinci ən mühüm vəzifəsi divanbəyidir. Baş ədliyyə və ya məhkəmənin rəisidir, başqa sözlə bütün ölkənin qazi-ül-qüzzatıdır. Divanbəyi hakimlik, münsiflik şurasının rəisidir. Çünki bəy-boyun, rəis, divan isə cəmiyyət və уa şuradır ki, mühakimə etmə işlərini həyata keçirmək üçün məsuliyyət daşıyır. Divanbəyinin çıxardığı qərarlar haqqında yalnız şaha müraçiət edilə bilərdi. O, ən yüksək cinayət qazisi hesab olunurdu. Şəri hüquq isə ruhani qazilərinin ixtiyarında idi. == Divanbəyinin vəzifə və öhdəlikləri == Mirzə Səmianın “Təzkirət əl-müluk” əsərində divanbəyinin vəzifə öhdəlikləri belə verilib ki, o, həftədə dörd gün, sədrlərlə birlikdə divanbəyilərə məxsus keşikxanada, sədrlərin hökmü ilə, adam öldürmək, namusa təcavüz etmək, göz çıxarmaq və diş sındırmaq kimi dörd cinayət barədə günahkarların işinə baxırdı.

Digər lüğətlərdə